Month: April 2026

  • Salyanda 43 yaşlı qadın YOXA ÇIXIB – FOTO

    Salyanda 43 yaşlı qadın itkin düşüb.

    Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədova Sevinc Xəlil qızı martın 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    S.Əhmədovanın əlamətləri: boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək, sarı rəngli şalvar olub. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

  • В Иране казнили двух членов террористической группировки

    Власти Ирана привели в исполнение смертные приговоры в отношении двух членов террористической группировки “Моджахедин-э Хальк” (“Организация моджахедов иранского народа”, запрещена в Иране), признанных виновными в терроризме.

    Как передает Median.Az, об этом сообщило иранское агентство Tasnim.

    По его информации, двое террористов были повешены в Тегеране после того, как Верховный суд Исламской Республики утвердил вынесенный им смертный приговор. Как отмечает агентство, боевики по руководству извне совершили серию вооруженных нападений и взрывов в иранской столице. Они также отвечали за финансовое обеспечение, аренду конспиративных квартир, которые использовались как мастерские для сборки малогабаритных ракетных установок и самодельных бомб, а также как укрытие для других членов группировки. Уточняется, что деньги траншами в виде криптовалюты они получали от координаторов за рубежом.

    Преступников задержали с поличным при попытке совершить очередную атаку с использованием четырех подготовленных пусковых установок. Иранский суд признал их виновными в вооруженном мятеже, сговоре против национальной безопасности и совершении террористических действий, направленных на свержение государственного строя Исламской Республики. Основанием для высшей меры наказания послужили обнаруженные улики, в том числе средства для маскировки, материалы с камер видеонаблюдения и признательные показания самих осужденных.

  • İranda iki nəfər edam olunub

    İran hakimiyyəti terrorizmdə günahkar bilinən “İran Xalq Mücahidləri Təşkilatı” (“Mücahid-e Xalq”) qruplaşmasının iki üzvünün ölüm hökmünü icra edib.

    Bu barədə İranın “Tasnim” agentliyi məlumat verib.

    Bildirilir ki, İran Ali Məhkəməsi ölüm hökmünü təsdiqlədikdən sonra iki nəfər Tehranda asılıb.

    Agentlik qeyd edir ki, yaraqlılar xaricdən təlimatla İran paytaxtında bir sıra silahlı hücumlar və partlayışlar törədiblər. Onlar, həmçinin maliyyə dəstəyinə, kiçikqabaritli raket qurğularının və əldəqayırma bombaların yığılması üçün emalatxanalar kimi, eləcə də qruplaşmanın digər üzvləri üçün sığınacaq kimi istifadə edilən konspirativ (təhlükəsiz) evlərin icarəyə götürülməsinə məsuliyyət daşıyırmışlar. Məlumata görə, onlar pulları xaricdəki koordinatorlardan tranşlarla kriptovalyuta şəklində alıblar.

    Təşkilat üzvləri əvvəlcədən hazırlanmış dörd qurğudan istifadə etməklə növbəti hücumu həyata keçirməyə cəhd edərkən cinayət başında ələ keçiblər. İran məhkəməsi onları silahlı üsyan, milli təhlükəsizliyə qarşı əlbir olma və İslam Respublikasının dövlət sistemini devirməyə yönəlmiş terror aktlarında günahkar bilib. Aşkar edilmiş dəlillər, eləcə də maskalanmaq üçün vasitələr, müşahidə kameralarından materiallar və təqsirləndirilən şəxslərin özlərinin ifadələri ölüm cəzası üçün əsas olub.

    Xatırladaq ki, daha əvvəl də “İran Xalq Mücahidləri Təşkilatı”nın üzvləri edam edilmişdilər.

  • Göygöldə FACİƏ: Oğlunun toyunda başına aqlay daşı düşən ata ÖLDÜ

    Göygöldə bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

    Belə ki, 1962-ci il təvəllüdlü A.Hüseynovun başına restoranın yaxınlığında aqlay daşı düşüb.

    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, A.Hüseynov bu gün hadisə baş verən restoranda oğluna toy məclisi keçirirmiş.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Xudayar şəhid olduğu yerə son nəfəsində NƏ YAZIBMIŞ?

    Vətən müharibəsində həlak olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olduğu yerdən videogörüntülər yayılıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, əraziyə baş çəkən insanlar maraqlı bir məqamı açıqlayıblar. Belə ki, onların dediklərinə görə, şəhidimiz vurulduqdan sonra həmin əraziyə “Bu da belə” sözünü yazıb.

    Həmin söz indi Zəngilan rayonunda Xudayar Yusifzadənin şəhid olduğu yerə həkk olunub.

    Xatırladaq ki, Xudayar oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

    Ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Zəngilanın azad olunmasına görə” medalı və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Qeyd edək ki, şəhidimiz müharibə zamanı ifa etdiyi “Vətən yaxşıdır” mahnısı ilə daha çox tanınıb. Həmin mahnı onun şərəfinə “Xudayar təsnifi” adlandırılıb.

  • Xəzər dənizinin səviyyəsi 20 illik azalmadan sonra sabitləşib

    “Yaxın gələcəkdə Xəzər dənizinin quruması ehtimal olunmur, onun suyunun səviyyəsi isə 20 il davam edən azalmadan sonra tarazlıq vəziyyətinə çatıb”.

    Median.Az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Elmlər Akademiyasının (REA) Su Problemləri İnstitutunun baş elmi işçisi Mixail Bolqov deyib.

    “Qarşıdakı illərdə müəyyən sabitləşmənin olacağını proqnozlaşdırırıq, çünki səviyyə, demək olar ki, 20 ildir enirdi və hazırda müəyyən bir tarazlıq nöqtəsinə gəlib. Yaxın gələcəkdə Xəzər dənizi mövcudluğunu qoruyub-saxlayacaq”, – alim qeyd edib.

    Ekspertin sözlərinə görə, dənizin səviyyəsi geniş proqnoz aralığında tarazlıq vəziyyəti ətrafında dəyişə bilər. Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin düşməsi 1990-cı illərin ortalarından etibarən müşahidə edilir. 2025-ci ildə isə bu göstərici tarixi minimuma çatıb.

  • Bu yolda sürət həddi endirildi

    Zığ dairəsi-Hava Limanı yolunda yağışa görə sürət həddi endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.

    Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Paşinyan Baş nazir postuna namizəd seçilib

    “Vətəndaş müqaviləsi” partiyası Nikol Paşinyanı Ermənistanın Baş naziri postuna namizəd irəli sürüb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Bildirilib ki, qərar partiyanın bu gün keçirilən növbədənkənar qurultayında qəbul edilib.

    İştirakçılar Paşinyanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

  • От бензина до манки: растет импорт товаров в Армению транзитом через Азербайджан

    Растет импорт товаров в Армению транзитом через Азербайджан.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщил министр экономики Армении Геворг Папоян.

    “На сегодняшний день в Армению поступает один-два вида товаров непосредственно азербайджанского происхождения, в частности бензин и дизельное топливо. Однако транзитом через Азербайджан грузы идут практически ежедневно”, – подчеркнул глава ведомства.

    Министр привел показательные примеры диверсификации поставок: одна из крупных сетей супермаркетов “Нор Зовк” уже оформила заявку на ввоз манной крупы по этому маршруту. Другие коммерческие организации активно используют азербайджанский транзит для импорта российского угля, стратегически важного зерна и сельскохозяйственных удобрений.

    “Это явление стало настолько массовым и обыденным, что я уже просто сбился со счета, анализируя номенклатуру перевозимых товаров”, – откровенно признался Папоян.

    Касаясь перспективы встречных поставок, Геворг Папоян дал утвердительный ответ на вопрос о том, есть ли у Армении продукция, потенциально востребованная на азербайджанском рынке. Выяснилось, что в сфере экспорта также намечаются серьезные подвижки. “Такая продукция действительно существует. Недавно мы получили конкретный коммерческий запрос на поставку алюминиевой фольги. Азербайджанскую сторону интересовала фольга строго определенной толщины”, – рассказал министр. По его словам, армянский производитель оперативно отреагировал на запрос, предоставив подробные расчеты по возможным объемам, срокам отгрузки и ценовой политике. На данный момент Ереван ожидает окончательного ответа от партнеров.

  • Erməni nazir: “Azərbaycan tərəfi qiymətlə bağlı sorğu göndərib”

    “Azərbaycan üzərindən Ermənistana malların tranziti artır”.

    Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.

    “Ermənistan bir və ya iki Azərbaycan mənşəli mal alır: benzin və dizel yanacağı və demək olar ki, hər gün Azərbaycan vasitəsilə hansısa məhsul gəlir. Məsələn, bir supermarket şəbəkəsi Azərbaycan üzərindən buğda yarması, digər təşkilat Rusiya kömürünün idxalına görə müraciət edib, üçüncüsü taxıl, dördüncüsü isə artıq gübrə idxal edir. Bu, çox adi bir hal alıb. Nə qədər mal daşımalı olduğumuzu saya bilmirəm”, – deyə Papoyan bildirib.

    O, həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi məhsulların olub-olmaması ilə bağlı suala da müsbət cavab verib:

    “Belə məhsullar mövcuddur, folqa ilə bağlı xüsusi bir sorğu daxil olmuşdu və Azərbaycan tərəfi konkret folqa növü üçün müəyyən bir qiymət istəmişdi, bizim istehsalçımız isə bunu təqdim etmişdi. Başqa sözlə, onlar bildirdilər ki: bizi filan qalınlıqda folqa maraqlandırır, onu hansı həcmdə, hansı müddətdə və hansı qiymətə təklif edə biləcəyinizi deyə bilərsinizmi? İstehsalçımız həcmi və qiyməti təqdim edib, hələlik isə heç bir cavab almamışıq”.