Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.
Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur. Həmçinin, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.
Bu qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda qəbul edilib. //unikal.az
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.04.2026 – 26.04.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 39 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1593,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.
9 Mayın (Faşizm üzərində Qələbə Günü) şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü elan ediləcək. Bununla da, 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.
Eyni zamanda, mart ayında olduğu kimi, mayda da iki bayram – Qurban bayramı (27-28 may tarixləri) və Müstəqillik Günü (28 May) eyni dövrə təsadüf edir. Bu səbəbdən 29 may da qeyri-iş günü sayılacaq. Beləliklə, 27, 28, 29 may tarixləri ilə yanaşı, 30 və 31 may (həftəsonu) da istirahət günləri olacaq.
Nəticədə, may ayında şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq. Növbəti iş günü isə 1 iyun tarixindən başlayacaq.
Ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib.
Bu barədə sosial şəbəkədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Abbasquliyev Fəzail Amil oğlunun guya hərbi xidmətə yararsız olduğu halda yararlı hesab edilməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:
“Adıçəkilən vətəndaş 01.12.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinədən keçirilib.
Aparılmış tibbi müayinənin nəticələrinə əsasən, vətəndaşın mövcud sağlamlıq vəziyyəti və müəyyən edilmiş diaqnozu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır.
Bir daha qeyd edirik ki, vətəndaşların hərbi xidmətə yararlılıq dərəcəsi yalnız mövcud qanunvericilik və tibbi göstəricilər əsasında müəyyən edilir.
Eyni zamanda, vətəndaş qəbul edilmiş qərardan narazı olduğu halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malikdir”, – deyə açıqlamada qeyd olunub.
Aprelin 25-də və 26-da ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.
Körfəzdə ilişib qalan tankerlər, artan neft qiymətləri… ABŞ və İsrailin İranla münaqişəsinin ən açıq nəticələrindən biri budur. Yaxın Şərqdə müharibə səbəbindən Hörmüz boğazı uzun müddətdir bağlıdır. Boğazın ikitərəfli blokadası dünyada enerji böhranı yaradıb.
Bu barədə İTV-nin videomaterialında deyilir.
Avropa sakinləri üçün bu yaz qışdan fərqlənmir. İnsanlar istilik üçün əlavə vəsait ödəməli olurlar. Yayda isə səyahət onlara ikiqat baha başa gələcək. Çünki təyyarə biletlərinin qiyməti artır. Avropa aviaşirkətləri yanacaq çatışmazlığı yaşayır. Bu səbəbdən şirkətlər ya bilet qiymətlərini qaldırır, ya da uçuşları azaldırlar.
Benzin qiymətləri isə indi ən narahatedici məqamlardan biridir. Bəs Azərbaycan bu problemlərlə qarşılaşa bilərmi?
Məlumdur ki, ölkəmiz benzin istehsalçısıdır. Lakin Aİ-95 markalı benzin əsasən idxal olunur və qiyməti dövlət tərəfindən tənzimlənmir. Belə olan halda Azərbaycanda da bahalaşma gözlənilirmi?
Qlobal ticarətin onurğa sütunu olan boğazlar və kanallar hər gün milyardlarla dollarlıq neft və qaz daşınmasına xidmət edir. Misirin nəzarətində olan Süveyş kanalı Avropa ilə Asiya arasında ən qısa yol hesab olunur. Babül-Məndəb boğazı Qırmızı dənizin cənub qapısı və Süveyşə gedən yolun kilid nöqtəsidir. Cəbəllüttariq boğazı Aralıq dənizini Atlantik okeanına bağlayır. Panama kanalı isə Atlantik və Sakit okeanları birləşdirir. İstanbul və Çanaqqala boğazları Qara dənizə sahili olan ölkələrin dünyaya açılan qapılarıdır.
Hazırda isə diqqət mərkəzində ABŞ və İranın blokadasında olan Hörmüz boğazıdır. Blokadaya qədər dünya neftinin təxminən 20 faizi bu su yolu ilə daşınırdı. İki aya yaxındır davam edən böhran dünya iqtisadiyyatının su dəhlizlərindən nə dərəcədə asılı olduğunu üzə çıxarıb.
Ekspertlərin fikrincə, əgər Hörmüz boğazı may ayının sonuna qədər açılmasa, zəif iqtisadiyyatlardan başlayaraq bir çox ölkə böyük çətinliklərlə üzləşəcək. Bu isə yüksək inflyasiya, hətta bəzi hallarda tənəzzülə səbəb ola bilər.
Təhlükə yalnız Asiya ölkələri üçün deyil. 2022-ci ildən bəri Rusiya qazından imtina edən Avropa da təşviş içindədir. Avropa İttifaqı rus qazını ABŞ və Qətər qazı ilə əvəz etmişdi. Lakin Qətərin qaz ixracının 93 faizi Hörmüzdən keçir. Bu səbəbdən boğazda yaşananlar Avropanın qaz təchizatını kəskin azaldıb.
Artıq Avropada ümumi enerji qiymətlərinin 70 faiz artdığı bildirilir. Avropa İttifaqı ölkələrində benzinin qiyməti fevral ayı ilə müqayisədə orta hesabla 15 faiz, dizel isə 30 faiz bahalaşıb. Ən yüksək artım Niderland, Danimarka, Almaniya və Fransada qeydə alınıb.
Yaxın Şərqdə savaşa hələlik fasilə verilsə də, Hörmüzdə vəziyyət gərgin olaraq qalır. Bu hal qlobal sanksiyalar altında olan Rusiyanı əsas oyunçuya çevirib.
Bəs qlobal enerji böhranı Azərbaycana necə təsir edəcək? Azərbaycan regional bazarlar üçün vacib təyyarə yanacağı istehsalçılarından biridir.
Hazırda Bakıdakı əsas neft emalı müəssisəsi – Heydər Əliyev adına Neft Emalı Zavodunda modernləşdirmə aparılır. Məqsəd təyyarə yanacağı istehsalını illik 1 milyon tona çatdırmaq və “Avro-5” standartına keçməkdir.
Avtomobil yanacağı ilə bağlı vəziyyətə gəlincə, Azərbaycan dizel və digər yanacaq növləri istehsal edir. Aİ-95 markalı benzin isə əsasən idxal olunur. Bu səbəbdən onun qiyməti bazardakı xərclərdən və şirkətlərin müəyyən etdiyi tarazlıqdan asılı olacaq.
Xatırladaq ki, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 2024-cü ildə 2 manatdan 1 manat 60 qəpiyə enmişdi.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalır. Qlobal iqtisadi böyümə proqnozu 3,1 faizə endirilib. Əgər Hörmüz böhranı uzansa, iqtisadi tənəzzül qaçılmaz ola bilər.
Hazırkı enerji böhranı dünyaya çox şeyi sübut etdi. Yaşıl enerjiyə keçid və yeni texnologiyalar olsa da, bəşəriyyətin nəbzi hələ də dar dəniz boğazlarında döyünür. Ənənəvi yanacağın yerini hələ ki heç nə doldura bilmir.
Hadisə Ləki qəsəbəsində baş verib. Çayxanada qəfildən halı pisləşən 1958-ci il təvəllüdlü rayon sakini Rafael Əzizov huşunu itirib. O,xəstəxanaya aparılarkən yolda ölüb.
Yeni bir araşdırma göstərir ki, fiziki aktivlik zamanı yalnız məşqin miqdarı deyil, onun hansı saatda edilməsi də mühüm rol oynaya bilər.
Qaynarinfo xəbər verir ki, Edinburq Universitetinin mütəxəssislərinin iştirak etdiyi və “Open Heart” jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, insanın bioloji saatına uyğun şəkildə edilən idman ürək sağlamlığına daha çox fayda verə bilər.
Araşdırmada yüksək xolesterin, piylənmə və ya ailəvi ürək xəstəlikləri riski olan 40–60 yaş arası 150 nəfər iştirak edib. Onlar 12 həftə ərzində həftədə beş gün orta tempdə gəzinti kimi fiziki aktivliklə məşğul olublar. Nəticələr göstərib ki, səhər tezdən oyanan insanlar üçün səhər saatlarında, gec saatlarda daha aktiv olanlar üçün isə axşam edilən məşqlər daha effektiv olub.
Bu qrupda qan təzyiqi, ürək ritmi, metabolik göstəricilər və yuxu keyfiyyətində daha nəzərəçarpacaq yaxşılaşmalar qeydə alınıb.
Əldə olunan nəticələr arasında xüsusilə qan təzyiqi göstəriciləri diqqət çəkib. Öz bioloji ritminə uyğun vaxtda idman edən iştirakçılarda böyük qan təzyiqi orta hesabla 10,8 mmHg azalıb. Digər qrupda isə bu göstərici 5,5 mmHg səviyyəsində qalıb.
Tədqiqatçılar bunun səbəbini fiziki aktivliyin bədənin daxili saatına uyğunlaşdırıldıqda metabolizm və damar sisteminin daha səmərəli işləməsi ilə izah edirlər.
Mütəxəssislər isə vurğulayırlar ki, hər kəsin mütləq müəyyən saatda idman etməsi şərt deyil. Əsas məqamın müntəzəm hərəkət olduğu, lakin insanın özünü daha enerjili hiss etdiyi saatlarda məşq etməsinin əlavə fayda verə biləcəyi bildirilir.
“Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər”.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
“Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur”, – deyə baş nazir əlavə edib.
Сегодня мы вкладываем крупные средства в развитие транспортного коридора Восток – Запад, который востребован сейчас как никогда прежде ввиду нарушения традиционных цепочек поставок и проблем с логистикой и транзитом.
Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев, выступая на азербайджано-чешском бизнес-форуме.
“Азербайджан обеспечивает безопасный и надежный транзит с востока на запад и обратно, а также с севера на юг и с юга на север”, – добавил глава государства.