Month: April 2026

  • Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 2-də ölkəmizdə səfərdə olan Türkiyə vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bu münasibətlərin daha da möhkəmlənməsində əsas amil olduğu vurğulanıb.

    Tərəflər ötən ilin dekabrında Bakı şəhərində keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının nəticələrini müsbət qiymətləndirərək, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər, bir sıra istiqamətlərdə birgə layihələrin icra vəziyyətini nəzərdən keçiriblər.

    Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, təşkilatın üzv dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu baxımdan Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin önəmi xüsusi qeyd edilib.

  • Bakıda yaşayış binasında yanğın – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nəsimi rayonunda yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanında məişət tullantıları yanıb. Yanğın qısa müddətdə söndürülüb.

  • Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü

    İstanbulun Fatih rayonunda özəl şirkətdə kuryer işləyən azərbaycanlı Arif İsmayılov güllələnib.

    “Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs tərəfindən güllələnən azərbaycanlı ölüb.

    Qeyd olunub ki, Arif İsmayılov küçədə ona yaxınlaşan naməlum şübhəli tərəfindən başından vurulub.

    Hücumdan sonra şübhəli hadisə yerindən qaçıb.

  • Cevdet Yılmaz: “Azərbaycanla əlaqələrimiz “bir millət, iki dövlət” anlayışına söykənir”

    “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər son dərəcə özəl xarakter daşıyır”.

    Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

    O bildirib ki, bu, sadəcə iki dövlət arasında olan adi münasibətlər deyil:

    “Şuşa Bəyannaməsində də öz əksini tapan, müttəfiqlik prinsiplərinə əsaslanan bu əlaqələr, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi, “bir millət, iki dövlət” anlayışına söykənir. Buna görə də qarşılıqlı səfərlər hər fürsətdə həyata keçirilir. Həmçinin, prezidentlərimizin malik olduqları ortaq və güclü baxış bu münasibətlərin ən möhkəm təməlini təşkil edir”.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

    5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

    7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    11. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • В Иране при ударах США и Израиля разрушено одно из самых сложных инженерных сооружений в мире

    Мост, который считается одной из самых сложных инженерных конструкций в Иране, разрушен в результате удара США и Израиля по иранскому городу Кередж, расположенному к северо-западу от Тегерана.

    Как передает Median.Az, об этом говорится в заявлении властей провинции Альборз.

    “Час назад в результате атаки со стороны сионистского режима и США был разрушен мост B1, который считался инженерным шедевром Ирана и одним из самых сложных инженерных сооружений в мире. В результате этого некоторые районы столкнулись с проблемами электроснабжения”, – приводит текст агентство Tasnim.

  • İranın unikal mühəndislik tikilisi dağıdıldı

    Tehranın şimal-qərbində yerləşən Kərəc şəhərinə ABŞ-İsrail hücumu zamanı İranın unikal mühəndislik konstruksiyalarından biri hesab edilən körpü dağıdılıb.

    Median.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əlborz əyalətinin hakimiyyət orqanları məlumat verib.

    “Bir saat əvvəl İranın mühəndislik sahəsində şah əsəri və dünyanın ən mürəkkəb tikililərindən biri hesab edilən “B1″ körpüsü İsrail və ABŞ-nin hücumu nəticəsində dağıdılıb. Nəticədə bəzi ərazilərdə elektrik kəsintiləri yaşanır”, – deyə agentlik məlumat yayıb.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı

    Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb.

    Həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib.

    Qeyd edək ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən etibarən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri kimi düşən bu hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib.

    Cəbhənin Tərtər istiqamətində gedən döyüşlərin idarə olunması Polad Həşimova həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

    Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi xüsusi xidmətlərə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur.

    Qeyd edək ki, Polad Həşimov 2020-ci ildə Tovuz döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

  • Azərbaycanda veteran futbolçu vəfat etdi

    Azərbaycanın veteran futbolçusu vəfat edib.

    Bu barədə 1-ci Liqa təmsilçisi “Şimal” futbol klubu məlumat yayıb.

    Əslən Xaçmaz rayonundan olan veteran futbolçu Füzuli Şeydayev dünyasını dəyişib.

  • Əhaliyə VACİB XƏBƏRDARLIQ – Bu tarixdən hava KƏSKİN PİSLƏŞİR

    Azərbaycanda aprel ayının birinci ongünlüyündə hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumjat yayıb.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

    Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.