Month: April 2026

  • Müəllimlərin əməkhaqları yenidən arta bilər – Yeni təklif (Video)

    Sertifikatlaşdırmada 80% və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısı 35% artırıla bilər.

    Millət vəkili Vüqar Bayramov bildirib ki, müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydalara əsasən, qiymətləndirmə zamanı 30-50 bal arası nəticə göstərən təhsilverənlərin əmək haqqında 10 faiz, 51 baldan yuxarı toplayanlarda isə 35 faiz artım olur. Bunun daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

    Vüqar Bayramov bildirib ki, təklif qəbul olunduğu halda, bu daha çox müəllimin əməkhaqqısının 35 faiz artmasına imkan yaradacaq.

    Millət vəkili onu da bildirdi ki, hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad edilir. Ancaq təklif olunur ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsinlər. Çünki, bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslara qənaət etmələrinə imkan yarada bilər.//Xəzər TV

  • Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?

    Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında süd məhsulları, ət və şəkər qiymətlərinin azalması səbəbindən ardıcıl beşinci ay davamlı şəkildə düşüb. FAO Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında orta hesabla 123,9 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 0,5 bənd (0,4 faiz) azdır. Süd məhsulları, ət və şəkər üzrə qiymət indekslərində azalma taxıl və bitki yağları üzrə artımları üstələyərək indeksin ardıcıl beşinci aylıq azalmasını təmin edib.

    Qlobal ərzaq qiymətləri azalırsa, niyə bu eniş Azərbaycan bazarında hiss olunmur? Bu azalma yaxın aylarda daxili bazarda real ucuzlaşmaya çevrilə bilərmi?

    “Ucuzlaşma davam etsə, yerli bazarda təsirini göstərəcək”

    İqtisadçı-ekspert Eyyub Kərimli bildirdi ki, hazırda dünyada bəzi ərzaq məhsulları üzrə baş verən ucuzlaşma digər idxalçı ölkələrdə dərhal öz təsirini göstərmir. Bu, əsasən müqavilələrin daha öncədən bağlanması və stoklamanın əvvəlcədən həyata keçirilməsi ilə bağlıdır: “Sözsüz ki, ucuzlaşma davam etsə, bu, öz əksini yerli bazarda idxal olunan məhsullarda tapmalıdır. Lakin ucuzlaşma yalnız xaricdən idxal olunan məhsullara aid ola bilər. Çünki bəzi ərzaq məhsulları özümüzdə istehsal olunur və onların qiymətində ucuzlaşma baş vermir. Digər tərəfdən, hazırda bəzi məhsullarda qiymət artımı logistika və nəqliyyat xərclərinin yüksəlməsi ilə bağlıdır. Həmçinin gömrük rüsumları və gömrük əməliyyatlarında gecikmələr də əlavə xərclər yaradır. Bu səbəblərdən ucuzlaşmanın təsiri bazarda bir müddət sonra özünü göstərir”.

    Mürəkkəb və uzunmüddətli proses

    Ekspert bildirir ki, gündəlik qiymətlərin formalaşmasında bir sıra amillər öz rolunu oynayır. Onun sözlərinə görə, gələcəkdə bəzi məhsullarda müəyyən dövlət güzəştlərinin tətbiqi mümkündür: “Məsələn, rüsumların müvəqqəti endirilməsi və xərclərin azaldılmasına yönəlmiş subsidiyalar bəzi hallarda dəstək rolunu oynaya bilər. Hazırda ölkəmizə əsasən qlobal ticarətdə çıxış payı olan məhsullar buğda və buğda məhsulları, şəkər, bitki yağları, qəhvə və çaydır. Bu kateqoriyalarda qiymətlər bəzən volatilliyə malik olur, yəni ucuzlaşma ilə yanaşı, bir neçə ay sonra qiymət artımı da ola bilər. Bu baxımdan, qiymətlərin sabitləşməsi mürəkkəb və uzunmüddətli prosesdir”.

    “Bazarda tənzimləmələrin həyata keçirilməsi zəruridir”

    E.Kərimli vurğulayır ki, ucuzlaşmanın yerli bazarda hiss olunması üçün rəqabət mühitinin liberallaşması böyük əhəmiyyət kəsb edir: “Eyni zamanda, təchizat zəncirinin şaxələndirilməsi vacibdir. Məhsulların bir ölkədən yox, bir neçə ölkədən idxal edilməsi problemi kökündən həll edə bilər. Digər tərəfdən, bəzi hallarda inflyasiya sahibkarları əlavə marja əldə etməyə sövq edir və süni qiymət artımları da bazarda rol oynayır. Bu səbəbdən, daha ciddi tənzimləmələrin həyata keçirilməsi zəruridir”.

    “Dövlətin tənzimləyici alətləri ucuzlaşmaya səbəb ola bilməz”

    İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, hazırkı vəziyyətdə dövlətin tənzimləyici alətləri ucuzlaşmaya səbəb ola bilməz: “Çünki Tarif Şurası qiymətləri artıran addımlar atıb. Məsələn, dizel və benzinin qiyməti artırıldı. Həmin vaxt əvvəlki artımların nəticələri hələ bazar tərəfindən həzm edilməmişdi. 2024-cü ilin yayında dizel yanacağı 25%, benzin isə 10% bahalaşmışdı. Bu ilin yanvar ayının əvvəlində isə dekabrın sonu üçün dizel yanacağı daha 10%, benzin isə təxminən 5% bahalaşdı. Bunun nəticəsində kommunal xərclərdə də artımlar müşahidə olundu. Bütün bunlar sahibkarların xərclərini artırır. Yəni Tarif Şurasının son dövrlər qərarları qiymət endirimi deyil, qiymət artımı istiqamətindədir. Dövlətin tənzimləyici alətlərinin təsiri isə artıq subsidiya və digər mexanizmlər vasitəsilə bazara ötürülüb. Yəni, bu məsələlərin bazarda hər hansı tənzimləyici rolu qalmayıb”.

    “Eyni məhsulları 2024-cü illə müqayisədə 26% daha baha almışıq”

    İqtisadçı deyir ki, 2026-cı il üçün keçən ilki səviyyədə inflyasiya proqnozlaşdırır. Həm Mərkəzi Bank, həm də hökumətin proqnozlarında inflyasiya nəzərdə tutulub: “Burada ikinci əsas məsələ odur ki, inflyasiya əsasən ölkəmizə ticari tərəfdaşlarımız vasitəsilə ötürülür. Məsələn, Türkiyə bizim əsas ticarət tərəfdaşımızdır, həmçinin Rusiya, Avropa ölkələri, İran və Çin. Yəni qiymət artımı birbaşa həmin ölkələrdən idxal olunan məhsullara təsir edir. Keçən ilin statistikasına görə, 2025-ci ildə kənd təsərrüfatı məhsullarının idxal qiymətləri indeksi 26% artıb, yəni eyni məhsulları 2024-cü illə müqayisədə 26% daha baha almışıq”.

    “Vətəndaş ucuzlaşmanı hiss etməyəcək”

    Mütəxəssis vurğulayır ki, vətəndaş ucuzlaşmanı hiss etməyəcək: “Gömrük rüsumları və vergilərin artımı qiymətlərin enməsinin qarşısını alır. Məsələn, telefonların gömrük rüsumları artırılıb, spirtli içkilərdə aksiz vergiləri yüksəldilib. Daha sonra telefonlara aksiz tətbiq edilib. Eyni zamanda, maşınlar üçün mövcud olan ƏDV güzəştləri ləğv olunub. Nəticədə, bazarda qiymətlərin azalması mümkün deyil, əksinə, qiymətlər yüksələcək. Vətəndaş bu ucuzlaşmanı hiss etməyəcək, çünki gündəlik qiymət enişi üçün bazarda hər hansı mexanizm yoxdur”. (“Kaspi” qəzeti)

  • Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu

    Beynəlxalq olimpiada qalibi Selcan Süleymanlı dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

    Median.Az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, universitetin Qəbul Komissiyası tərəfindən göndərilən rəsmi məktubda onun yüksək akademik və şəxsi nailiyyətləri xüsusi vurğulanır və Selcanın MIT üçün uyğun namizədlərdən biri olduğu qeyd edilir.

    Selcan Süleymanlı əldə etdiyi uğurlarla son illərdə Azərbaycanı beynəlxalq elmi arenada layiqincə təmsil edib. O, Respublika fənn olimpiadalarında dəfələrlə yüksək nəticələr göstərib. 2022-ci ildə RFO-nun bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medalçısı olub.

    Bununla yanaşı, Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında da mühüm uğurlara imza atıb. 2023-cü ildə bu olimpiadada bürünc medal əldə edən Selcan 2024-cü ildə qızıl medal qazanaraq “birincilərin birincisi” adına layiq görülüb.

    Onun beynəlxalq səviyyədə ən böyük nailiyyətlərindən biri 2025-ci ildə keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazanması olub. Bu nəticə ilə Selcan Süleymanlı həmin olimpiadada medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb. Eyni ildə o, Asiya Fizika Olimpiadasında da həvəsləndirici mükafata layiq görülüb.

  • Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?

    Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb.

    Axşam.az xəbər verir ki, opera ifaçısı işdən çıxarıldığını bildirib. O qeyd edib ki, heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb:

    “Teatrdan son xəbərləri sizinlə bölüşmək istəyirəm. Bakıdakı son çıxışımdan (12 mart) sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru (Xalq artisti Yusif Eyvazov – red.) müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında yeganə Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik baritonunu işdən çıxardı. Və təkcə məni yox. Bu bizim direktordan daha bir yalan”.

    O eyni zamanda iddia edib ki, Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb:

    “Maraqlanan hər kəsə cavab verirəm. Heç bir səbəb yoxdur. Sadəcə illik müqaviləmi yeniləmədim. Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarıldı və bu gün truppa menecerimiz Zülfiyyə xanım da, Pərvin xanım da saxta ittihamla işdən çıxarıldı. Rejissor yenə yalan danışır, vəzifəyə keçəndən bəri heç kimi işdən çıxarmadığını iddia edir. Digər solistlərə qarşı təhdidlərdən bəhs etmirəm. Bu qədər”.

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələ ilə bağlı suallarımıza “Yalçın Adıgözəlov teatrımızda çalışmır. Yalçın bəy filarmoniyada işləyir. Əvəz Abdullayevlə bağlı isə açıqlama veriləcək” cavabı verilib.

    Qeyd edək ki, Y.Adıgözəlov 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. 2023-cü ildə isə Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.

  • “Qarabağ”ın rəqibinə 4 cavabsız qol vuruldu

    İngiltərə Kubokunun dörddəbir final mərhələsində “Mançester Siti” ilə çempion “Liverpul” qarşılaşıb.

    “Mançester Siti” 4:0 hesabı ilə qalib gəlib.

    Norveçli hücumçu Erlinq Haland het-trik edib. Qanalı hücumçu Antuan Semeno da fərqlənib.

    Bununla da “Mançester Siti” yarımfinala yüksəlib.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda “Liverpul” “Qarabağ”ın rəqibi olub. Ev sahibləri klubumuza 6 cavabsız qol vurub.//unikal.az

  • В Дагестане из-за наводнений начали срочную вакцинацию от гепатита А

    Экстренную иммунизацию от гепатита А начали в Дагестане из-за риска вспышки инфекции в зонах ЧС после недавнего наводнения.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в региональном управлении Роспотребнадзора.

    “В Республике Дагестан в зонах чрезвычайной ситуации в связи с недавними наводнениями и риском вспышки инфекций начата экстренная иммунизация по эпидемическим показаниям против вирусного гепатита А. Мера направлена на защиту населения в подтопленных районах”, – отметили в ведомстве.

    Отмечается, что в приоритете для иммунизации работники общепита, торговли, снабжения пищевыми продуктами, пищеблоков детских дошкольных учреждений, жители пунктов временного размещения, сферы ЖКХ, занятые в восстановительных работах.

    “Роспотребнадзор и региональные медицинские службы организуют проведение вакцинации и информирование населения. Рекомендовано соблюдать меры личной и общественной гигиены и при необходимости обращаться в медицинские учреждения”, – добавили в Роспотребнадзоре.

    28 марта в Дагестане из-за обильных дождей произошли массовые отключения электро- и водоснабжения, подтопления, сбои в работе транспорта. Во многих муниципалитетах введен режим ЧС. Режим чрезвычайной ситуации из-за комплекса неблагоприятных природных явлений действовал также в Чечне.

  • Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı

    Dağıstanda son daşqınlardan sonra infeksiyaların yayılma riski səbəbi ilə hepatit A virusuna qarşı təcili peyvəndləmə başlanıb.

    Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

    Bildirilib ki, fövqəladə vəziyyət zonalarında əhalinin qorunması məqsədilə epidemioloji göstərişlər əsasında vaksinasiya aparılır.

    Qeyd olunur ki, ilk növbədə ictimai iaşə, ticarət və ərzaq təminatı sahəsində çalışanlar, uşaq müəssisələrinin yeməkxana işçiləri, müvəqqəti yerləşdirmə məntəqələrinin sakinləri, həmçinin kommunal xidmət və bərpa işlərində çalışan şəxslər peyvənd olunurlar.

    Xatırladaq ki, martın 28-də Dağıstanda güclü yağışlar nəticəsində elektrik və su təchizatında kəsintilər, subasmalar və nəqliyyatın işində problemlər yaranıb, bir sıra rayonlarda fövqəladə vəziyyət rejimi elan edilib.

  • У штаба Минобороны Израиля взорвался кассетный боеприпас

    Кассетный боеприпас взорвался в центре Тель-Авива рядом со штабом минобороны Израиля. ЧП произошло во время одной из иранских ракетных атак в субботу. В результате пострадала близлежащая парковка.

    Как передает Median.Az со ссылкой на mk.ru, об этом проинформировало армейское радио “Галей ЦАХАЛ”.

    “Сегодня утром кассетная бомба попала в парковку у комплекса Кирия, – говорится в сообщении армейской радиостанции. – Был нанесен ущерб”. Подчеркивалось, что жертв нет.

    Между тем газета “Маарив” утверждает: никакого ущерба “военному имуществу” не причинено.

  • İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb

    İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında kasetli sursat partlayıb.

    Bu barədə İsrail ordusunun “Qaley SAXAL” radiostansiyası məlumat yayıb.

    Hadisə İranın raket hücumlarından biri zamanı paytaxt Təl-Əvivin mərkəzində baş verib. Sursat “Kiriya” kompleksi yaxınlığındakı parkinqə düşərək partlayıb və əraziyə ziyan dəyib. Xəsarət alan olmayıb. Hərbi obyektlərə zərər dəyməyib.

    Qeyd edək ki, bu gün Təl-Əviv və İsrailin mərkəzi hissəsi bir neçə dəfə raket hücumuna məruz qalıb. Şəhərdə hava həyəcan siqnalları səslənib, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti müşahidə olunub. Hüquq-mühafizə və hərbi qurumlar raket qalıqlarının düşdüyü ərazilərə cəlb edilib.

  • Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?

    Dünən Sumqayıt 1 nömrəli xəstəxanasında insident yaşanıb.

    Bu barədə Tiraj.az-a hadisə şahidləri məlumat verib.

    Xəstəxanada göndəriş almaq üçün böyük növbə yaranıb. Həmin vaxt xəstəxana mühafizəçiləri tez-tez göndəriş yazılan otağa girib çıxmağa başlayıb.

    Vətəndaşlar mühafizəçilərin əllərində kağız növbədənkənar göndəriş yazdırdırdıqarını görüb, davranışa etiraz ediblər. Xəstəxana mühafizəçilərinin növbə gözləyən vətəndaşlara kobud davranışı sonradan əlbəyaxa davaya çevrilib.

    Məsələ ilə bağlı TƏBİB-dən sorğuya cavab almaq mümkün olmayıb.