Month: April 2026

  • Güclü küləklə bağlı xəbərdarlıq edildi

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə aprelin 4-ü gündüzdən 6-dək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

  • Bakı metrosuna YENİ qatarlar alınacaq

    “Hazırda Bakı metropolitenində 3-cü nəslə aid 36, eləcə də yeni – 4-cü nəslə məxsus daha 36 qatar tərkibi istismar olunur”.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

    Qeyd olunub ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar hazırda yeni qatarların alınması istiqamətində tədbirlər görülür:

    “Dövlət Proqramına uyğun olaraq, yeni vaqonların alınması ilə bağlı tender elan olunduqdan sonra qalib tərəflə müqavilə imzalanaraq istehsal prosesinə başlanılacaq. Bununla əlaqədar yeniliklər olduğu təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

  • Bağça müəllimlərinin yerdəyişməsi müsabiqəsi başlayır

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

    Bu barədə BŞTİ-dən məlumat verilib.

    Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.

    İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

    -Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

    – Şəxsiyyət vəsiqəsinin surəti;

    – İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

    – Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

    – Diplomun surəti;

    – Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.

  • Sumqayıtda altı uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA – Video

    Sumqayıt şəhərində bir ailədə altı uşağın dəm qazından zəhərlənməsinin daha bir təfərrüatı məlum olub.

    Məsələ ilə bağlı İctimai TV-yə danışan uşaqların anası bildirib ki, hadisədən əvvəl uşaqlar həyətdə oynayırdılar:

    “Mən də evdə iş görürdüm. Birdən gözümdən yayınıb evə gəldilər. Əvvəlcə mətbəxə baxdım, orada deyildilər. Hamam otağına baxanda gördüm qapı açılmır. Güclə qapını açanda gördük, uşaqlar yerə səriliblər. İlk köməyə də qonşuları çağırdıq, sonra özüm bir-bir uşaqları çıxardım”.

    * * * * *

    Sumqayıt şəhərində bir ailədə 6 uşağın dəm qazından zəhərlənməsinin təfərrüatı məlum olub.

    Hadisə dünən axşam saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

    Qəsəbə sakini Kamil Cəbrayılovun 6 övladı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.

    K.Cəbrayılov Oxu.Az-a açıqlamasında bildirib ki, onun 9 övladı var:

    “Həmişə böyük uşaqlarım azyaşlıları yuyundururdu. Dünən də böyüklər balaca uşaqları yuyundurmaq üçün hamama aparmışdı. Bir müddətdən sonra uşaqlar hamamdan çıxanda gördük ki, rəngləri qaralıb, özlərini pis hiss edirlər.

    Hamama baxdıq ki, qızdırıcı qurğu dəm qazı buraxıb. Dərhal təcili yardım çağırdıq, uşaqları xəstəxanaya çatdırdıq. Səhər saatlarında uşaqlardan dördünün vəziyyəti normallaşdığı üçün onları xəstəxanadan evə buraxdılar.

    Hazırda digər iki övladım da özlərini yaxşı hiss edir. Onları da xəstəxanadan çıxarırıq”.

    * * * * *

    Sumqayıt şəhərində dəm qazından zəhərlənən azyaşlıların sayı altı nəfərə çatıb.

    Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, dünən axşam saat 18 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına altı nəfər (dörd kişi, iki qadın cinsli) hosptalizasiya olunub.

    Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyəti qənaətbəxş qiymətləndirilən dörd nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

    * * * * *

    Sumqayıt şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Qəsəbə sakinləri – 2015-ci il təvəllüdlü C.Cəbrayılov, 2018-ci il təvəllüdlü M.Cəbrayılov, 2019-cu il təvəllüdlü H.Cəbrayılov, 2021-ci il təvəllüdlü A.Cəbrayılova və 2024-cü il təvəllüdlü G.Cəbrayılova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

    Azyaşlılar xəstəxanaya çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda maaş və pensiyalar artırıla bilər

    “Azərbaycanda belə ənənə var ki, may-iyun aylarında büdcəyə əlavələr və dəyişikliklər oluna bilər. Yəqin ki, mayın sonu iyun ayının əvvəllərində parlamentə büdcəyə əlavələr və dəyişikliklərlə bağlı qanun layihəsi təqdim olunacaq”.

    Bunu “Unikal”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, burada bəzi sosial xərclərin, maaşların və təqaüdlərin artırılması nəzərdə tutula bilər.

    “Bundan əvvəlki müzakirələrdə hər il minimum əməkhaqqının artırılması ilə bağlı təklif var idi. Bu il hələki minimum əməkhaqqı artırılmayıb. Ona görə minimum əməkhaqqının və minimum təqaüdün artırılması ilə bağlı qanunvericilik təklifləri ola bilər. Düşünürəm ki, ən azı 10-15%-lik artımlar gözlənilir”.

    Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub. Hazırda isə “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 100 dollardan baha satılır.

  • Армянская АЭС отключена на пять месяцев

    Армянская (Мецаморская) АЭС со вчерашнего дня остановлена на плановый ремонт сроком на пять месяцев.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом на заседании правительства сообщил министр территориального управления и инфраструктур Давид Худатян.

    По его словам, остановка связана с проведением работ по продлению срока эксплуатации станции до 2036 года. Общая продолжительность простоя составит 153 дня, тогда как стандартный ежегодный останов для профилактики обычно не превышает 45 дней. Увеличение сроков обусловлено масштабом запланированных работ.

    Как ранее отмечал генеральный директор станции Эдуард Мартиросян, для реализации проекта по установке новой системы достигнуто рамочное соглашение с госкорпорацией “Росатом”. Изначально на выполнение работ отводилось около 160 дней, однако по согласованию с российской стороной этот срок удалось сократить до 140 дней. При этом дополнительные дни потребуются на остановку и последующий запуск энергоблока.

    В рамках второго этапа продления срока службы предусмотрена замена системы охлаждения ответственных потребителей.

    Говоря о перспективах, Худатян сообщил, что новая атомная электростанция в Армении будет модульного типа. Окончательное решение по проекту планируется принять в течение 2026 года или, в крайнем случае, в начале 2027 года.

    Армянская АЭС обеспечивает около трети выработки электроэнергии в стране. Первый энергоблок был введен в эксплуатацию в декабре 1976 года, второй – в январе 1980-го. После Спитакского землетрясение станция была остановлена в 1989 году, а второй энергоблок возобновил работу в ноябре 1995 года.

    В декабре 2023 года “Росатом Сервис” и ЗАО “Армянская атомная станция” заключили рамочное соглашение о реализации программы по повторному продлению срока эксплуатации станции до 2036 года.

  • Ermənistanda Metsamorun işi dayandırıldı

    Dünəndən etibarən Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti planlı təmir işləri ilə əlaqədar beş ay müddətinə dayandırılıb.

    Bu barədə Ermənistan KİV məlumat yayıb.

    Nazirin sözlərinə əsasən, fəaliyyətin dayandırılması stansiyanın istismar müddətinin 2036-cı ilədək uzadılması məqsədilə aparılan tədbirlərlə bağlıdır. Fasilə ümumilikdə 153 gün çəkəcək, baxmayaraq ki, ənənəvi illik texniki baxış zamanı bu müddət, adətən, 45 gündən artıq olmur. Vaxtın uzun olması planlaşdırılan işlərin geniş miqyası ilə izah edilir.

    Stansiyanın baş direktoru Eduard Martirosyanın daha öncə bildirdiyi kimi, yeni sistemlərin quraşdırılması məqsədilə “Rosatom” dövlət korporasiyası ilə çərçivə sazişi imzalanıb. Başlanğıcda təmir üçün təqribən 160 gün nəzərdə tutulsa da, Rusiya tərəfi ilə aparılan danışıqlar nəticəsində müddət 140 günə qədər azaldılıb. Bununla belə, enerji blokunun fəaliyyətinin dayandırılması və yenidən istifadəyə verilməsi üçün əlavə zamana ehtiyac yaranacaq.

    İstismar müddətinin uzadılmasına yönəlmiş ikinci mərhələ çərçivəsində stansiyanın soyutma sisteminin yenilənməsi nəzərdə tutulur.

    Gələcək planlara toxunan Xudatyan qeyd edib ki, Ermənistanda inşa ediləcək yeni atom elektrik stansiyası modul tipli olacaq. Bu layihə üzrə yekun qərarın verilməsi 2026-cı ilə, ən gec isə 2027-ci ilin əvvəllərinə planlaşdırılır.

    Metsamor AES Ermənistanın elektrik enerjisinə olan tələbatının təqribən üçdəbirini ödəyir. Stansiyanın birinci bloku 1976-cı ilin dekabrında, ikinci bloku isə 1980-ci ilin yanvarında istifadəyə verilib. 1989-cu ildə baş verən Spitak zəlzələsindən sonra fəaliyyəti dayandırılan stansiyanın ikinci bloku 1995-ci ilin noyabrında yenidən işə salınıb.

    Xatırladaq ki, 2023-cü ilin dekabrında “Rosatom Service” ilə “Ermənistan Atom Elektrik Stansiyası” QSC arasında AES-in işlək müddətinin 2036-cı ilədək artırılmasına dair proqramın reallaşdırılması üçün çərçivə sazişi bağlanıb.

  • ВНИМАНИЮ ВОДИТЕЛЕЙ: на улице Узеира Гаджибекова изменена организация движения – ФОТО

    На участке улицы Узеира Гаджибекова до пересечения с улицей Кёвкяб Сафаралиевой увеличено количество полос движения.

    Об этом сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA).

    Количество полос доведено до 5 и на данном участке увеличена пропускная способность дороги.

    Отмечается, что с учётом обращений граждан движение на данном участке дороги оптимизировано.

  • Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ – FOTO

    Üzeyir Hacıbəyov küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılıb.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, bununla zolaqların sayı 5-ə çatdırılıb və həmin hissədə yolun buraxıcılıq qabiliyyəti artırılıb.

    Qeyd olunub ki, vətəndaşların müraciətləri nəzərə alınaraq bu yol sahəsində hərəkət optimallaşdırılıb.

  • В Азербайджане аннулирована звездная категория четырех отелей

    Государственное агентство по туризму аннулировало звездную категорию четырех отелей в Азербайджане.

    По полученной Report информации, решение распространилось на трехзвездочные отели.

    Таким образом, количество отелей со звездной категорией в стране сократилось с 283 до 279.

    Два отеля, утративших звездную категорию, расположены в Баку, а два – в регионах.

    В Азербайджане в настоящее время насчитывается 23 пятизвездочных, 43 – четырехзвездочных, 97 – трехзвездочных, 84 – двухзвездочных отелей и 32 отеля с одной звездой.

    В Баку насчитывается 206 отелей со звездной категорией, что составляет примерно 74% от общего числа таких отелей в стране.