Month: May 2026

  • Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ

    Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ

    Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

    Median.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

    Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması ehtimalı var.

    Belə ki, sabah magistral yollarda görünüş məsafəsinin dumana görə 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

  • CNN-dən sensasion iddia: İsrail və ABŞ yeni əməliyyata hazırlaşır

    CNN-dən sensasion iddia: İsrail və ABŞ yeni əməliyyata hazırlaşır

    İsrail ABŞ ilə birlikdə İrana qarşı yeni zərbələr endirmək imkanını nəzərdən keçirir.

    Bu barədə CNN telekanalı İsrail mənbəsinə istinadən məlumat yayıb. Eyni zamanda, bir neçə İsrail rəsmisi də “Channel 12” telekanalına bildirib ki, Təl-Əviv mövcud atəşkəsin mümkün pozulmasına hazırlaşır.

    CNN-in mənbəsi qeyd edir ki, İsrail tərəfi Vaşinqtonla fəal koordinasiya aparır, çünki Hörmüz boğazındakı vəziyyətin İranla əldə olunan atəşkəs rejimini təhlükə altına aldığını düşünür. İsrailin təhlükəsizlik xidmətlərindəki mənbə isə “Channel 12″yə açıqlamasında bildirib ki, əgər Tehran Hörmüz boğazından keçid üçün mübarizə aparmaq qərarına gəlsə, bu, hərbi əməliyyatların yenidən başlaması demək olacaq.

    Telekanal aydınlaşdırır ki, bu koordinasiya yeni zərbələr seriyasına hazırlığı ehtiva edir. Mənbənin sözlərinə görə, əsas hədəflər enerji infrastrukturu obyektləri olacaq. Həmçinin yüksəkrütbəli İran rəsmilərinin zərərsizləşdirilməsi məqsədilə hücumların həyata keçiriləcəyi bildirilir. Planların böyük bir qismi hələ aprel ayının əvvəlində atəşkəs əldə olunmazdan əvvəl hazırlanmışdı.

    “Məqsəd gələcək danışıqlarda güzəştlər əldə etmək üçün İrana təzyiq göstərməyə yönəlmiş qısamüddətli kampaniya həyata keçirməkdir”, – deyə mənbə əlavə edib. Bununla belə, hərbi əməliyyatların bərpası ilə bağlı hər hansı yekun qərarın ABŞ Prezidenti Donald Trampdan asılı olacağı vurğulanıb.

    CNN-ə danışan İsrail rəsmisi izah edib ki, Təl-Əviv lap əvvəldən ABŞ və İran arasındakı danışıqların perspektivlərinə şübhə ilə yanaşıb. Vəziyyətlə tanış olan digər bir mənbənin məlumatına görə, ötən həftə İsrailin Baş naziri Benyamin Netanyahu məhdud sayda şəxslə təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparıb. O, həmçinin hökumət nazirlərinə İranla bağlı vəziyyəti ictimaiyyətə şərh etməməyi tapşırıb.

  • Названа причина обрушения автомобильной дороги в Сумгайыте (Обновлено)

    На улице Узеира Гаджибейли в городе Сумгайыт произошла просадка канализационной линии диаметром 600 мм.

    Как сообщает Median.Az со ссылкой на Report, об этом заявили в Исполнительной власти города Сумгайыт, комментируя причины образования обвала на асфальтированной дороге.

    Отмечается, что в настоящее время соответствующими структурами на территории проводятся мероприятия по обеспечению безопасности, въезд и выезд на данном участке взяты под контроль.

    В целях устранения возникшей проблемы с завтрашнего дня начнутся ремонтно-восстановительные работы. Для завершения работ в кратчайшие сроки будут приняты все необходимые меры.

    * * * * *

    На улице Узеира Гаджибекова в Сумгайыте просела дорога.

    Как сообщает Report, на проезжей части образовалась большая выбоина диаметром около 5 метров.

    Причиной просадки стало повреждение канализационной трубы.

    На место происшествия привлечены сотрудники соответствующих структур, принимаются меры безопасности и ведутся работы по устранению проблемы.

  • Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı (Yenilənib)

    Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı (Yenilənib)

    Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti asfalt yolda oyuq yaranmasının səbəbinə aydınlıq gətirərkən məlumat verib.

    Bildirilib ki, hazırda müvafiq qurumlar tərəfindən ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilir, hadisə yerinə giriş-çıxış nəzarətə götürülüb. Yaranmış problemin aradan qaldırılması məqsədilə sabahdan etibarən təmir-bərpa işlərinə başlanılacaq. İşlərin qısa müddətdə yekunlaşdırılması üçün bütün zəruri tədbirlər görüləcək.

    * * * * *

    Sumqayıt şəhərinin Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrli iri oyuq yaranıb.

    Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.

    Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

  • Məşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı

    Məşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı

    Saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, yoxlamalar çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsinə baxış keçirilib.

    Yoxlamalar zamanı “Keşlə Bazarı”, “Özbək Bazarı”, “Sahil Bazarı” və “Yaşıl Bazar”da nöqsanlar aşkarlanıb. Bu obyektlərdə etiketsiz, müşayiətedici sənədləri olmayan, yararlılıq müddəti bitmiş məhsulların, həmçinin “Keşlə Bazarı”nda təbii farel kürüsü adı ilə süni kürü satıldığı, “Özbək Bazarı”nda isə süni kürülərin etiketsiz qablaşdırmada satışa çıxarıldığı müəyyən edilib.

    Bundan əlavə, 2 ticarət obyektində də (“Balique 2023 LTD” MMC və “Natural Fish”) pozuntular – etiketsiz, müşayiətedici sənədləri olmayan və yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb. Götürülən nümunələrin müayinəsi nəticəsində 1 kürü məhsulunda (“Natural Fish”) bakteriyakeşlə (Listeria monocytogenes) tapılıb.

    Yoxlamalar zamanı 1 idxalçının anbarında (“Food Fish” MMC) məhsulların laborator nəticələri və sağlamlıq aktı olmadan satışa çıxarıldığı müəyyən edilib. Həmçinin süni kürü istehsalı ilə məşğul olan obyektlərdən 1-nin qeydiyyatsız fəaliyyət göstərdiyi məlum olub.

    Ümumilikdə 15.325 kq qırmızı kürü və 800 qr qara kürünün etiketsiz olduğu və müşayiətedici sənədlərinin olmadığı, 678 qr qırmızı və 1.243 kq qara kürünün isə yararlılıq müddətinin bitdiyi aşkarlanıb.

    Sınaq nəticəsi uyğunsuz olan və yararlılıq müddəti bitmiş bütün məhsullar satışdan çıxarılıb və məhv edilib. Nəzarət tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Agentlik tərəfindən həm süni, həm də təbii kürü məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılır və norma daxilindədır. Lakin, təbii kürü adı ilə süni kürü məhsullarının satışa təqdim edilməsi istehlakçının aldadılmasıdır və bu hal inzibati məsuliyyət yaradır.

  • Paytaxtın hansı küçələrində sıxlıq var? – FOTO

    Paytaxtın hansı küçələrində sıxlıq var? – FOTO

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    7. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    8. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    10. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    15. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    16. Akad. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;

    17. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    18. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    19. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    20. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Kafedə ofisiantı öldürmək istəyənə hökm oxunub

    Kafedə ofisiantı öldürmək istəyənə hökm oxunub

    Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən kafedə ofisiantı bıçaqlayan 19 yaşlı E.Cəfərova hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Balakən sakini olan gənci Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilib.

    E.Cəfərov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, cinayət hadisəsi zamanı E.Cəfərov kafedə ofisianta 6 bıçaq zərbəsi endirib. Belə ki, o, həmin kafedə işləyən Eysəfər adlı tanışını axtarmaq məqsədilə ora gedib. Bu zaman orada olan ofisiant T.Məmmədov E.Cəfərova Eysəfərin kafedə olmadığını bildirib. Kafedən uzaqlaşmayan Cəfərovla ofisiant arasında mübahisə yaranıb və 19 yaşlı oğlan üzərində gətirdiyi bıçaqla ona zərbələr endirib.

  • Тестовый заголовок новый 5 мая

    Текст 1 Текстt2 Текст3 Текст4
    Салаам  Google Hi 

  • Test bashliq yeni 05 may

    Test bashliq yeni 05 may

    Tekst 1 tekst2 tekst3 tekst4
    salam  Google 

    https://x.com/MikayilJabbarov/status/2044399270892016028

  • Azərbaycanda ana ölümləri: Regionlar üzrə STATİSTİKA

    Azərbaycanda ana ölümləri: Regionlar üzrə STATİSTİKA

    2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb və bu göstərici hər 100 min diri doğulana 27,1 təşkil edib.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Məlumata görə, 2025-ci il üzrə regionlar üzrə bölgü göstərir ki, qeydə alınan 26 halın 10-u şəhər, 16-sı isə kənd yerlərində baş verib. Belə ki, Bakı şəhərində ümumilikdə 4 hal qeydə alınıb və bunlardan 2-si Sabunçu rayonunda, hərəsi 1 olmaqla isə Suraxanı və Yasamal rayonlarında baş verib. Bakı şəhərinin digər rayonlarında isə belə hal qeydə alınmayıb.

    Naxçıvan iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Naxçıvan şəhərində, 1-i Babək rayonunda, 2-si isə Kəngərli rayonunda baş verib. Abşeron-Xızı iqtisadi rayonunda 1 belə hal qeydə alınıb və bu hal Sumqayıt şəhərində baş verib. Gəncə-Daşkəsən iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Gəncə şəhərinin payına düşür.

    Qarabağ iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Ağcabədi rayonunda, 3-ü isə Bərdə rayonunda baş verib. Qazax-Tovuz iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Qazax rayonunda qeydə alınıb. Quba-Xaçmaz iqtisadi rayonunda isə Quba və Qusar rayonlarından hər birində 1 nəfər olmaqla ümumilikdə 2 hal qeydə alınıb.

    Lənkəran-Astara iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü halı qeydə alınıb. Bu halların 2-si Cəlilabad rayonunda, 1-i Lənkəran rayonunda, 1-i isə Yardımlı rayonunda baş verib. Mərkəzi Aran iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Kürdəmir rayonunda qeydə alınıb. Mil-Muğan iqtisadi rayonunda 2 ana ölümü qeydə alınıb və hər iki hal İmişli rayonunun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Şəki rayonunda baş verib. Şirvan-Salyan iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Hacıqabul rayonunda qeydə alınıb.

    Dağlıq Şirvan və Şərqi Zəngəzur iqtisadi rayonlarında isə 2025-ci il ərzində ana ölümü halı qeydə alınmayıb.

    Xatırladaq ki, əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2020 və 2021-ci illərdə hər birində 20 nəfər olmaqla ana ölümü qeydə alınıb, 2022-ci ildə bu rəqəm 18 nəfər olub. 2023-cü ildə kəskin artım baş verərək 33 nəfərə yüksəlib, 2024-cü ildə isə 29 ana ölümü qeydə alınıb.

    Məlumat üçün qeyd edək ki, statistikaya hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölümlər daxildir.