Month: April 2026

  • Salyanda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

    Salyanda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

    Salyan şəhəri, Bakı-Astara yolu, 130-cu kilometr ünvanında yerləşən, fiziki şəxs Bahar Ağasəf qızı Ələkbərovaya məxsus “Aystore” marketdə yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, eləcə də temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. İstifadə müddəti bitmiş istehlaka yararsız qida məhsulları və etiket məlumatlarında uyğunsuzluqlar olan saxta alkoqollu içkilər aşkarlanıb. Yoxlama zamanı, həmçinin satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər təqdim edilməyib.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsulların satışının qadağan olunması və dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülüb, araşdırmalar davam etdirilir.

  • Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

    Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin və şahidlərin ifadəsi ilə davam edib.

    Zərərçəkən R.G. ifadəsində baş verənlərdən notariusdan gələn zənglərdən sonra xəbər tutduğunu bildirib:

    “Mənə bir gün 18 nömrəli notariatdan zəng gəldi. Bizə bildirdilər ki, siz hazırda xaricdə müalicədə olduğunuzdan torpaq sahənizin alqı-satqısı ilə bağlı etibarnamə vermisiniz. Zəng edənə dedim ki, elə bir hal yoxdur, mən Bakıdayam. Dərhal Qeydiyyat və Notariat Baş İdarəsinə gedib əmlakın satışına stop qoydurdum, sonra prokurorluğa şikayət ərizəsi yazdım. O vaxt notariatdan mənə zəng gəlməsəydi, torpağım xəbərim olmadan satılacaqdı. Bu (təqsirləndirilən Rafiq Vəliyevə işarə edir – red.) sadəcə fiqurdur, onu kimin fiqur olaraq ortaya saldığını da yaxşı bilirəm. Bunun təqsiri odur ki, sənədi düzəldib, buna görə də cəzasını çəkməlidir. Novxanıdakı o ərazilərə görə dəfələrlə maklerlərin təzyiqinə məruz qalmışam. Bir dəfə Fuad adlı şəxsi vasitəçi kimi qabağıma çıxartdılar ki, Binəqədinin icra başçısı torpağımı 14 000 manatdan almaq istəyir. Dedim ki, bu qiymətə torpaq satılmır. Mənə dedi ki, nə olsun, sən razılaş, sonra onunla dost olarsan, münasibətin olar”.

    Təqsirləndirilən R.Vəliyev sözügedən torpağın çıxarış sənədini Sədi adlı şəxsdən aldığını deyib:

    “Onun telefonu məndə yoxdur. Həmişə maklerlərin olduğu yerdə görüşürdük”.

    Şahid Q.C. isə bildirib ki, təqsirləndiriləni tanımır:

    “Mən sahibkaram. Kiməsə hansısa mülkiyyətin çıxarışını göndərməmişəm. 2010-cu ildə R.G. mülkiyyətində olan obyekt mənim istifadəmdə olub. Vüqarı makler kimi tanıyırdım. Gəlib obyekti almaq istədiyini dedi. Obyekti 180 000 manata ona satacağımı dedim. Lakin şərt qoydum ki, obyekt sahibi ilə görüşsün”.

    Şahid N.N. 48 saylı notarialda işlədiyini bildirib:

    “Rüfət Novruzov və Arzu Əliyevi tanımamışam. Onlar mənzil satışı ilə bağlı müraciət etmişdilər. Rüfətin saxta sənədləri kimlərlə, necə hazırlaması mənə məlum deyil”.

    Şahid N.K. isə təqsirləndirilən R.Vəliyevi tanıdığını deyib:

    “Bizim ailəvi get-gəlişimiz var idi. Bir gün evdə idim, zəng gəldi Rafiqdən ki, bir tanışımın xalası xaricdə yaşayır, torpağı satılmalıdır, sənə etibarnamə verək. Dedi ki, vəsiqəmi göndərim, mən də göndərdim. Sonra Vüqar adlı oğlanı göndərdi notariata, oradan da banka getdik. Elə ora-bura yönləndirirdilər ki, ora qol çək, bura qol çək. Rafiq bunun müqabilində 30 000 manat hörmət edəcəyini demişdi. Amma günlər keçməsinə baxmayaraq, puldan xəbər çıxmadı. Bu xoşuma gəlmədi. Rafiqə dedim ki, gedib ləğv etmək istəyirəm. Bir gün gözləyib notariala getdim. Sonra mənə xəbər çatdı ki, Vüqar o əmlakı başqasına satıb. Rafiq zəng edib dedi ki, qoyma alqı-satqı olsun, mən gəlirəm. Ona kimi dirəşib qoymadım”.

    Şahid N.R. taksi sürücüsü olduğunu və Vəliyevi Biləcəri sakini kimi tanıdığını bildirib:

    “Vəsiqəmi istədi ki, dostunun Xırdalandakı evini satmaq istəyir, mən də verdim. Bunun müqabilində ondan ödəniş almamışam, lakin maşınımın dağılmış motoru üçün 1000 manat verəcəkdi mənə. Rafiq Türkiyəyə gedib-gəlirdi. Ondan şübhələnmədim ki, niyə türk vətəndaşının evini mənim adıma sənədləşdiriblər”.

    Şahid M.K. isə 23 saylı notarialda kargüzar kimi çalışdığını deyib:

    “Rafiqi tanımıram. Mənə Turab adlı bir vətəndaş yaxınlaşdı ki, alış-veriş var. Dedim sənədləri gətirin, baxaq. Sənədlər qaydasında göründüyündən daha sonra alqı-satqı yerinə yaxınlaşdıq. Sonradan notarius məni çağırdı ki, o sənəddə problem var, müqaviləni ləğv etmək lazımdır. Etibarnamə mülkiyyətçi adından verilmişdi. Mən mülkiyyətçinin nömrəsini tapıb sənədləri ona göndərdim. Ondan cavab gəldi ki, belə bir iş olmayıb. Bu, bizə kədərli bir təcrübə olduğundan bundan sonra işimizdə mülkiyyətçi ilə görüntülü danışıb, onu görmədən sənəd qəbul etmirik”.

    Şahid N.H. “ASAN Xidmət”də tərcümə xidmətlərinin təşkili işinə nəzarət etdiyini deyib:

    “Sənədi bizə göstərəndə baxdıq. Yüklədik sistemə. Baxdıq ki, tərcümə çıxmır”.

    Bu zaman təqsirləndirilən R.Vəliyev “Tərcümə əlbəttə tapılmazdı, çünki onu özüm tərcümə elətdirmişdim” deyib.

    Məhkəmə digər şahid ifadələrinin dinlənilməsi üçün növbəti prosesi 4 may 15:00-a təyin edib.

    Qeyd edək ki, təqsirləndirilən şəxs məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunur. Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.

    Lakin dələduzluq əməlini başa çatdıra bilməyib. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

    R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

    Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin (Hazırkı Elm və Təhsil Nazirliyi – red.) Əsaslı Tikinti İdarəsinə və “Bakı 6 saylı Yol İstismarı” MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır.

    Xatırladaq ki, Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • Объявлены желтое и оранжевое предупреждения в связи с ветреной погодой

    На 24-25 апреля в Баку и на Абшеронском полуострове, а также в регионах объявлены жёлтое и оранжевое предупреждения в связи с ожидаемой ветреной погодой.

    Об этом сообщили в Национальной гидрометеорологической службе.

    Отмечается, что в Газахе, Агстафе, Шамкире, Товузе, Гяндже, Нафталане, Гёранбое, Самухе, Дашкесане, Гедабее, Кельбаджаре, Лачыне, Зангилане, Мингячевире, Барде, Евлахе, Тертере, Агдаме, Лерике, Ярдымлы, Балакяне, Закатале, Гахе, Шеки, Огузе, Габале, Исмайыллы, Гёйчае, Шамахы, Гобустане, Гусаре, Хызы, Сальяне и Нефтчале в соответствии с оранжевым предупреждением будет дуть северо-западный ветер, скорость которого усилится до 20.8-28.4 м/с.

    В Баку и на Абшеронском полуострове, а также в других регионах страны в соответствии с жёлтым предупреждением ожидается северо-западный ветер со скоростью 13.9-20.7 м/с.

  • Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

    Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

    Aprelin 24-25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Qusar, Xızı, Salyan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • В Нахчыване уволен высокопоставленный чиновник

    Директор юридического лица публичного права “Нахчыванский городской департамент торговли и обслуживания”, подведомственного Исполнительной власти (ИВ) города Нахчыван, уволен с работы.

    Как сообщает Qaynarinfo, Ильгар Намазов освобождён от должности по собственному желанию.

    Обязанности заместителя директора учреждения возложены на Вюсала Рагимова.

    Отметим, что в феврале 2026 года глава ИВ города Нахчыван Джаббар Мусаев был освобождён от должности и назначен премьер-министром Нахчывана. В настоящее время должность главы ИВ города вакантна.

  • Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXDI

    Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXDI

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti publik hüquqi şəxsin direktoru işdən çıxarılıb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İlqar Hüseyn oğlu Namazov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

    Qurumun direktor əvəzi vəzifəsi Vüsal Musa oğlu Rəhimova həvalə edilib.

    Qeyd edək ki, bu ilin fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev vəzifəsindən azad olunaraq Naxçıvanın Baş naziri təyin olunub. Hazırda şəhərin icra başçısı vəzifəsi boşdur.

  • Стоимость серебра опустилась ниже 75 долларов впервые с 13 апреля

    Стоимость фьючерса на серебро с поставкой в мае 2026 года на бирже Comex (подразделение Нью-Йоркской товарной биржи) опустилась ниже 75 долларов за тройскую унцию впервые с 13 апреля 2026 года.

    Об этом свидетельствуют данные торговой площадки.

    По данным на 14:12 по Баку, стоимость серебра снижалась на 3.86%, до 74.95 доллара за тройскую унцию. К 14:17 по Баку серебро ускорило снижение, торговалось на уровне 74.925 доллара за тройскую унцию (-3.89%).

  • Gümüşün qiyməti 75 dollardan aşağı düşüb

    Gümüşün qiyməti 75 dollardan aşağı düşüb

    Nyu-York Ticarət Birjasının (NYMEX) altbölməsi olan “Comex” platformasında 2026-cı ilin may ayında təhvil verilməsi nəzərdə tutulan gümüş füçerslərinin dəyəri 2026-cı il aprelin 13-dən bu yana ilk dəfə olaraq bir Trua unsiyası üçün 75 dollardan aşağı düşüb.

    Bu barədə məlumatlar müvafiq ticarət platformasının rəsmi göstəricilərində öz əksini tapıb.

    Bakı vaxtı ilə saat 14:12-də qeydə alınan göstəricilərə əsasən, gümüşün qiymətində 3.86% enmə müşahidə edilib və bir Trua unsiyası 74.95 dollar təşkil edib. Saat 14:17-yə olan məlumatlarda isə qiymət geriləməsi daha da sürətlənərək, bir Trua unsiyası üçün 74.925 dollara (-3.89%) kimi azalıb.

  • В WhatsApp планируют добавить новую функцию

    У многих есть чаты, в которые не хочется заходить после нескольких часов тишины – слишком много непрочитанных сообщений. В WhatsApp предложили решение этой проблемы: новую функцию планируют добавить в ближайшее время.

    Как передает Median.Az со ссылкой на WabeTaInfo, в WhatsApp тестируют функцию краткого пересказа непрочитанных чатов, которая позволит быстрее ориентироваться в переписке.

    Функция пока находится в разработке и тестируется в бета-версии WhatsApp для Android. Параллельно компания работает над её внедрением и в iOS.

    Идея проста: после перерыва вы открываете WhatsApp и видите десятки сообщений в чате. Вместо того чтобы читать их по одному, можно сразу получить краткий пересказ переписки.

    “В одном из будущих обновлений WhatsApp добавит функцию суммаризации непрочитанных чатов. В списке диалогов появится кнопка, которая позволит быстро получить общий пересказ всех сообщений. При нажатии приложение сформирует краткое содержание с помощью технологии Private Processing и покажет обзор непрочитанных чатов”, – отмечается в тексте издания.

    Ожидается, что суммаризация будет работать через Meta AI с сохранением конфиденциальности – ни WhatsApp, ни Meta не получат доступ к сообщениям.

  • “WhatsApp” çatında çox sayda mesaj yığılıb və oxumağa vaxtınız yoxdur? – Yeni funksiya əlavə ediləcək

    “WhatsApp” çatında çox sayda mesaj yığılıb və oxumağa vaxtınız yoxdur? – Yeni funksiya əlavə ediləcək

    Bir çox insanın “WhatsApp”da iştirakçısı olduğu çatlar var ki, saatlarla davam edən sükutdan sonra çox sayda oxunmamış mesaj yığılır və yenidən girdikdə onları oxumaq problemə çevrilir. “WhatsApp” bu problemə həll yolu təklif edib və yaxın zamanda yeni funksiyanın əlavə edilməsi planlaşdırılır.

    Bu barədə “Tengri Life” nəşri məlumat verib.

    Məlumata görə, “WhatsApp” oxunmamış çatların qısa xülasəsini təqdim edən funksiyanı sınaqdan keçirir ki, bu da istifadəçilərə yazışmaya daha tez uyğunlaşmağa imkan verəcək.

    Funksiya hazırda hazırlıq mərhələsindədir və “WhatsApp”ın “Android” üçün beta versiyasında sınaqdan keçirilir. Şirkət paralel olaraq funksiyanın iOS-da tətbiqi üzərində də işləyir.

    İdeya sadədir: fasilədən sonra “WhatsApp”ı açırsınız və çatda onlarla mesaj görürsünüz. Onları bir-bir oxumaq əvəzinə yazışmanın dərhal qısa şəkildə nəqlini əldə edə bilərsiniz.

    “Gələcək yeniləmələrin birində “WhatsApp” oxunmamış söhbətlər üçün cəmləmə funksiyasını əlavə edəcək. Dialoqlar siyahısında bir düymə peyda olacaq ki, bu düymə bütün mesajların ümumi nəqlini sürətli şəkildə əldə etməyə imkan verəcək. Bu düyməyə basdıqda tətbiq “Private Processing” texnologiyasından istifadə etməklə qısa xülasə yaradacaq və oxunmamış söhbətlərinizin ümumi mənzərəsini göstərəcək”, – deyə nəşr qeyd edib.

    Cəmləmə funksiyasının məxfiliyi qorumaqla “Meta AI” üzərindən işləməsi gözlənilir – nə “WhatsApp”, nə də “Meta” mesajlara giriş əldə edə biləcək.