Month: April 2026

  • Əhaliyə XƏBƏRDARLIQ: SEL, daşqın və güclü külək gəlir

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində deyilir.

    Müraciətdə intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur:

    “Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!” – deyə müraciətdə vurğulanır.

  • В Дубае сообщили о повреждении здания компании Oracle

    Здание в городе Дубай (ОАЭ) пострадало вследствие падения обломков сбитого боеприпаса.

    Об этом утверждают власти одноименного эмирата.

    Раненых в результате инцидента нет.

    “Обломки сбитого снаряда рухнули на фасад здания в районе Дубай-Марина. Сообщений о возникновении пожара и наличии пострадавших в результате произошедшего не поступало”, – говорится в заявлении пресс-службы дубайской администрации. Масштабы причиненного материального ущерба не уточняются.

    Также власти эмирата Дубай сообщили, что здание американской компании Oracle получило незначительные повреждения в результате падения фрагментов перехваченного иранского боеприпаса.

    “Обломки сбитого снаряда упали на здание компании Oracle в районе Dubai Internet City (находится в центре столицы эмирата, города Дубай – ред.) и незначительно повредили его фасад. Информации о пострадавших не поступало”, – говорится в заявлении пресс-центра регионального правительства. Что именно за боеприпас был перехвачен системами ПВО в небе над городом, не уточняется.

  • Dubay-Marina və “Dubai Internet City” əraziləri sursat qalıqlarından zərər görüb

    ABŞ-nin “Oracle” şirkətinin binasına İranın zərərsizləşdirilən sursat parçalarının düşməsi nəticəsində kiçik ziyan dəyib.

    Bu barədə BƏƏ-nin Dubay Əmirliyinin rəsmiləri məlumat yayıb.

    “Ələ keçirilən mərmidən qalan qalıqlar “Dubai Internet City” ərazisindəki “Oracle” binasının üzərinə düşüb və fasadına kiçik ziyan vurub. İtki barədə məlumat verilməyib”, – deyə regional hökumətin mətbuat mərkəzi açıqlamada bildirib. Şəhər səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən məhz hansı sursatın zərərsizləşdirildiyi açıqlanmır.

    Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən bina da hərbi sursatın qalıqlarının düşməsi nəticəsində zərər görüb. Əmirliyin rəsmilərinin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

    “Vurulmuş mərminin qalıqları Dubay-Marina ərazisindəki binanın fasadına düşüb. Yanğının baş verməsi və ya hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat daxil olmayıb”, – deyə Dubay administrasiyasının mətbuat xidmətinin bəyanatında bildirilir. Dəyən maddi ziyanın miqyası barədə dəqiq məlumat verilmir.

  • Дорожная полиция обратилась к участникам дорожного движения в связи с туманной погодой

    В настоящее время в некоторых регионах Азербайджана, в том числе в Баку, наблюдается туманная погода. Такие погодные условия значительно снижают дальность видимости на дорогах, что повышает риск возникновения дорожно-транспортных происшествий.

    Об этом говорится в обращении Главного управления Государственной дорожной полиции (ГУГДП) к водителям и пешеходам в связи с туманной погодой.

    Отмечается, что в подобных условиях внимательное и ответственное поведение участников дорожного движения приобретает исключительно важное значение.

    “Рекомендации для водителей:

    – перед началом движения проверьте исправность противотуманных фар и всей систем освещения автомобиля;

    – выбирайте скорость движения в соответствии с текущими условиями видимости, избегайте резких манёвров и обгонов;

    – соблюдайте безопасную дистанцию;

    – при остановке или аварийной ситуации используйте аварийные огни и предупредительные знаки.

    Рекомендации для пешеходов:

    – переходите дорогу только по установленным переходам;

    – не выходите внезапно на проезжую часть;

    – учитывайте, что в таких условиях водителю сложнее заметить пешехода.

    ГУГДП обращает внимание на то, что невнимательность и безответственное поведение участников дорожного движения в условиях ограниченной видимости могут стать причиной тяжёлых ДТП. В таких условиях жизненно важно быть внимательным и ответственным, строго соблюдать правила дорожного движения”, – подчёркивается в информации.

  • Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

    “Hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur. Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır”.

    Bu, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) dumanlı hava ilə əlaqədar sürücülərə və piyadalara müraciətində qeyd olunub.

    Bilidirilib ki, bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.

    “Sürücülərə tövsiyə olunur:

    – Hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

    – Sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinin;

    – Ara məsafəni qoruyun;

    – Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

    Piyadalara tövsiyə olunur:

    – Yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin;

    – Yolun hərəkət hissəsinə qəfil çıxmayın;

    – Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir.

    Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır”, – deyə müraciətdə vurğulanıb.

  • По поручению Президента Азербайджана в Иран направляется очередная гумпомощь

    Азербайджан сегодня направляет в Иран очередную партию гуманитарной помощи для обеспечения текущих потребностей населения дружественной соседней страны.

    Решение об отправке помощи принято по итогам телефонного разговора президентов Азербайджана и Исламской Республики Иран Ильхама Алиева и Масуда Пезешкиана.

    В гуманитарный груз входят различные продовольственные товары, лекарственные средства и медицинские принадлежности общим объемом 200 тонн.

    Из них 190 тонн составляют продовольствие и пищевые продукты, 7 тонн – лекарственные средства, еще 3 тонны – медицинские принадлежности.

    Гуманитарную помощь везут на 10 грузовых автомобилях.

  • Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır

    Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

    İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

    Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

    Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

  • МИД Азербайджана: Призываем международное сообщество усилить поддержку гуманитарной деятельности по разминированию

    По случаю 4 Апреля – Международного дня просвещения по вопросам минной опасности и помощи в деятельности, связанной с разминированием, Азербайджан вновь подтверждает свою приверженность устранению тяжелых гуманитарных последствий мин.

    Об этом говорится в публикации Министерства иностранных дел Азербайджана в социальной сети X.

    “Мины и неразорвавшиеся боеприпасы продолжают представлять серьезную угрозу жизни людей, препятствуют восстановительным работам и мешают безопасному возвращению вынужденных переселенцев. Азербайджан остается одной из стран, наиболее пострадавших от минного загрязнения. Мы призываем международное сообщество усилить поддержку гуманитарной деятельности по разминированию и помощь пострадавшим. Будущее без мин является необходимым условием для устойчивого мира, развития и обеспечения безопасности людей”, – говорится в публикации.

  • Azərbaycan XİN: “Beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətinə yardımın gücləndirilməsinə çağırırıq” – FOTO

    “4 aprel – Mina Təhlükəsi və Minatəmizləmə Fəaliyyətinə Dəstək üzrə Beynəlxalq Gün münasibətilə Azərbaycan minaların yaratdığı ağır humanitar təsirlərin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiqləyir”.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) “X” hesabında paylaşım edib.

    “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda davam edir, bərpa işlərini ləngidir və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur. Azərbaycan mina çirklənməsindən ən çox təsirlənən ölkələr arasında qalır. Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətlərinə və zərərçəkənlərə yardımın gücləndirilməsinə çağırırıq. Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”, – deyə paylaşımda qeyd olunub.

  • Многочасовые очереди в Центральной больнице нефтяников: пациенты не могут попасть на приём – ВИДЕО

    Пациенты Центральной больницы нефтяников вынуждены приходить ранним утром и часами стоять в очереди, чтобы попасть на приём к врачу. Среди ожидающих – пожилые люди и больные в тяжёлом состоянии.

    Соответствующие видеокадры были отправлены на горячую линию Xəzər Xəbər.

    По словам жительницы столицы Ульвии Расуловой, несмотря на то что она пришла в больницу очень рано, попасть на приём к врачу ей так и не удалось.

    Женщина отмечает, что главная проблема больницы – многочасовое ожидание в очередях.

    Другие граждане, столкнувшиеся с аналогичной ситуацией, также жалуются на неорганизованную систему очередей в медучреждении.

    В свою очередь, в Центральной больнице нефтяников заявили, что обращения пациентов особенно увеличивается в определённые дни и в часы пик.

    В учреждении также отметили, что электронная система очередей создана для более эффективного управления потоком пациентов и сокращения времени ожидания. Сейчас, по словам больницы, предпринимаются дополнительные организационные меры для равномерного распределения обращений и повышения удовлетворённости посетителей.