Month: April 2026

  • Kəmaləddin Heydərov rəis müavini təyin etdi

    Kəmaləddin Heydərov rəis müavini təyin etdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yeni rəis müavini təyin edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Cahangir Sadıqov sözügedən vəzifəyə gətirilib.

    Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov vəzifəsindən azad olunaraq, nazirin müavini təyin olunub. Agentliyin rəis müavini Bəxtiyar Tağıyev isə qurumun rəisi vəzifəsinə gətirilib.

  • Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?

    Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    10. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    12. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    13. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    16. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    17. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    18. Heydər Əliyev prospekti kənar yol, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

  • “1000 manat borcu olanın ölkədən çıxışı məhdudlaşdırılmasın” – Deputat

    “1000 manat borcu olanın ölkədən çıxışı məhdudlaşdırılmasın” – Deputat

    “Layihəyə əsasən, kameral və səyyar auditlərin aparılması nəzərdə tutulur. Səyyar gömrük auditi 20 iş günü müddətində aparılır. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər. Proseslərin və sənədlərin əsaslı şəkildə elektronlaşdırıldığını nəzərə alsaq, 20 iş günü kifayət qədər uzun müddətdir. 20 iş günü təxminən bir ay deməkdir. Ona görə bu müddətə baxılıb azaldılmasına ehtiyac var. Dövlət qurumunun sahibkarın fəaliyyətini 1 ay müddətində yoxlaması heç də arzuolunan hal deyil”.

    Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

    “Layihəyə əsasən, beynəlxalq ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə, informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq məqsədilə risklərin idarəedilməsi sistemi yaradılır və avtomatlaşdırılır. Bu sistem avtomatlaşdırılsa da, “risklərin elektron idarəedilməsi sistemi” kimi nəzərdə tutulması məqsədəuyğun olardı. Layihəyə əsasən, xarici ticarət iştirakçısının borcu onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək. Layihə borc məbləğlərində minimum həddlər müəyyənləşdirmir. Burada xüsusi meyara ehtiyac var və minimum əməkhaqqı məbləği ilə əlaqələndirilə bilər. Məsələn, min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?

    Layihədə qeyd edilib ki, malların müvəqqəti saxlancda qalma müddəti 4 aydan çox olmamalıdır. Avropa İttifaqında malların müvəqqəti saxlancda qalma müddəti 90 gün nəzərdə tutulur. Digər tərəfdən, təkrar ixrac bildirişi bəyannaməsinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 150 gün ərzində gömrük ərazisindən aparılmadıqda, gömrük orqanları tərəfindən ləğv edilir. Əksər ölkələrdə bu müddət 6 ay nəzərdə tutulur”.

  • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

    Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

    “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 30 dekabr 2022-ci il tarixli qanunun tətbiqi barədə 31 yanvar 2023-cü il tarixli fərmanda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

    Dəyişikliklə, Səhiyyə Nazirliyinə maliyyə monitorinqi ilə bağlı məlumatları elektron qaydada sorğu əsasında almaq hüququ verilib.

    Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • Xəzər akvatoriyasında balıq ovu dayandırılır

    Xəzər akvatoriyasında balıq ovu dayandırılır

    Xəzər dənizi akvatoriyasında 2026-cı il 1 may tarixindən balıq ovuna mövsümi qadağa tətbiq ediləcək.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsi məlumat yayıb.

    Bildirilib ki, mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.

    “Qadağa müddətində qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət tədbirləri mütəmadi davam etdiriləcəkdir”,-deyə məlumatda bildirilib.

  • 800 minə yaxın mənimsəmədə təqsirləndirilən Raqif Abbasovun ekspertiza tələbi rədd olundu

    800 minə yaxın mənimsəmədə təqsirləndirilən Raqif Abbasovun ekspertiza tələbi rədd olundu

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqinə başlanılıb.

    Daha sonra təqsirləndirilən şəxs Raqif Abbasovun vəkili mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verib.

    Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

    Daha sonra proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onların barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

    Hazırkı vaxta qədər onların əməlləri nəticəsində dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.

    Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

  • Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını bağladı

    Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını bağladı

    Ermənistanın Noyemberyan icmasının bir neçə sərhəd kəndində, kənd inzibati binalarının içərisində bir neçə odlu silah saxlanılan anbarlar bağlanıb.

    Bu barədə Ermənistan mətbuatı yazıb.

    Qeyd olunub ki, bu anbarlar həmin kəndlərdə yaşayan sıravi vətəndaşların adına qeydiyyata alınmışdı. Hər kəndin dörd sakini maaş alaraq silah anbarında növbətçilik edirdi. Bir neçə gün əvvəl həmin silah anbarları bağlanıb və silahlar Noyemberyan hərbi hissəsinə aparılıb.
    //unikal.az

  • Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar – Video

    Aprelin 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus KIA markalı avtomobildən sürücüyə aid qiymətli əşyalar oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar.

    Onların maşından oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir KIA markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib.

    Saxlanılanlardan əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Gömrük 300 dollar limiti azaldacaq? – Generaldan AÇIQLAMA

    Gömrük 300 dollar limiti azaldacaq? – Generaldan AÇIQLAMA

    Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov xaricdən alış-veriş zamanı 300 dollar limitin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsin müzakirə zaman komitə sədri bildirib ki, bu məsələ nəzərdə tutulmayıb.

    O qeyd edib ki, ölkəmizdə elektron ticarətlə bağlı 300 dollar limit mövcuddur: “Limitin dəyişdirilməsi ilə bağlı məsələ yoxdur. Lakin qonşu ölkələrə baxsaq, vətəndaşların şəxsi istifadəsi üçün zəruri olan mallar üçün olan güzəştlər aradan qaldırılıb. Məsələn, Türkiyədə fevralın 1-dən güzəşt yoxdur. Amma bizim ölkədə 300 dollarlıq məbləğində güzəşt tətbiq olunur. Bizdə təxminən 1 milyondan çox insan elektron ticarətlə məşğuldur, 18 milyon isə bəyannamə olur. Əvvəl bəyannəmənin sayı az idi, indi say artır. Axı getdikcə rəqəmlər artır, bunun uçotunu yaratmaq lazımdır. Bəzən insanlar xaricdən aldıqları məhsulları ya aylara bölür gətirir, ya da müxtəlif insanların adına gətirir”.

  • AФФA оштрафовала “Сумгайыт” на крупную сумму

    Дисциплинарный комитет AФФA оштрафовал футбольный клуб “Сумгайыт” на 12 500 манатов.

    Как сообщает Median.Az со ссылкой на официальный сайт организации, санкции связаны с инцидентами, произошедшими в матче XXIX тура Мисли Премьер-лиги Азербайджана по футболу против “Имишли”.

    По информации, начало встречи было задержано из-за выявленных нарушений в игровой форме “Сумгайыта”. За этот технический недочёт клуб оштрафован на 1 500 манатов.

    Основная часть штрафа связана с поведением болельщиков: за массовые оскорбительные выкрики в адрес футболистов команда получила штраф в размере 8 000 манатов. Отмечается, что подобные случаи повторяются уже в четвёртый раз в текущем сезоне.

    Кроме того, использование пиротехнических средств фанатами обошлось клубу ещё в 3 000 манатов.

    Также дисциплинарные меры затронули другие команды тура: “Имишли” и “Кяпаз” были оштрафованы по 700 манатов за большое количество жёлтых карточек у игроков в матчах против “Сумгайыта” и “Шамахы”.