Month: April 2026

  • “Bu rejim gec-tez süqut edəcək” – İsrail XİN

    “Bu anti-İran rejim gec-tez süqut edəcək”.

    Bu barədə İsrail Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki farsca hesabında yazılıb.

    Nazirlik İranda İnqilab Keşikçiləri ilə əlaqəli milis qüvvələrinin mövcudluğu ilə bağlı yazıb: “Regional terrorçular da bu tənəzzülə uğrayan rejimi xilas edə bilməzlər”.
    //unikal.az

  • Məhkəmə ərini ad günündə öldürən qadına 1 il yarım cəza verdi – SƏBƏB

    Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işinin bəzi detalları məlum olub.

    “Unikal”ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, hadisə 2025-ci il avqustun 4-də paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində qeydə alınıb.

    Belə ki, Natiq Quliyev öz ad günündə həyat yoldaşı Quliyeva Nərgiz Rafiq qızı tərəfindən qətlə yetirib.

    İttiham aktında göstərilib ki, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva ilə 4 avqust 1979-cu il təvəllüdlü əri Natiq Quliyev arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb.

    Mübahisəyə səbəb isə Natiq Quliyevin öz ad günündə araq içəndən sonra mətbəxə keçərək Nərgizin onun mobil telefonuna kontur yükləməməsini əsas gətirməyi olub.

    Nərgiz ərinin onu təhqir etməsindən və əlləri ilə saçından yapışaraq dartmasından qəzəblənib.

    Nərgiz Quliyeva aralarında yaranmış dava zamanı məişətdə gündəlik istifadə etdiyi bıçağı ərinin qarın boşluğuna vurur. Natiq Quliyev aldığı bıçaq xəsarətindən ölüb.

    Bununla da, Nərgiz Quliyeva polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Hakim Səbinə Məmmədzadənin qəbul etdiyi hökmə əsasən, Nərgiz Quliyeva həyat yoldaşını qəsdən qətlə yetirməsi ilə bağlı hər hansı bir sübut yoxdur və o, 120.1-ci maddə ilə təqsirləndirilə bilməz və bu maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməlidir.

    Yekun olaraq, Nərgiz Quliyeva 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi ilə bağlı qərar qəbul edilib.

  • Gecə itirdiyi pulları səhər geri qaytarıldı

    Saatlı Rayon Polis Şöbəsinə gecə saatlarında küçələrin birində içərisində pul əskinazları olan paket tapılması barədə məlumat daxil olub.

    Şöbə əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, həmin pulları itirən şəxs müəyyən edilərək polis şöbəsinə dəvət olunub və ona məxsus pul vəsaitləri təhvil verilib.

    Adının açıqlanmasını istəməyən rayon sakini paketin içərsində 4000 manatdan artıq pul olduğunu, həmin pulları kredit borcuna ödəmək üçün topladığı bildirib. Vətəndaş göstərilən böyük köməkliyə görə polis əməkdaşlarına öz minnətdarlığını bildirib.

  • Oğlunun toyu günü başına daş düşən Göygöl sakini öldü

    Göygöldə başına aqlay daşı düşən 64 yaşlı kişi şəxs xəstəxanada ölüb.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Rayon sakini 1962-ci il təvəllüdlü Adil Hüseynovun başına restoranın yaxınlığına aqlay daşı düşüb. 64 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları əməkdaşları cəlb edilib.

    Qeyd edək ki, bu gün hadisə baş verən restoranda vəfat edən şəxsin oğlunun toy məclisi keçilirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Sarkisyan seçkilərdən geri çəkildiyini təsdiqlədi

    ​​​​​Ermənistan Respublika Partiyasının sədri, ölkənin üçüncü prezidenti Serj Sarkisyan qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini təsdiqləyib.

    Median.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, Ermənistan Respublika Partiyasının 18-ci qurultayı öncəsi danışıb.

    Müxalifət qüvvələrindən hansını – Samvel Karapetyanı, yoxsa Arman Tatoyanı dəstəkləyə biləcəyi ilə bağlı sualı cavablandıran Sarkisyan bildirib ki, bu barədə bu gün seçkilər ərəfəsində keçirilən Ermənistan Respublika Partiyasının növbəti qurultayında elan ediləcək.

    O, həmçinin qeyd edib ki, Ermənistan Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.

  • İran polisləri helikopteri tapança ilə vurmağa çalışdı – Video

    Xəbər verdiyimiz kimi, ABŞ xüsusi təyinatlıları vurulan F-15E qırıcısının pilotlarını xilas etmək üçün İran ərazisinə daxil olublar.

    Axtarışlara PUA-larla bərabər C-130 təyyarəsi və “Black Hawk” helikopterləri cəlb olunub.

    Sosial şəbəkədə İran polisinin ABŞ helikopterlərinə tapançalarla atəş açmaları ilə bağlı görüntülər yayılıb. Onların bu addımı müzakirələrə səbəb olub.

    Qeyd edək ki, Qərb mediası pilotlardan birinin tapılaraq İrandan çıxarıldığını yazıb.

    SEPAH-ın sözügedən helikopterlərdən birini vurması barədə iddiası isə təkzib olunub.
    //unikal.az

  • “Şahramanyan niyə Bakıda həbsdə deyil?” – Simonyan

    “Şahramanyan niyə İrəvanda, digər rəhbərlər isə Bakıda həbsdədir?”

    Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

    O, Şahramanyanın baş nazir Nikol Paşinyanın Qarabağ ermənilərinin 2020-ci ildə qaçdığı barədə açıqlamasını xəyalpərəstlik adlandırmasına belə reaksiya verib: “Necə qaçmaq olar? Təkrar edirəm, “Dağlıq Qarabağ”ın qalan liderləri hazırda Bakıda həbsdədirsə, o, niyə İrəvanda müsahibə verir? Qoy sussun, nə qədər az danışırsa, bir o qədər çox fayda verir. Ona məsləhət görürəm ki, az danışsın və özünü ora-bura hansısa məmur kimi təqdim etməsin. O, məmur deyil, öz əli ilə imza atıb ki, məmur deyil və heç vaxt məmur olmayıb. İndi Ermənistan Respublikasının yüksək himayəsi altında belə davranmaq ən azından mənəvi cəhətdən düz deyil.

    İndi hamı şirə çevrilib. Qoy az danışsın, belə şeylər deməyi tamamilə dayandırsın. Mən ona xəbərdarlıq edirəm, yerini bilsin”.
    //unikal.az

  • Həftə sonu küləkli keçəcək

    Milli Hidrometeorologiya Xidməti aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

    Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

  • Vətən müharibəsindən sonra minadan ölənlərin sayı açıqlandı

    Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb.

    Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

    Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir.

    Qeyd edək ki, bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.

  • “BakuBus”la minik maşını toqquşdu

    Gəncədə minik maşını ilə sərnişin avtobusu toqquşub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Prospektlə hərəkətdə olan “BakuBus”a məxsus 1 saylı xətt üzrə işləyən sərnişin avtobusu ilə “Chevrolet” markalı minik maşını toqquşub.

    Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

    Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.