Month: April 2026

  • В Минтруда произведено новое назначение

    В Агентстве социальных услуг при Министерстве труда и социальной защиты населения Азербайджана произведено новое назначение.

    Как сообщает Median.Az со ссылкой Unikal, соответствующий приказ подписал председатель правления агентства Вугар Бехбудов.

    Согласно документу, Мурад Алибей оглу Фарзалиев возглавил отдел поддержки социально-бытовых вопросов.

    Отметим, что до этого назначения должность некоторое время оставалась вакантной.

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YENİ TƏYİNAT

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinat olub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

    Əmrə əsasən, Murad Əlibəy oğlu Fərzəliyev Sosial-məişət məsələlərinə dəstək şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, bu təyinata qədər sözügedən şöbənin müdiri vəzifəsi vakant olub.

  • В Мьянме выбрали президента

    Парламент Мьянмы выбрал президентом республики Мин Аун Хлайна.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом свидетельствуют данные подсчета голосов.

    Его кандидатуру поддержало большинство парламентариев.

    Мин Аун Хлайн ранее ушел с поста главнокомандующего Вооруженными силами Мьянмы, который он занимал с 2011 года. На этой должности его сменил Е Вин У.

  • Myanmanın yeni prezidenti bəlli oldu

    Myanma parlamenti Min Aun Hlaynı respublikanın prezidenti seçib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu səsvermənin nəticələrinə dair məlumatlar təsdiqləyir.

    Onun namizədliyi parlamentarilərin əksəriyyəti tərəfindən dəstəklənib.

    Min Aun Hlayn daha əvvəl Myanma Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən istefa verib. O, 2011-ci ildən bəri bu vəzifəni tuturdu. Həmin postda onu Ye Vin U əvəz edib.

  • В Грузии задержан подозреваемый в убийстве азербайджанца – ФОТО/ВИДЕО

    2 апреля в Марнеульском районе Грузии задержан ранее судимый молодой человек 2004 года рождения. Он подозревается в убийстве Умида Байрамова.

    Об этом заявили в Министерстве внутренних дел Грузии.

    По данным следствия, в Марнеули во время конфликта, возникшего на почве прежних разногласий, подозреваемый ударил ножом в горло Умида Байрамова (2005 г.р.) и скрылся с места происшествия. Пострадавшего срочно доставили в больницу, однако спасти его не удалось.

    В результате оперативно-разыскных мероприятий и следственных действий подозреваемый был задержан в короткие сроки.

    По данному факту возбуждено уголовное дело. Задержанному грозит до 15 лет лишения свободы по статье 108 Уголовного кодекса Грузии.

  • Gürcüstanda bir neçə gün əvvəl toyu olan azərbaycanlı ÖLDÜRÜLDÜ: Saxlanılan var – FOTO – VİDEO

    Aprelin 2-də Gürcüstanın Marneuli rayonunda Ümid Bayramovu öldürməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkumluğu olan 2004-cü il təvəllüdlü şəxs saxlanılıb.

    Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Araşdırmalar zamanı aydın olub ki, Marneulidə baş verən davada təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovun boğazına bıçaqla zərbə endirərək ərazidən uzaqlaşıb. Təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


    Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən şəxs qısa müddət sonra saxlanılıb. Gürcüstanda hadisə ilə bağlı cinayət işi açılıb, onu Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

    Qeyd edək ki, Ü.Bayramovun bir neçə gün əvvəl toyu olub.
    //oxu.az

  • DİM-dən dövlət qulluqçusu olmaq üçün imtahan verəcək şəxslərə MÜRACİƏT

    Aprelin 5-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, DİM-in bu imtahanında iştirak etmək üçün 1 227 namizəd qeydiyyatdan keçib.

    Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməli, onu və şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana gələrkən mütləq özləri ilə gətirməlidirlər.

    İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

    İmtahanların keçirilməsi üçün 14 zal admini, 81 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı ayrılıb.

  • “Quru meyvə” adı ilə 112 kiloqramdan artıq narkotiki ölkəyə keçirmək istədilər

    Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, “qarışıq meyvə qurusu” yükü aparan nəqliyyat vasitəsinə “Astara” gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Цена на азербайджанскую нефть побила 18-летний рекорд

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 10.89 доллара, или 8.33% – до 141.68 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 130.79 доллара.

    Напомним, что азербайджанская нефть марки Azeri Light в последний раз поднималась до уровня 141 доллара в июле 2008 года.

  • Azərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIR

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 10.89 ABŞ dolları və ya 8.33% artaraq 141.68 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 130.79 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti sonuncu dəfə 2008-ci ilin iyul ayında 141 dolları keçib.