Month: May 2026

  • Anası o uşaqdan imtina etdi

    Anası o uşaqdan imtina etdi

    Bakıda itkin düşmüş körpənin valideynləri tapılıb. 

    Median.Az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

    O bildirib ki, azyaşlının anası ondan imtina edib. 

    “Hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən. Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar,xəsarət alar?” Çiyinlərini çəkdi…”, – deyə Birliyin sədri qeyd edib. 

  • Bu şəxslərin maaşı 35 faiz artıb

    Bu şəxslərin maaşı 35 faiz artıb

    Sertifikatlaşdırma prosesinə start verildikdən indiyədək 83 min 983 təhsilverənin imtahanlarda iştirakı təmin edilib.

    Median.Az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

    Bildirilib ki, sertifikatlaşdırma prosesindən uğurla keçən 24 min 36 nəfər təhsilverənin maaşına 35 faiz artım tətbiq edilir.

    Qeyd edək ki, müəllimlər ilk dəfə 2022-ci ildə sertifikatlaşmaya cəlb olunublar. Həmin ildən proses davam etməkdədir.

    Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarına əsasən, sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərin vəzifə maaşlarına tədris edilən dərs saatına görə 35%, keçid balını (30) toplamış digər təhsilverənlərə isə 10% əlavələr tətbiq olunur

  • Mehriban Əliyeva sərgilərlə bağlı paylaşım etdi- VİDEO

    Mehriban Əliyeva sərgilərlə bağlı paylaşım etdi- VİDEO

    Birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan”la bağlı video-paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək

    Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək

    Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində (8 Noyabr prospektindən Babək prospektinədək olan hissə) 5 may saat 22:00-dan 8 may saat 06:00-dək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb

    Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb

    ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb.

    Median.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiya mərkəzi (UKMTO) məlumat yayıb.

    Bildirilib ki, fevralın 28-dən mayın 5-dək UKMTO Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzi ərazilərində fəaliyyət göstərən gəmilərlə bağlı ümumilikdə 45 insident haqqında məlumat alıb. Bunlara 25 hücum, 18 şübhəli fəaliyyət və iki gəminin ələ keçirilməsi daxildir.

    Eyni zamanda, BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, müharibə başlayandan bəri ümumilikdə 31 insident qeydə alınıb. Bu hadisələr nəticəsində 10 dənizçi həlak olub, bir neçəsi isə ağır yaralanıb.

  • Məxfurə Hüseynovanın meyiti tapıldı

    Məxfurə Hüseynovanın meyiti tapıldı

    İstanbulda Kadıköydən Beşiktaşa hərəkət edən sərnişin bərəsinə mindikdən sonra itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.

    Bu barədə “Sabah” nəşri məlumat yayıb.

    Bildirilib ki, hadisə mayın 2-də baş verib. Bir neçə gün davam edən axtarış tədbirlərindən sonra onun meyiti Haydarpaşa yaxınlığında dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Təhlükəsizlik kameralarının qeydlərini araşdıran qurumlar onun Kadıköydəki turniketdən keçərək gəmiyə mindiyini, lakin Beşiktaşda sahilə çıxan sərnişinlərin arasında olmadığını müəyyənləşdirib. Məlumat daxil olduqdan dərhal sonra dənizdə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

    Həmin görüntülər itkin düşən qadının qızı Nigar Yusifliyə də təqdim olunub. N.Yusifli kadrlardakı şəxsin anası olduğunu təsdiqləyib. Faktla bağlı araşdırmalara başlanılıb.//oxu.az

  • Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

    Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

    Şəmkir, Tovuz və Qazax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Median.Az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar mayın 6-da saat 09:30-dan işlər yekunlaşanadək Şəmkir rayonunun Mahmudlu kəndində, Tovuz rayonunun Hunanlar və Aşağı Mülkülü kəndlərində, həmçinin Qazax rayonunun Yuxarı Salahlı, Aslanbəyli və II Şıxlı kəndlərində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

    Qeyd olunub ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

    Xatırladaq ki, daha əvvəl Qəbələ rayonun Bum qəsəbəsi, Hacıqabul rayonunun Padar və Ağsu rayonunun Padarqışlaq kəndlərində də mayın 6-da saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacağı barədə açıqlama verilmişdi.

  • “Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Aİ-nin etibarlı tərəfdaşıdır”

    “Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Aİ-nin etibarlı tərəfdaşıdır”

    Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşıdır.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

    Azərbaycan lideri ölkəsi ilə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəsinin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

    Bu xüsusda dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə – Almaniyaya və Avstriyaya çatıb.

  • Cəlilabadda gənc müəllim dünyasını dəyişdi

    Cəlilabadda gənc müəllim dünyasını dəyişdi

    Cəlilabadda müəllim vəfat edib.

    Median.Az Unikal-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Albalan kənd sakini, Əhməd Əhmədov Natiq oğlu uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

    Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəllabad filialının 2015–2020-ci il məzunu olub, tarix–coğrafiya ixtisası üzrə təhsil alıb. O, həmçinin hazırlıq kurslarında müəllim kimi fəaliyyət göstərib. O ailəli idi.

  • Övladı yeni hərbi xidmətə getmişdi… – Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu

    Övladı yeni hərbi xidmətə getmişdi… – Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu

    Aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, qəza nəticəsində həyatını itirən Mansur İmanov Cəlilabad rayonunun Uzuntəpə kənd sakini olub.

    Məlumata görə, mərhumun övladı bu yaxınlarda hərbi xidmətə yola düşübmüş.

    ***

    Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” və “XPeng” markalı minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, “Mercedes” markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər tərəfindən minik avtomobilinin sərnişini xilas edilib. Həyatını itirən sürücü, Mansur Güləxan oğlu İmanovun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.