Month: April 2026

  • Neftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM – Video

    Səhər tezdən gələrək saatlarla həkim qəbuluna düşmək üçün növbədə gözləyirlər. Bu insanlar arasında ahıllar da var, vəziyyəti ağır olanlar da…

    Görüntüləri bu gün səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasında növbədə gözləyən xəstələrdən biri “Xəzər Xəbər”in “WhatsApp” qaynar xəttinə göndərib. Şəhər sakini Ülviyyə Rəsulova bildirir ki, səhər erkən saatlardan xəstəxanaya gələrək həkim qəbuluna düşmək istəsə də, buna nail ola bilmir.

    Şikayətçi qeyd edir ki, xəstəxanada ən böyük problem növbədə saatlarla gözləməkdir.

    Bənzər problemlə üzləşən digər şəxslər də xəstəxanadakı növbə sisteminin qeyri-mütəşəkkil olmasından şikayət edirlər.

    Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, müraciətlər müəyyən gün və saatlarda daha sıx olur. Vətəndaşların əksəriyyəti eyni günlərdə və pik saatlarda tibbi xidmətə müraciət etməyə üstünlük verir. Bu isə bəzi günlərdə sıxlığın artmasına səbəb olur.

    Xəstəxanadan o da qeyd olunub ki, elektron növbə sistemi müraciətlərin daha effektiv tənzimlənməsinə, növbələrin azaldılmasına və gözləmə müddətinin optimallaşdırılmasına xidmət edir. Hazırda sıxlığın müşahidə olunduğu günlər üzrə axının balanslaşdırılması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində əlavə təşkilati tədbirlər həyata keçirilir.

  • Azərbaycan Prezidenti seneqallı həmkarını təbrik edib

    Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab prezident, Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    İnanıram ki, Azərbaycan ilə Seneqal arasındakı dostluq münasibətlərinin və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Sumqayıtda 16 yaşlı qız FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

    Sumqayıt şəhərində yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, aprelin 1-i, saat 13:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 2010-cu il təvəllüdlü şəxsin (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, aprelin 4-də, saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb.

    “Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, ağır kəllə-beyin travması, baş-beynin əzilməsi, ikitərəfli pnevmotoraks və dalağın cırılması diaqnozları təyin olunan pasiyent üzərində splenektomiya (dalağın götürülməsi) əməliyyatı icra olunmuşdu”, – deyə məlumatda qeyd edilib.

  • В Азербайджане ожидается сильный ветер – ПРЕДУПРЕЖДЕНИЕ

    В связи с ветреной погодой, ожидаемой 4-6 апреля в Баку и на Абшеронском полуострове, а также в некоторых районах Азербайджана, объявлены желтое и оранжевое предупреждения.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В Баку и на Абшеронском полуострове, а также в других регионах страны в соответствии с желтым предупреждением максимальная скорость северо-западного ветра составит 13.9-20.7 м/с.

    В Газахе, Агстафе, Дашкесане, Мингячевире, Нафталане, Гёранбое в соответствии с оранжевым предупреждением порывы северо-западного ветра усилятся до 20.8-28.4 м/с.

  • Küləklə bağlı XƏBƏRDARLIQ: GÜCLƏNƏCƏK

    Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

  • Скончался один из отравившихся угарным газом в Сумгайыте детей

    Один из малолетних, отравившихся угарным газом в Сумгайыте, скончался.

    Как сообщили в Сумгайытском медцентре, несмотря на проведенные реанимационные мероприятия, 4 апреля в 06:30 был зафиксирован факт биологической смерти девочки 2010 года рождения, госпитализированной 1 апреля в 13:20 в тяжёлом состоянии в Больницу скорой медицинской помощи Сумгайытского медцентра.

    “Тело передано в соответствующую инстанцию для проведения вскрытия. Отметим, что пациентке, у которой были диагностированы тяжёлая черепно-мозговая травма, ушиб головного мозга, двусторонний пневмоторакс и разрыв селезёнки, была проведена операция спленэктомии (удаление селезёнки)”, – говорится в сообщении.

    Отметим, что 1 апреля в посёлке Гаджи Зейналабдин города Сумгайыт шестеро членов многодетной семьи отравились угарным газом. Хотя их выписали домой, позже пострадавшие были повторно госпитализированы.

  • Sumqayıt şəhərində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb

    Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı baş verən hadisə azyaşlının ölümü ilə nəticələnib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə iki gün əvvəl şəhərin Xəzri bağları ərazisində qeydə alınıb.

    Belə ki, çoxuşaqlı ailənin altı üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib və onlar dərhal xəstəxanaya çatdırılaraq tibbi yardım alıblar.

    Müalicədən sonra azyaşlılar evə buraxılsa da, zəhərlənənlərdən biri – 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin qəfil vəziyyəti pisləşib. Körpə yenidən xəstəxanaya yerləşdirilib.

    Həkimlərin göstərdiyi tibbi yardıma və aparılan müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanda dəhşətli qətl: Yeni evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər – YENİ DETALLAR

    Aprelin 2-də Marneuli şəhərində bıçaqlanan 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub.

    Median.Az 24News.ge-yə istinadən xəbər verir ki, yerli sakinlər hadisəyə səbəb olan münaqişənin martın 26-da keçirilən toy məclisində başladığını bildiriblər.

    Məlumata görə, ağır cinayəti törətməkdə ittiham olunan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu hələ toy günü qisas almaqla hədələyib. Dünən isə o, gənci evinin yaxınlığına çağıraraq bıçaqla boğazını kəsib. Hadisə şahidlərinin sözlərinə görə, ağır yaralanan Ümid çoxlu qan itirərək hadisə yerindəcə dünyasını dəyişib. Şahidlər bildirirlər ki, gənc qaçmağa çalışsa da, hücum edən şəxs onu yaxalayaraq qətlə yetirib.

    Hadisənin şahidi olan sakinlərdən biri həmin anları belə təsvir edib: “Qışqırıq səsinə çölə çıxdım, artıq çox adam yığılmışdı. Dedilər ki, biri qaçırdı, digəri isə onu təqib edirdi. Yazıq hasardan tullanıb qaçmaq istəyirdi, amma çatmadı. Onu yaxalayıb boğazını kəsdi. Eşitdiyimə görə, aralarında problem toyda yaranmışdı. O vaxt mübahisə ediblər və qonşumuz ona “səni bağışlamayacağam” deyib. Beləcə qisas aldı”.

    Digər bir sakin isə yaralı gəncin təxminən yarım saat kömək istədiyini, lakin hamı qorxduğu üçün yaxınlaşa bilmədiyini qeyd edib:

    “Qatil bıçaqla silahlandığı üçün hamı qorxurdu. Mən gələndə o artıq qaçmışdı. Təcili yardıma zəng etməyə belə çəkinirdilər. Mən zəng etdim, amma artıq gec idi – boğazındakı dərin kəsik səbəbindən hadisə yerində keçinmişdi”.

    Hadisə baş verən gün şəhərin mərkəzi xəstəxanasında da vəziyyət gərgin olub. Həkimlər gəncin həyatını xilas edə bilmədikdən sonra xəstəxana ərazisində qarşıdurma yaşanıb.//oxu.az

  • Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər – SƏBƏB

    Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    “Şəhər şosesində (Zabrat-Maştağa yolu) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 40, 55, 54, 105, 107, 107A,131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B, M8 nömrəli marşrutların hərəkətində ləngimələr yarana bilər. Sərnişinlərdən səfərlərini planlayan zaman bunu nəzərə almaları xahiş olunur”, – məlumatda qeyd edilib.

  • “Qarabağ” ilk oyunda “Sabah”la heç-heçə etdi

    Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları başa çatıb.

    Günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges, qonaqlarda isə Umarali Raxmonaliyev dubl ediblər.

    Günün ilk matçında “Zirə” “Turan Tovuz”a 2:0 hesablı qalib gəlib.

    Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.