Month: April 2026

  • Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

    Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

    Xankəndi şəhərində ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar istifadəyə verilib.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz nəqliyyat xidmətini təmin edəcək.

    Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları bunlardır:

    1 nömrəli avtobus “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”;
    2 nömrəli avtobus “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”;
    3 nömrəli avtobus isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə marşrutları üzrə hərəkət edəcək.
    Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub.

    Sözügedən marşrutlar üzrə sərnişindaşımalar elektrik avtobuslarları ilə həyata keçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək.

    Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.

    Qeyd edək ki, avtobusların hərəkətinə AYNA-nın monitorinq mərkəzi vasitəsilə real vaxt rejimdə nəzarət ediləcək.

  • Pulunu dollarla saxlayanlara şad xəbər

    Pulunu dollarla saxlayanlara şad xəbər

    Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə – 51,1%-ə yüksəlib.

    Reytinqdə ikinci yerdə böyük fərqlə avro (təxminən 21%) qərarlaşıb. Onu Britaniya funtu, yapon yeni və Çin yuanı izləyir.

    Dolların möhkəmlənməsi onun “təhlükəsiz liman” valyutası statusu ilə izah olunur. ABŞ və İsrailin İrana zərbələri fonunda investorlar riskli aktivləri sataraq ABŞ valyutasına üstünlük veriblər.

    Dedollarizasiyanın sonu gəlir?

    Yeni statistika qlobal iqtisadiyyatın yaxın vaxtlarda dollardan imtina edəcəyi ilə bağlı fikirlərə zərbə vurur. JPMorgan analitikləri, o cümlədən Joyce Chang bildiriblər ki, ötən il müşahidə olunan dollar zəifliyi onun ehtiyat və əsas valyuta kimi rolunu azaltmayıb. Onların fikrincə, daha çox diversifikasiya prosesi gedir, lakin dollardan kütləvi imtina müşahidə olunmur.

    Rəqiblərə gəldikdə, Çin özünün CIPS adlı ödəniş sistemini inkişaf etdirməyə davam edir. Lakin onun qlobal miqyasda tətbiqi hələ də yavaşdır. Mart ayında yuanın SWIFT əməliyyatlarındakı payı bir qədər artaraq 3,1%-ə çatıb, lakin bu göstərici hələ də tarixi maksimumlardan aşağıdır.

    Qeyd edək ki, SWIFT statistikası bütün qlobal valyuta bazarını əhatə etmir (xüsusilə 2022-ci ildən sonra bəzi Rusiya banklarının sistemdən ayrılması səbəbilə). Bununla belə, sistem ildə 13 milyarddan çox əməliyyatı emal edir və qlobal ticarətin əsas göstəricilərindən biri hesab olunur.

    Təbii ki, ölkəmizdə də pulunu dollarla saxlayanların sayı az deyil.

    “Unikal” xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya danışan iqtisadçı Natiq Cəfərli ABŞ dollarının gələcəyi ilə bağlı hələlik hər hansı bir problem görünmədiyini bildirib:

    “Əlbəttə, buna qədər bu istiqamətdə cəhdlər olub. Son 50 ildə bəlkə də 5-6 dəfə dolları dəyərsizləşdirmək üçün ciddi cəhdlər olub. Avronun yaranması belə dolları dəyərdən salmaq məqsədi daşıyırdı. Amma 30 ilə yaxın dövriyyədə olmasına baxmayaraq avro dollarla rəqabətdə uduzur.

    İndi Çin öz milli valyutasını-yuanı önə çıxartmağa çalışır. Bu da mümkünsüzdür. Çünki Çinin aktivləri, yatırımları, borc kağızları və valyuta ehtiyatları dollardadır. Ona görə də yaxın 5-10 ildə dolları hər hansı bir təhdid gözləmir. Gələcəkdə isə çox şey ola bilər. Məsələn elektron pullar dövriyyəyə çıxa bilər. Elektron dolların özü yarana bilər ki, bu zaman kağız dollara ehtiyac qalmaz. Hələliksə dolların hegemonluğuna ciddi bir təhlükə görünmür”.

  • İranın bu aviaşirkəti Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

    İranın bu aviaşirkəti Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

    İranın “Iranair” Hava Yolları Şirkəti Bakı, Doha, Nəcəf və Bağdad istiqamətlərində uçuşlar həyata keçirməyi planlaşdırır.

    Bununla əlaqədar İranın “Iranair” Hava Yolları Şirkəti məlumat yayıb.

  • İtkin düşən 13 nəfər ötən gün tapılıb

    İtkin düşən 13 nəfər ötən gün tapılıb

    İtkin düşən 13 nəfər ötən gün tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, aprelin 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • ВС РФ взяли под контроль Бочково в Харьковской области

    Российские войска установили контроль над населенным пунктом Бочково в Харьковской области.

    Об этом сообщили в Минобороны РФ.

  • Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Rusiya hərbçiləri Xarkov vilayətinin Boçkovo yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.

  • İntensiv yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    İntensiv yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Aprelin 27-si gündüzdən 28-i gündüzədək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

  • “Neftçi” və “Qarabağ”dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT

    “Neftçi” və “Qarabağ”dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT

    Misli Premyer Liqasında həm aprelin 26-sı, həm də 30-u üz-üzə gələcək “Neftçi” və “Qarabağ” klubları oyunlardan əvvəl birgə bəyanat yayıblar.

    Bu barədə klubların sosial şəbəkə hesablarında məlumat paylaşıb.

    Bildirilib ki, futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir:

    “Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

    Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

    Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Qarabağ” və “Neftçi” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

    Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

    Hər iki klub oyunun dostluq əhvali-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

    Azərbaycan futbolu qələbə qazansın!”

    Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da start götürəcək.

  • İmtahan sualları niyə çaşdırıcı olur? – Səbəblər açıqlandı

    İmtahan sualları niyə çaşdırıcı olur? – Səbəblər açıqlandı

    Tam orta təhsil səviyyəsi üzrə mart ayında keçirilən buraxılış imtahanından sonra mediada və sosial platformalarda abituriyent və valideynlərin sualların çətin olması ilə bağlı şikayətləri eşidilir. Buraxılış imtahanlarının mərhələli təşkili, zonalar üzrə keçirilən imtahanlar arasında böyük vaxt fərqinin nəticələrdə mənfi rol oynaması ilə bağlı da şikayətlər var.

    Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayevin “Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə” fikirləri isə valideyn və abituriyentlərin fikirlərinə bir növ haqq vermiş oldu.

    “Sual düşündürücü olmalıdır, çaşdırıcı yox”

    “Sualların necə tərtib olunması, nəyi ölçməsi və hamı üçün nə dərəcədə ədalətli olması çox həssas məsələdir”, – deyən Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın üzvü Günay Əkbərovanın fikrincə, nazirin səsləndirdiyi fikir əslində uzun illərdir səssiz şəkildə danışılan bir narahatlığı üzə çıxarıb: “Bəzən həqiqətən də elə suallar olur ki, şagird “tələyə düşməmək” üçün diqqət oyununa girir. Bu da belə bir hiss yaradır ki, sanki məqsəd şagirdin nəyi bildiyini yox, harada çaşacağını yoxlamaqdır. Amma digər tərəfdən baxanda, imtahan suallarının müəyyən hissəsinin düşündürücü və fərqləndirici olması da vacibdir. Çünki yüksək nəticə göstərənlərlə orta nəticə göstərənləri ayırmaq üçün yalnız sadə yaddaş tipli suallar kifayət etmir. Dünya təcrübəsində də (məsələn, OECD-nin PISA qiymətləndirməsində) suallar daha çox analiz, tətbiq və düşünmə bacarıqlarını ölçür. Amma burada incə xətt var: sual düşündürücü olmalıdır, çaşdırıcı yox”.

    “Zənnimcə, burada da şagirdə haqsızlıq edirik”

    G.Əkbərova bildirir ki, şagird və valideynin imtahanlarda hiss etdiyi çətinlik tam realdır. Xüsusilə proqramla suallar arasında uyğunluq zəif hiss olunanda bu narahatlıq artır: “Abituriyentin qəbul proqramı MİQ və sertifikasiyadan çox fərqlənmir, zənnimcə, burada da şagirdə haqsızlıq edirik”. İŞ üzvü son vaxtlar ən çox müzakirə olunan və narahatlıq yaradan məsələyə – zonalar üzrə fərqli vaxtlarda keçirilən buraxılış imtahanlarına da diqqət çəkdi: “Bu, doğrudan da ən çox müzakirə doğuran məqamlardan biridir. Şagirdlər arasında “kimin daha üstün şəraitdə imtahan verdiyi” ilə bağlı müqayisələr qaçılmaz olur. Vaxt fərqi həm psixoloji hazırlığa, həm də məlumat dövriyyəsinə təsir edə bilir. Dünyada da bu problem tam həll olunmuş deyil. Bu baxımdan, bizdə də əsas məsələ sualların standartlaşdırılması və bərabərliyinə maksimum zəmanət verilməsi olmalıdır. Ümumilikdə məncə, burada ən doğru yanaşma qarşıdurma yox, balansdır. Əsas məsələ iki tərəfin ortaq nöqtədə görüşməsidir: aydın proqram, şəffaf izah, real bacarıqları ölçən, amma çaşdırmağa yönəlməyən suallar”.

    “Əgər 30 sualdan 25-i və ya daha çoxu çətindirsə…”

    Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert, tarix müəllimi Səxavət Zeynalovun fikrincə, imtahan sualları artıq neçə ildir ki, çətindir: “Suallar söz oyunu kimi qurulur və bəzən şagird sualı başa düşmədiyi üçün cavabı səhv yazır. Sözsüz ki, məntiqi düşüncə yoxlanılmalıdır, ancaq bu, şagirdi çaşdırmağa yönəlməməlidir. İmtahandan öncə təkcə sualların doğruluğu deyil, həm də çaşdırıcı olub-olmaması da yoxlanılmalıdır. Əgər 30 sualdan 25-i və ya daha çoxu çətindirsə, bu, problem yaradacaq”. Ekspert hesab edir ki, abituriyentlər üçün tərtib edilən proqramlar çox ağırdır: “Beş fəndən qəbul imtahanı verən, eyni gündə üç imtahana girən şagird üçün proqram ağırdır. Son illərə qədər bəlkə də, şagird bu proqramlarla bacara bilirdi. Amma indiki texnoloji dövrdə müəllimlər şagirdləri oxutmaqda çətinlik çəkirlər. Nəticədə şagirdlərin çoxu xarici ölkələrin daha asan proqramlarına yönəlirlər”. S.Zeynalovun sözlərinə görə, bu il xüsusilə, Azərbaycan dili və riyaziyyat fənlərindən olan suallar çətin və vaxt aparan olub: “Çətinlik qəbul proqramı və şagirdin yaş səviyyəsi ilə heç uyğun gəlmir”.

    “Necə çətin sual hazırlaya bilərəm?”

    Ekspertin fikrincə, mövcud problemlərin həlli üçün konkret müzakirələr aparılmalıdır: “Ölkədə sanki, hər kəs “necə çətin sual hazırlaya bilərəm?” yarışına girir. Məsələn, Azərbaycan tarixi fənni 5-ci sinifdən keçilir. Həmin fəndən 5-ci sinif üçün sınaqlarda, KSQ-lər və BSQ-lərdə elə suallar salınır ki, bu, şagirdlərin fəndən soyumasına gətirib çıxarır”.

    “Suallar sadə, aydın, tətbiq və analiz yönümlü olmalıdır”

    Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbin müəllimi Səbinə Heybətova mövzuya övladı buraxılış imtahanı verən bir valideyn kimi münasibət bildirir: “İmtahanlar üçün “ən çox səhv aşkarlayan” yox, “ən düzgün ölçən” suallar hazırlanmalıdır. Suallar “tələ” xarakterli deyil, sadə, aydın, tətbiq və analiz yönümlü olmalıdır. Hər sual konkret bir bacarığı ölçməlidir. İmtahandan əvvəl suallar pilot qruplarda yoxlanılmalı, testlərdə asan-orta-çətin balansı qorunmalıdır. Çətin suallar azlıq təşkil etməli və seçici rol oynamalıdır. Suallar birbaşa kurikuluma əsaslanmalıdır. Dərslikdən kənar qeyri-standart və dolaşıq məzmun minimuma endirilməlidir”.

    S.Heybətovanın fikrincə, aktiv müəllimlər imtahan suallarının hazırlanmasına və ekspertizasına cəlb olunmalıdırlar: “Real sinif təcrübəsi sual keyfiyyətini artırır. Qiymətləndirmə meyarları əvvəlcədən aydın izah olunmalı, nümunə suallar və izahlı cavablar paylaşılmalıdır”.

    “İlk növbədə uşaqları məktəbə qaytarmaq lazımdır”

    Təhsil eksperti İlham Əhmədov buraxılış imtahanlarında narazılıqların hər il təkrarlandığını bildirir: “Biz hər dəfə suallara baxmalı deyilik. Prinsipial məsələlər həll edilməli, ümumi qaydalar olmalıdır. Bunun üçün DİM və ETN birgə fəaliyyət göstərməli, ümumi fəaliyyət strategiyası müəyyən etməlidir”. Ekspertin fikrincə, suallar orta çətinlikdə tərtib edilməli, şagirdləri stresə salmamalıdır:

    “Bu, olimpiada deyil, imtahanda standart biliklərin və bacarıqların standart yollarla yoxlanılması olmalıdır. Tədricən yazılı imtahanlar tətbiq edilir, süni intellektdən istifadə planlaşdırılır. Yəqin ki, bunun nəticəsində daha obyektiv qiymətləndirmələr mümkün olacaqdır. İlk növbədə uşaqları məktəbə qaytarmaq lazımdır. Repetitor təhsili uşaqları psixi, fiziki, fizioloji cəhətdən, valideynləri isə maddi cəhətdən əldən salıb. Bunun heç kimə xeyri yoxdur. Bu, təhsil deyil”. (“Kaspi” qəzeti)

  • 62 yaşlı qadın dəm qazından boğularaq öldü

    62 yaşlı qadın dəm qazından boğularaq öldü

    Göygöldə zəhərlənmə hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Bəhrəmbağı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1964-cü il təvəllüdlü İ.Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.