Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində avtomobil aşıb.
“Range Rover”in sürücüsü idarəetmədən çıxaraq maşını metal arakəsmələrə çırpıb.
Nəticədə avtomobilin xanım sürücüsü yüngül xəsarətlər alıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsi müharibəyə hər an hazır olmalıdır.
Onun sözlərini “BelTa” agentliyi sitat gətirib.
Onun sözlərinə görə, Belarus ordusu daim döyüş hazırlığında olmalı və ölkəyə qarşı hər hansı bir təhdidə dərhal cavab verə bilməlidir.
“Biz müharibəyə hazırlaşırıq. Buna görə də Silahlı Qüvvələri yaratdıq, ona görə də onları saxlayırıq”, – Lukaşenko bildirib.
O əlavə edib ki, ordu məhz dövlət təhlükəsizliyini təmin etmək üçün mövcuddur. Eyni zamanda, Lukaşenko qeyd edib ki, respublika hərbi münaqişədə maraqlı deyil.
//unikal.az
Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) birgə bəyanat yayıb.
Qeyd olunub ki, həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır. Qeyd edək ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür. Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik. Belə hallarla qarşılaşan şəxslərdən isə dərhal qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur.

Aprelin 1-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
İtaliya millisinin və İngiltərənin “Nyukasl” komandasının yarımmüdafiəçisi Sandro Tonali İspaniyanın “Real Madrid” klubuna təklif edilib.
Futbolçu özü İngiltərədə qalmaq istəsə də, agentləri onun “kral klubu”na mümkün transferi üzərində işləyirlər.
Belə ki, onlar Madrid təmsilçisinin prezidenti Florentino Peresə müraciət edərək, “Nyukasl”ın ulduz oyunçunu 80 milyon funt sterlinq qarşılığında satmağa hazır olduğunu bildiriblər.
İddiaya görə, “Real Madrid” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer edə bilməsə, Tonali ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Sandro Tonali bu mövsüm “Nyukasl”da 47 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
Həsənov Rasim Əlövsət oğlunun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, ibtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Eyni zamanda cinayət işindən oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.
Иран готов к заключению договоренностей с европейскими, азиатскими и арабскими странами о пользовании Ормузским проливом.
Об этом заявил глава информационного совета при правительстве исламской республики Элиас Хазрати.
“Иран полностью контролирует Ормузский пролив. Мы сегодня пришли к мысли, что, возможно, объявим о договоре насчет Ормузского пролива. Пригласим заключить с нами договор европейские, азиатские и арабские страны, которые хотят его использовать”, – сказал он в эфире иранской гостелерадиокомпании.
Ранее американский лидер в обращении к народу заявил, что судоходство в Ормузском проливе будет в полной мере восстановлено после завершения конфликта с Ираном, в частности, потому, что Тегеран сам заинтересован в продаже нефти. По утверждению Трампа, США не нуждаются в поставках через Ормузский пролив, восстановлением судоходства через него должны заниматься страны, которые используют его для транспортировки нефти.
“İran Avropa, Asiya və ərəb ölkələri ilə Hörmüz boğazından istifadəyə dair razılaşmalar bağlamağa hazırdır”.
Bunu İran hökuməti yanında informasiya şurasının rəhbəri Elyas Xəzrati bildirib.
“İran Hörmüz boğazını tam nəzarətdə saxlayır. Biz bu gün belə bir qənaətə gəldik ki, bəlkə, Hörmüz boğazı ilə bağlı müqavilə elan edək. Ondan istifadə etmək istəyən Avropa, Asiya və ərəb ölkələrini bizimlə müqavilə bağlamağa dəvət edək”, – deyə o, İran dövlət telekanalının efirində bildirib.
Daha əvvəl ABŞ lideri Donald Tpamp xalqa müraciətində bildirmişdi ki, İranla münaqişə başa çatdıqdan sonra Hörmüz boğazında gəmiçilik tam bərpa olunacaq, xüsusilə ona görə ki, Tehran özü neft satmaqda maraqlıdır.
Trampın iddiasına görə, ABŞ-nin Hörmüz boğazı vasitəsilə tədarükə ehtiyacı yoxdur, gəmiçiliyin bərpası ilə neft daşınması üçün ondan istifadə edən ölkələr məşğul olmalıdır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Pakistan İslam Respublikasının vətəndaşı 1989-cü il təvəllüdlü İnsaf Sobianın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Tacikistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, Tacikistanda dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş İnsaf Sobia 2026-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək saxlanılmaqla barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
İran ordusu İordaniyadakı Əl-Əzraq bazasında yerləşdirilmiş ABŞ qırıcılarının olduğu yerə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bəyan edib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
“Bu günün ilk saatlarında İordaniyanın Əl-Əzraq bazasında ABŞ-nin terrorçu ordusuna məxsus müasir qırıcıların yerləşdiyi əraziyə pilotsuz uçuş aparatları ilə zərbələr endirdik”, – deyə məlumatda bildirilir.