Month: May 2026

  • Стоимость биткоина превысила 82 000 долларов впервые с 31 января

    Стоимость биткоина в ходе торгов превышала 82 000 долларов впервые с 31 января 2026 года.

    Об этом свидетельствуют данные площадки Binance.

    По данным на 14:09 по Баку, биткоин рос на 1.68% и находился на уровне 82 018 долларов.

    К 15:30 по Баку биткоин ускорил рост до 82 850 долларов (+2.14%).

  • “Bitcoin” sürətlə bahalaşır

    “Bitcoin” sürətlə bahalaşır

    Kriptovalyuta birjasında keçirilən ticarət əməliyyatında “Bitcoin”in dəyəri 31 yanvar 2026-cı ildən bu yana ilk dəfə olaraq 82 min dollar həddini aşıb.

    Bu göstəricilər məşhur “Binance” ticarət platformasının statistik rəqəmlərində öz əksini tapıb.

    Bakı vaxtı ilə saat 14:09-da qeydə alınan nəticələrə əsasən, rəqəmsal valyuta 1.68% bahalaşaraq 82 018 dollara yüksəlib.

    Saat 15:30 radələrində isə “Bitcoinin” qiymətindəki müsbət dinamika davam edərək məzənnəsini 82 850 dollara (+2.14%) qədər artırıb.

  • Naxçıvanda bu qurum ləğv edildi

    Naxçıvanda bu qurum ləğv edildi

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.

    Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.

    Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

    Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, bu Qərarın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

    Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Qərara uyğunlaşdırılmasını təmin edib bu barədə dörd ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

    Qeyd edək ki, qərar aprelin 29-dan qüvvəyə minib.

  • Bu işlə məşğul olanlar 200 manat cərimə ediləcək

    Bu işlə məşğul olanlar 200 manat cərimə ediləcək

    Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 523-1-ci maddədə əksini tapıb.

    Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

    Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

  • Generalın oğlu işdən çıxarıldı

    Generalın oğlu işdən çıxarıldı

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

    Əmrə əsasən, AAYDA-nın Söküntülər şöbəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.

    Qeyd edək ki, C.Həsənov Penitensiar xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun oğludur.

  • Təbii kürünü saxtasından necə ayıraq? – AQTA aydınlıq gətirdi

    Təbii kürünü saxtasından necə ayıraq? – AQTA aydınlıq gətirdi

    Xəbər verildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət, ictimai iaşə, o cümlədən şadlıq evlərində “təbii kürü” adı ilə süni kürü məhsullarının istehlakçılara təqdim olunduğu aşkarlanıb. Həmçinin məhsulların etiketlənmədiyi, müşayiətedici sənədlərinin olmadığı və yararlılıq müddətinin bitdiyi müəyyən edilib.

    Agentlik ticarət, ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, istehlakçıların aldadılması qanun pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. İstehlakçılara təqdim olunan bütün qida məhsulları, o cümlədən kürü məhsulları etiketlənməli, məhsul barədə dolğun məlumat verilməli, “təbii kürü” adı altında süni məhsulların təqdim edilməsinə yol verilməməli, məhsulların mənşəyini təsdiq edən sənədləri mövcud olmalıdır.

    Qeyd edək ki süni kürü müxtəlif qatqı maddələri ilə hazırlanır və təbii balıq kürüsündən fərqli xüsusiyyətlərə malikdir. Onun hazırlanmasında jelatin, yosun ekstraktı olan alginat, agar-agar, nişasta, boya maddələri, bitki yağları, aromatizatorlar və dadlandırıcılar istifadə edilərək kürü formasına salınır. Əsas fərqlərdən biri odur ki, süni kürü qızdırıldıqda yumşalır, əriyir və axıcı hala gəlir. Bu xüsusiyyət onu təbii kürüdən ayıran əsas göstəricilərdən biridir.

    İstehlakçılara tövsiyə olunur ki, ictimai iaşə obyektlərində təqdim olunan kürülərin mənşəyi ilə maraqlansınlar, məhsulun keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərini tələb etsinlər və şübhəli hallarla qarşılaşdıqda Agentliyin “1003 – Çağrı Mərkəzi”nə müraciət etsinlər.

    Sonda qeyd edirik ki, nəzarət tədbirləri davam etdirilir, qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görüləcəkdir.

  • Gəncədə bağçada biabırçılıq – Tərbiyəçi azyaşlıları təhqir etdi (İDDİA- VİDEO)

    Gəncədə uşaq bağçasında xoşagəlməz hadisə baş verib. İddialara görə, tərbiyəçi azyaşlılara qarşı kobud davranaraq onları təhqir edib.

    Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

    Belə ki, tərbiyəçi uşaqlara “tormoz” və “axmaq, monqol” kimi ifadələr işlədib.

    Hadisənin hansı bağçada baş verdiyi məlum deyil.

  • Qanunsuz mərc oyunları ilə bağlı xaricə ödənişlərin qarşısı alınmalıdır

    Qanunsuz mərc oyunları ilə bağlı xaricə ödənişlərin qarşısı alınmalıdır

    Azərbaycandan qanunsuz mərc oyunları ilə bağlı xaricə yönəldilən vəsaitlərin qarşısı alınmalıdır.

    Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    “Ölkəmizdə mərc oyunları ancaq lisenziyalaşdırılmış təşkilat vasitəsilə həyata keçirilə bilər. İnanılmaz dərəcədə böyük məbləğlər xaricə ötürülür. Kimsə özünə kart hesabı açır, hamıya deyir ki, pulları bura otuzdurun, mən isə sizə xaricdə mərc oyunları təşkil edirəm. Və orada ödənişlər milyonlarla manatdır. Biz bunun qarşısını almalıyıq. Maliyyə sektoru həmin çirkli pulların axınında vasitəçi olmamalıdır, Maliyyə Monitorinqi Xidmətinə məlumat verməlidir. Mən şəxsən bu prosesi tamamilə dəstəkləyirəm. Hansısa texniki çatışmazlıqlar həmişə olacaq, amma ümumi yanaşma belədir”, – deyə o qeyd edib.

  • Kruiz gəmisində yayılan virus bu ölkədə də aşkarlandı

    Kruiz gəmisində yayılan virus bu ölkədə də aşkarlandı

    İsveçrədə əvvəllər Atlantik okeanında kruiz gəmisində olan bir kişidə hantavirus infeksiyası aşkar edilib.

    Bu barədə konfederasiyanın Nazirlər Kabineti mətbuata açıqlamasında bildirib.

    “Xəstə İsveçrəyə qayıdan və əvvəllər bir neçə hantavirus infeksiyası halının qeydə alındığı kruiz gəmisində olan bir kişidir”, – deyə açıqlamada bildirilir.

    Qeyd olunur ki, xəstə Sürix Universitet Xəstəxanasında müalicə alır.

    Daha əvvəl Atlantik okeanında kruiz gəmisində hantavirus epidemiyasının aşkarlandığı və nəticədə üç nəfərin öldüyü bildirilmişdi. Yoluxma hallarının sayı yeddiyə çatıb.

  • Heç kim dişsiz qalmayacaq – Bunun da dərmanı tapıldı

    Heç kim dişsiz qalmayacaq – Bunun da dərmanı tapıldı

    Kyoto Universitetinin tədqiqatçıları dişlərin yenidən çıxmasını təşviq edən dərmanın insanlar üzərində sınaqlarına keçiblər.

    Yapon alimləri itirilmiş dişlərin bərpasına kömək edə biləcək bir dərmanı 2030-cu ilə qədər satışa çıxarılacağını açıqlayıblar.

    İnsan bədənindəki ən sərt quruluş olan diş minası, sınıq sümüklərdən fərqli olaraq özünü bərpa edə bilmir.

    Lakin, bu yeni hazırlanmış müalicə üsulu diş itkisinə qarşı mübarizədə inqilab etmək potensialına malikdir. Kyoto Universitetində hazırlanan dərman, “USAG-1” adlı bir zülalın təsirini bloklamağa yönəlib.

    Xərçəng müalicəsində tez-tez istifadə olunan monoklonal antikor texnologiyasından istifadə edərək yeni bir formula hazırlanmışdır.

    Müalicə, USAG-1 ilə sümük inkişafında iştirak edən zülallar arasındakı qarşılıqlı təsiri kəsərək bədənin diş bərpası mexanizmini aktivləşdirməyi hədəfləyir.

    Heyvan təcrübələrində yeni dişlərin əmələ gəlməsinin uğurla müşahidə edildiyi açıqlanıb. Dərmanın insanlar üzərində ilk klinik sınaqları 2024-cü ilin sentyabr ayında başlayıb.

    Tədqiqat qrupu, klinik sınaqların planlaşdırıldığı kimi davam edəcəyi təqdirdə, dərmanın 2030-cu ilə qədər geniş şəkildə əldə edilə biləcəyini təxmin edir.