Month: May 2026

  • “Dr. Gülü” xəstəxanaya yerləşdirildi – AÇIQLAMA

    “Dr. Gülü” xəstəxanaya yerləşdirildi – AÇIQLAMA

    Bakıda özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb. Məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.

    Kliniki Tibbi Mərkəzdən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, 05.05.2026-cı il tarixində saat 21:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın) halsızlıq və ürək bulanması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib.

    Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

  • Qarabağ ermənisinə Rusiya pasportu verildi

    Qarabağ ermənisinə Rusiya pasportu verildi

    Qarabağ ermənisi Tsovizar Harutyunyan Rusiya pasportu alıb.

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunur ki, o, Rusiyaya köçməklə atasının arzusunu gerçəkləşdirib. Harutyunyan Qarabağda yaşayıb, sonra Ermənistana, 2023-cü ildə isə Rusiyaya köçüb.

    Nəticədə, Rusiya Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin qərarı ilə ona Rusiya vətəndaşlığı verilib.
    //unikal.az

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 3 pulemyot, 1 tapança, 14 qumbara, 1 mərmi, 6 tüfəng, 13 patron darağı və 310 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb

    Büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 96 milyon 494,7 min manat məbləğində vəsait geri qaytarılıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

    Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

  • Şəkidə avtomobil aşdı – Ölən və yaralananlar var

    Şəkidə avtomobil aşdı – Ölən və yaralananlar var

    Şəkidə avtomobil aşıb.

    Hadisə ötən gecə Şəki şəhəri ərazisində baş verib.

    Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

    Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb, sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin, 16 yaşlı yeniyetmə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Anasını qətlə yetirən şəxsin məhkəməsi başladı

    Anasını qətlə yetirən şəxsin məhkəməsi başladı

    Anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Zərrərçəkənin hüquqi varisi kimi qətlə yetirilənin qızı Qurma Zeynalova tanınıb.

    Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.

    Xatırladaq ki, qətl hadisəsi ötən ilin yanvar ayının 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.

    O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib.

    Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.Faktla bağlı cinayət işi başlanılıb, Emil Ağayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI

    Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI

    Masallıda avtomobili cızan şəxs cərimələnib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərdəki hotellərdən birinin qarşısında baş verib.

    26 yaşlı Behbud Quliyev (ad və soyad şərtidir – red.) hotelin qarşısında saxlanılan bir qadına məxsus “Changan Unı-T” markalı avtomobili bıçaqla cızıb. Avtomobili sahibinin şikayəti əsasında Behbud saxlanılıb və barəsində protokol tərtib olunub.

    Behbud ifadəsində bildirib ki, hadisə zamanı tək olmayıb. O və tanışı olan qız bıçaqla avtomobilin üzərinə öz adlarını yazıblar. Behbud Quliyev məhkəmədən barəsində aşağı həddə cərimə cəzası tətbiq olunmasını xahiş edib.

    Məlum olub ki, hadisə zamanı avtomobilə ümumilikdə 1 788 manat ziyan dəyib.

    Məhkəmənin qərarı ilə B.Quliyev barəsində 1 788 manat məbləğində cərimə cəzası təyin edilib.

  • Dövlət köçürülən cərimələrə nəzarəti artırdı

    Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 525-1-ci maddədə əksini tapıb.

    Qanuna əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

    Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

  • Dövlət köçürülən cərimələrə nəzarəti artırdı

    Dövlət köçürülən cərimələrə nəzarəti artırdı

    Köçürülən inzibati cərimələrə dövlətin nəzarəti artırılıb, “İCMAL” “Rəqəmsal dövlət maliyyəsi”nin altsistemi olacaq.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, “İCMAL” informasiya sistemi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi, yəni “İCMAL” altsistemi kimi yenidən təşkil ediləcək və buna uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində dəyişikliklər ediləcək. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edəcək.

    “İCMAL” altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edəcək.

    Həmçinin layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur. Layihəyə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada veriləcək.

    Bundan başqa, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməsin.

  • Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb

    Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb

    Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

    Məhkəmənin baxış iclası mayın 12-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci il yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

    Faktla bağlı Emil Ağayev barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
    //oxu.az