Month: April 2026

  • “Gənclər özləri də dərk etmədən tarixi abidəyə ziyan vurublar” – AÇIQLAMA

    “Nizami Kino Mərkəzi ilə bağlı baş verən hadisə çox üzücüdür. Təəssüf ki, gənclərimizin bir qismi yanlış yoldadırlar”.

    Bu sözləri “Unikal”a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, Nizami Kino Mərkəzinin divarlarına yazı yazan gənclər özləri də dərk etmədən belə bir tarixi abidəyə ziyan vurublar:

    “Bu, qəbuledilməz məqamdır. Tarixi binaları qorumaq hər birimizin üzərinə düşən vəzifədir. Ən narahatedici məqamlardan biri də ondan ibarətdir ki, bunu gənclər ediblər. Gənclərin yanlış yolda olması problemli məsələdir.

    Hesab edirəm ki, biz gənclərlə daha sıx iş aparmalıyıq. Ailələr övladlarının tərbiyəsinə ciddi önəm verməlidirlər. Məktəblərdə təlim-tərbiyə işlərinə diqqət artırılmalıdır. Yəni, gənclər arasında davamlı təbliğat aparılmalıdır.

    Təəssüf ki, müasir dövrdə sosial medianın təsiri, qloballaşma və digər məsələlər bəzi gənclərimizin milli-mənəvi dəyərlərimizdən uzaqlaşmasına gətirib çıxarıb. Biz gənclərdə bir sıra yanlış fikir və düşüncələrin formalaşdığının şahidi oluruq. Kimin tərəfindən törədilməsindən asılı olmayaraq, bu çox yanlış bir əməldir. Gənclərimiz belə davranışlardan uzaq olmalıdırlar. Onlar milli-mənəvi dəyərlərimizin ən ciddi keşikçiləri olmalıdırlar. Bilməlidirlər ki, dövləti güclü edən onun milli-mənəvi dəyərləri, mədəniyyəti, tarixi abidələridir. Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə və mənəviyyata malik xalqdır. Xalqımız bu dəyərləri göz bəbəyi kimi qorumalıdır”, – deyə C.Məmmədov əlavə edib.

    Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

    Hadisə ilə bağlı qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onların valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəymiş ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

  • Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə, ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

    Təltif olunanlar arasında ANAMA-nın həlak olan əməkdaşı İsayev Raqif Deputat oğlu da var.

    Xatırladaq ki, 2024-cü il 21 iyun tarixində işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib.

  • Prezident dörd əsasnaməni təsdiq etdi

    “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • Azərbaycanın səfirlikləri üçün TƏLƏB

    Azərbaycanın səfirlikləri yerləşdiyi ölkənin razılığı əsasında başqa inzibati ərazidə öz bölmələrini yarada biləcəklər.

    Bu, “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də əksini tapıb.

    Belə ki, səfirliyin vəzifələrinin icrasının yerləşdiyi şəhərdən kənarda qəbul edən dövlətin digər inzibati ərazi vahidində icra etmək zərurəti yarandıqda, qəbul edən dövlətin razılığı ilə müvafiq inzibati ərazi vahidində səfirliyin bölməsi, yaxud səfir, eyni zamanda, üçüncü dövlətdə və ya bölməsi üçüncü dövlətdə yerləşən beynəlxalq təşkilatda Azərbaycanı təmsil etdikdə, onun səlahiyyətlərinin həyata keçirilməsi üçün üçüncü dövlətin və ya beynəlxalq təşkilatın razılığı ilə həmin dövlətdə və ya beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil edən bölmə yaradıla biləcək.

  • В Азербайджане за совершение терактов с использованием ИИ грозит до 15 лет лишения свободы

    Расширяется перечень объектов, связанных с уничтожением, повреждением или нарушением нормального функционирования объектов жизнеобеспечения населения и критической информационной инфраструктуры, энергетической и транспортной инфраструктуры, телекоммуникационных сетей, предприятий, установок с целью ослабления экономической безопасности и научно-технического потенциала Азербайджана.

    Данный вопрос нашёл своё отражение в проекте изменений, предложенных в Уголовный кодекс Азербайджанской Республики и закон “О борьбе с терроризмом”, вынесенных на обсуждение в комитете Милли Меджлиса по обороне, безопасности и борьбе с коррупцией.

    За совершение взрывов, поджогов, массовых отравлений, распространение инфекционных заболеваний, направленных на уничтожение, повреждение или нарушение нормального функционирования объектов жизнеобеспечения населения и критической информационной инфраструктуры, энергетической и транспортной инфраструктуры, телекоммуникационных сетей, предприятий, установок, причинение вреда здоровью населения и окружающей среде с целью ослабления обороноспособности, экономической безопасности и научно-технического потенциала Азербайджанской Республики, а также за совершение тех же деяний с использованием технологий искусственного интеллекта (ИИ), а также специального программного обеспечения или иных действий устанавливается наказание в виде лишения свободы на срок от 8 до 15 лет.

    Также предусматривается ряд новых отягчающих обстоятельств в случае совершения тех же деяний организованной группой.

    К этим отягчающим обстоятельствам относятся: совершение диверсии преступным сообществом, совершение в условиях чрезвычайного или военного положения, режима чрезвычайной обстановки социального характера, а также в ходе массовых беспорядков, совершение лицом с использованием своего служебного положения, причинение по неосторожности смерти человеку или иных тяжких последствий.

    В данном случае лицо, участвовавшее в подготовке диверсии, освобождается от уголовной ответственности, если оно своевременно предупредило органы власти или иным способом содействовало предотвращению такого деяния и в его действиях не содержится состава иного преступления.

  • Azərbaycanda süni intellektlə terror törədənləri 15 ilədək həbs gözləyir

    Azərbaycanın iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına dair obyektlərin siyahısı genişlənir.

    Sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlərlərinə görə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalaları müəyyənləşir.

    Həmçinin eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur.

    Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir.

    Həmçinin burada da təxribatın hazırlanmasında iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.

  • İlham Əliyev bir qrup şəxsi təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətində fərqlənən aşağıdakı şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər:

    Bağırov Ceyhun Əkbər oğlu – polkovnik

    Daşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnik

    Məmmədov Süleyman Abdulla oğlu – mayor

    Abdulov Səyahət Namik oğlu – kapitan

    Salahov Nurlan Bilal oğlu – kapitan

    Ağayev Hüseyn Osman oğlu

    Cəfərov Vüsal Nurəddin oğlu

    Cəlilov Şahin Səhlədar oğlu

    Əliyev Rəşad Radin oğlu

    Əliyev Fədai Azər oğlu

    Hüseynov Azər Fehruz oğlu

    Hüseynov Xaliq Araz oğlu

    Hüseynov Namiq Əbdülrəhim oğlu

    Hüseynov Nizami Rasim oğlu

    İsayev Raqif Deputat oğlu (ölümündən sonra)

    Qasımov Ruslan Teymur oğlu

    Qasım-zadə Orxan Əhməd oğlu

    Məmmədov İldırım Məhərrəm oğlu

    Məmmədov Kamran Nadir oğlu

    Mirzəyev Babək Vəkil oğlu

    Namazov Füzuli Hidayət oğlu

    Rəhimov Rəhim Naib oğlu

    Səfiyev Bəhruz Tofiq oğlu

    Süleymanov Həşim Ramiz oğlu

    Zülfüqarov Namiq Tofiq oğlu.

  • Hava ilə bağlı növbəti xəbərdarlıq – Subasma olacaq

    Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var.

    Gözlənilən intensiv və arabir güclənən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur.

    Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

    Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

    Qeyd edək ki, aprel ayının birinci ongünlüyündə ölkə ərazisində hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

  • Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

    Azərbaycan və Belarus sürücülük vəsiqələri qarşılıqlı tanıyacaq.

    Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

  • Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

    Azərbaycanda kommunal xidmətlər üzrə vahid abonent bazasının ilkin mənbə kimi təkmilləşdirilməsi və digər sistemlərin bu məlumatlardan istifadəsinin təmin edilməsi istiqamətində tədbirlər görüləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması planlaşdırılır.

    Bu məqsədlə “Azərişıq” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tədbirlər planı hazırlayacaq. Planın bu il mayın 15-nə qədər təqdim edilməsi nəzərdə tutulur.

    Bundan əlavə, abonent məlumat bazasında ünvan reyestri məlumatlarının tətbiqi genişləndiriləcək və bu sahədə də mötəbərlilik səviyyəsinin 90%-ə çatdırılması hədəflənir.

    Məlumatların dəqiqləşdirilməsi məqsədilə nəzarətçilər yerində mobil qurğular (planşetlər) vasitəsilə FİN, VÖEN və ünvan məlumatlarının toplanılmasını həyata keçirəcək.

    Bu tədbirlər kommunal xidmətlər üzrə formalaşdırılan məlumatların dürüstlük səviyyəsini müəyyən edir və məlumatların vahid qaydalar əsasında, rəsmi mənbələrlə uyğun şəkildə formalaşdırılması əsas meyar kimi götürülür.