Month: May 2026

  • Pomidorun qabığını sadə üsulla soymaq – Qaynar suya ehtiyac yoxdur

    Pomidorun qabığını sadə üsulla soymaq – Qaynar suya ehtiyac yoxdur

    Pomidorun qabığını soymaq üçün adətən qaynar sudan istifadə olunur. Lakin mütəxəssislər bildirirlər ki, bu proses daha asan və alternativ üsullarla da həyata keçirilə bilər.

    Bu barədə Kobieta.Gazeta.PL nəşri yazıb.

    Bəzən pomidorun qabığını soymağa ehtiyac olmur. Dietoloqların fikrincə, qabıq tamamilə çıxarılmamalıdır, çünki onun tərkibində faydalı maddələr var. Lakin həzm problemi olan insanlar, uşaqlar və ya daha yumşaq konsistensiya tələb edən sous və şorba hazırlanması zamanı qabığın çıxarılması daha məqsədəuyğun hesab edilir.

    Mütəxəssislər ənənəvi üsul kimi pomidorların üzərinə qaynar su tökülüb bir neçə saniyə saxlanmasını və sonra buzlu soyuq suya salınmasını tövsiyə edirlər. Bundan əvvəl isə pomidorun üzərində çarpaz kəsik etmək lazımdır. Bu zaman qabıq asanlıqla ayrılır.

    Bununla yanaşı, digər alternativ üsullar da mövcuddur:

    Mikrodalğalı soba
    Pomidorlar bir neçə saniyə qızdırılır. Lakin çox saxlanılmamalıdır, çünki partlaya bilər.

    Soba üsulu
    Pomidorlar 180 dərəcə qızdırılmış sobada 15 dəqiqəyə qədər saxlanılır. Bu üsul daha çox şorba və sous hazırlanması üçün uyğundur.

    Dondurucu üsulu
    Pomidorlar bir gecə dondurucuda saxlanılır. Daha sonra ilıq su ilə yuyulduqda qabıq asanlıqla ayrılır.

    Mütəxəssislər qeyd edirlər ki, bu üsullar əsasən sous, püre və şorba hazırlanması üçün daha uyğundur. Sandviç və təzə istifadə üçün isə ənənəvi qaynar su üsulu daha əlverişli hesab edilir.
    //qaynar.az

  • Partlayışda xəsarət alan həkim öldü

    Partlayışda xəsarət alan həkim öldü

    Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.

    Bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.

    O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    “Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

    Allah rəhmət eləsin”,- paylaşımda deyilir.

    Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat edib, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.

  • Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə

    Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə

    Mayın 6-da Bakının Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/10 kV-luq 213 saylı yarımstansiyadan çıxan və Komplekt Transformator Məntəqəsini (KTM 1078) qidalandıran 10 kV-luq hava xəttində cari təmir işləri aparılacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Nizami rayonu Şərq küçəsində Azərsutikinti trestinin xəstəxanasının ətrafında yerləşən bəzi yaşayış ərazilərində elektrik enerjisinin verilişində mərhələli şəkildə məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Казахстан планирует отказаться от электричества из России

    Казахстан планирует отказаться от поставок российской электроэнергии с 2027 года при условии успешного введения в работу энергетических объектов

    Как передает Median.Az со ссылкой на Zakon.kz, об этом заявил заместитель министра энергетики Сунгат Есимханов на пресс-конференции.

    По словам Есимханова, если страна введет все запланированные объекты, то власти не будут дожидаться окончания строительства атомной электростанции и смогут отказаться от поставок электроэнергии из России. Он уточнил, что в прошлом году в Казахстане произвели 123.1 млрд кВт⋅ч электроэнергии, а потребили 124.6 млрд кВт⋅ч.

    Есимханов также отметил, что Казахстан реэкспортирует часть закупаемой у России электроэнергии в Кыргызстан.

    В начале апреля председатель правления холдинга “Самрук-Энерго” Кайрат Максутов сообщил, что Казахстан вместо России выбрал в качестве подрядчика для строительства трех теплоэлектроцентралей Сингапур. ТЭЦ должны быть построены в Семее, Усть-Каменогорске и Кокшетау.

    В последнем городе уже начато строительство без участия России, власти сослались на отсутствие гарантий на “удешевленное финансирование с российской стороны”.

    В рамках национального проекта по развитию угольной генерации на 2026-2030 годы в Казахстане должны быть запущены восемь новых электростанций, а еще 11 должны пройти модернизацию. Цель проекта – наращивание электрогенерации и повышение ее эффективности.

    В 2025 году Россия и Казахстан начали строительство первой в стране АЭС. Начало эксплуатации запланировано на 2035-2036 годы. Всего Астана собирается построить три атомные станции. Строительством одной из них должен заниматься Китай.

  • Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır

    Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır

    Qazaxıstan yeni enerji obyektlərinin uğurla istifadəyə verilməsi şərti ilə 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi tədarükündən imtina etməyi planlaşdırır.

    Median.Az “Zakon.kz” saytına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı energetika nazirinin müavini Sunqat Yesimxanov məlumat verib.

    S.Yesimxanovun sözlərinə görə, əgər dövlət nəzərdə tutulan bütün obyektləri istismara verərsə, rəhbərlik atom elektrik stansiyasının inşasının tamamlanmasını gözləmədən Rusiya elektrik enerjisinin idxalını dayandıra biləcək. O, ötən il Qazaxıstanda 123,1 milyard kVt·saat elektrik enerjisinin istehsal olunduğunu, istehlakın isə 124,6 milyard kVt·saat təşkil etdiyini diqqətə çatdırıb.

    Nazir müavini həmçinin əlavə edib ki, Qazaxıstan Rusiyadan aldığı elektrik enerjisinin bir qismini Qırğızıstana təkrar ixrac edir.

    Aprelin əvvəlində “Samruk-Enerqo” holdinqinin idarə heyətinin sədri Kayrat Maksutov bildirib ki, Qazaxıstan üç İstilik Elektrik Mərkəzinin (İEM) inşası üçün podratçı qismində Rusiya əvəzinə Sinqapuru seçib. Həmin İEM-lər Semey, Ust-Kamenoqorsk və Kokşetau şəhərlərində tikilməlidir.

    Qeyd olunan sonuncu şəhərdə Rusiyanın iştirakı olmadan artıq tikinti işlərinə başlanılıb. Hökumət bunu “Rusiya tərəfindən ucuzlaşdırılmış maliyyələşdirmə üzrə zəmanətlərin olmaması” ilə əlaqələndirib.

    2026-2030-cu illəri əhatə edən kömür generasiyasının inkişafı üzrə milli layihə çərçivəsində Qazaxıstanda səkkiz yeni elektrik stansiyası fəaliyyətə başlamalı, daha 11 stansiya isə modernləşdirilməlidir. Layihənin əsas məqsədi elektrik generasiyasını artırmaq və onun səmərəliliyini yüksəltməkdir.

    2025-ci ildə Rusiya və Qazaxıstan ölkədə ilk AES-in inşasına start veriblər. Stansiyanın istismara verilməsi 2035-2036-cı illərə planlaşdırılır. Ümumilikdə Astana üç atom elektrik stansiyası tikməyi nəzərdə tutur. Onlardan birinin inşasını Çin həyata keçirməlidir.

  • Cəlilabadda gənc müəllim vəfat etdi

    Cəlilabadda gənc müəllim vəfat etdi

    Cəlilabadda gənc müəllim vəfat edib.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, əslən Cəlilabad rayonunun Albalan kəndindən olan Əhməd Natiq oğlu Əhmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

    Məlumata görə, o, bağırsaq xərçəngindən həyatını itirib.

    Bildirilib ki, Əhməd Əhmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2015-2020-ci illər məzunu olub, tarix-coğrafiya ixtisası üzrə təhsil alıb.

    O, bir müddət rayondakı hazırlıq kurslarından birində müəllim kimi fəaliyyət göstərib.

    Qeyd edək ki, onun iki övladı var.

  • CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?

    CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?

    Şirkətlər arasında “steril” CV-lərin artması fonunda ənənəvi işə qəbul sənədləri öz dəyərini itirməyə başlayır.

    Valyuta.az-ın “G7” nəşrinə istinadən məlumatına görə, neyron şəbəkələrin kütləvi istifadəsi namizədlərin CV-lərini o qədər qüsursuz edib ki, onların arxasında real insanı görmək çətinləşib.

    Əmək bazarında yeni tendensiya

    Mövcud vəziyyət bir növ qapalı dövr yaradıb. Şirkətlər açar sözlərə əsaslanan avtomatlaşdırılmış sistemlər tətbiq edir, iş axtaranlar isə süni intellektdən istifadə edərək həmin sözləri ideal şəkildə CV-lərə yerləşdirirlər. Nəticədə yüksək uyğunluq balı real bacarıqları əks etdirmir.

    Rekrutinq üzrə mütəxəssis Tamara Tayti bildirir ki, CV-lər artıq namizədlərin real qabiliyyətlərini etibarlı şəkildə göstərməkdə əvvəlki rolunu itirir.

    Müsahibədə gerçəklik üzə çıxır

    Bir çox namizədin təcrübəsi göstərir ki, süni intellekt müsahibəyə dəvət almağa kömək etsə də, görüş zamanı real bilik və bacarıqlar üzə çıxır və uyğunsuzluqlar aşkar edilir.

    “No Fluff Jobs” şirkətinin nümayəndələri qeyd edir ki, rekruterlər artıq “maşın tərəfindən yazılmış” mətnləri müəyyən etməyi öyrəniblər. Bu cür mətnlər adətən həddindən artıq düzgün cümlə quruluşu və spesifik yazı üslubu ilə seçilir.

    Yeni yanaşmalar tətbiq olunur

    Hazırda şirkətlər seçim prosesində daha çox manual yoxlamalara, telefon müsahibələrinə və praktiki tapşırıqlara üstünlük verirlər. Eyni zamanda, işçilərin şəxsi tövsiyələrinin əhəmiyyəti xeyli artıb və bəzən ən ideal CV-dən daha etibarlı hesab olunur.

    Mütəxəssislər hesab edir ki, gələcəkdə işə qəbul prosesində fərdi təcrübə və real nəticələr daha ön plana çıxacaq.

  • Musa Qurbanlı üçün mövsüm bitdi

    Musa Qurbanlı üçün mövsüm bitdi

    Ötən gün “Turan Tovuz”la oyunda zədələnən “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün mövsüm başa çatıb.

    Bu barədə klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

    O bildirib ki, forvardın zədəsi ciddidir və 2-3 həftə müalicə alacaq.

    M.Qurbanlı ondan sonra məşqlərə başlayacaq.

  • WhatsApp-da yeni̇li̇k – Avatarlar ləğv ediləcək

    WhatsApp-da yeni̇li̇k – Avatarlar ləğv ediləcək

    “WhatsApp” tətbiqi istifadəçilər üçün avatar funksiyasını mərhələli şəkildə ləğv etməyə başlayır.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq avatarların redaktəsi deaktiv ediləcək, daha sonra isə bu funksiya tamamilə tətbiqdən çıxarılacaq.

    Artıq bəzi istifadəçilərə bununla bağlı bildirişlər göndərilir.

    Bu qərar “Meta Platforms” şirkətinin prioritetlərində dəyişikliklə əlaqələndirilir. Bir vaxtlar “metaverse” strategiyasının bir hissəsi kimi təqdim olunan avatarlar indi əvvəlki əhəmiyyətini itirib.

    Qeyd edək ki, avatarlar 2022-ci ilin sonlarında istifadəyə verilmişdi. Funksiya silinsə də, istifadəçilərin profil şəkilləri əvvəlki kimi qalacaq.//azxeber.com

  • “Navai” Moskvada qəzaya düşdü

    “Navai” Moskvada qəzaya düşdü

    Azərbaycan əsilli tanınmış reper “Navai” (Nəvai Bəkirov) Rusiyanın paytaxtı Moskvada lüks avtomobili ilə qəzaya düşüb.

    Median.Az xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində baş verib.

    Şahidlərin iddiasına görə, qəzadan sonra reper tanınmamaq üçün geyimini dəyişərək hadisə yerində gizlənməyə çalışıb.

    Hazırda polis əməkdaşları əraziyə cəlb olunub, hadisənin təfərrüatları araşdırılır.

    Qeyd edək ki, N. Bəkirov “HammAli & Navai” duetinin üzvü kimi geniş şöhrət qazanıb və lüks avtomobillərə olan marağı ilə tanınır.//qafqazinfo