Month: May 2026

  • Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

    Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

    Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

    Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklikləri təsdiq edib.

    Vergi Məcəlləsinə edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur.

    “Təhsil haqqında” Qanuna dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

    Qanunun keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

  • Rəfiqələr 8 min manata görə adam öldürdülər – Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI (FOTO)

    Rəfiqələr 8 min manata görə adam öldürdülər – Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI (FOTO)

    Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmayılova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aylarla davam edən prosesin sonunda müttəhim qadınlar dəhşətli cinayətdə təqsirli biliniblər. Bu tüküpərdici cinayət bir il əvvəl Şərur rayonunun Oğlanqala kəndində baş verib.

    İstintaqla məlum olub ki, Firuzə və Aypara söhbət zamanı maddi sıxıntılarından danışıb. Aypara hazırda 3 min manatdan çox borcu olduğunu deyərək vəziyyətdən şikayətlənib. Cinayət planı da məhz bu söhbət zamanı qurulub. Belə ki, vəziyyətdən çıxış yolu axtaran Firuzə rəfiqəsinə 75 yaşlı qonşusu Zeynəb İsmayılovadan söz açıb, təxminən 8 min manat pulunun olduğunu və banka qoymaq istədiyini eşitdiyini deyib.

    Fotoda Zeynəb İsmayılova
    Bu da rəfiqələrdə tamah yaradıb. Onlar yaşlı qadını öldürüb pulunu ələ keçirmək qərarına gəliblər. Bir neçə gün sonra plan həyata keçirilib.
    Ahıl qadın paltaryuyan maşından istifadə etmək üçün Ayparanın evinə gəlib. Paltarları maşından çıxardığı anda Aypara və əvvəlcədən evdə gizlənən Firuzə çəkic və linglə qadının başına zərbələr endirərək onu huşsuz vəziyyətdə yerə yıxıblar. Sonra isə yastıqla boğaraq qətli tamamlayıblar.

    Əli qana batan rəfiqələr əvvəlcə mərhumun boynundan asdığı torbanı açaraq içindəki 8 min manat pulu və ümumi dəyəri 3 min manat olan üç ədəd qızıl boyunbağını götürüblər. Daha sonra meyiti həyətdə yerləşən dərin su quyusuna atıblar.

    Növbəti plan isə cinayəti gizlətmək olub. Bunun üçün rəfiqələr şayiə yayıblar ki, guya Zeynəb İsmayılovanı sonuncu dəfə kəndin yuxarı hissəsinə gedərkən görüblər. Qısa müddətdə polis əməkdaşları kəndin hər bir künc-bucağında axtarışa başlayıb.

    Fotoda Aypara Əsgərova
    Axtarış zamanı polisi ilk şübhələndirən məqam isə Aypara Əsgərovanın həmin gecə müxtəlif mağazalara 3 min manat borc ödəməsi olub.
    Sorğu-sual zamanı o, qonşusunun harada olduğunu bilmədiyini desə də, növbəti mərhələdə xüsusi təlim keçmiş it cinayətin izinə düşüb. Qətlə yetirilən qadının paltarından iy götürən it istintaqçıları birbaşa meyitin atıldığı quyuya aparıb. Nəticədə qadının meyiti 10 metr dərinlikdən çıxarılıb.

    Əvvəlcə Aypara, iki gün sonra isə cinayətdəki şəriki Firuzə həbs ediliblər. Prokurorluq onları bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi) maddəsi ilə hakim qarşısına çıxarıb. Bu əməl kişilər üçün ömürlük məhkumluğa qədər cəza nəzərdə tutur. Lakin Azərbaycan qanunlarına əsasən, qadınlar ömürlük məhkum edilmir.

    Hərəsi üç uşaq anası olan 36 və 37 yaşlı rəfiqələrin işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə araşdırılıb.

    Məhkəmə zamanı Aypara Əsgərovanın saxlanıldığı gün Türkiyəyə qaçmağa hazırlaşdığı da məlum olub. Tamahlarına uyan qadınların cinayət əməli müxtəlif sübutlar və şahidlərin ifadələri əsasında təsdiqini tapıb.

    Yekunda Firuzə İsmayılova 15 il, Aypara Əsgərova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • İlham Əliyev yeni rektor təyin etdi

    İlham Əliyev yeni rektor təyin etdi

    Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

  • Qəbələ, Hacıqabul və Ağsunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq

    Qəbələ, Hacıqabul və Ağsunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq

    Sabah Qəbələ rayonunun Bum qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, qəsəbədə Zaur Nazim oğlu Əliyevə məxsus fərdi yaşayış evinin qaz xəttinin (yeni abonent) mənbəyə qoşulması ilə əlaqədar mayın 6-da saat 10:00-dan etibarən Bum qəsəbəsinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    Qeyd olunub ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

    Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərinin də qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

    Məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Hacıqabul rayonunun Padar kəndinin və Ağsu rayonunun Padarqışlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Sabah yağış yağacaq

    Sabah yağış yağacaq

    Azərbaycanın bəzi yerlərdə mayın 6-da yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.

    Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.

  • Президент Ильхам Алиев ознакомился с 19-й выставкой Caspian Agro Week и 31-й выставкой InterFood Azerbaijan – ФОТО

    5 мая Президент Азербайджанской Республики Ильхам Алиев, первая леди Мехрибан Алиева и их дочь Лейла Алиева ознакомились в Бакинском Экспоцентре с 19-й Азербайджанской международной выставкой и форумом “Сельское хозяйство” – Caspian Agro Week и 31-й Азербайджанской международной выставкой “Пищевая промышленность” – InterFood Azerbaijan.

    Об этом сообщает АЗЕРТАДЖ.














  • İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub – FOTO

    İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub – FOTO

    Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” ilə tanış olublar.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.














  • Вынесен приговор лицу, обвиняемому в распространении религиозно-экстремистских материалов

    Завершён судебный процесс по уголовному делу в отношении Орхана Фазиль оглу Саядова, обвиняемого в изготовлении, хранении и распространении материалов религиозно-экстремистского содержания, а также в разжигании религиозной ненависти и вражды.

    Как сообщает AПA, приговор был зачитан на процессе в Гянджинском городском суде под председательством судьи Лизы Ханмамедовой.

    Согласно приговору, подсудимый приговорён к 5 годам лишения свободы. Он будет отбывать наказание в исправительном учреждении общего режима.

    По обвинению, в отношении Орхана Саядова Cлужбой uосударственной безопасности выдвинуто обвинение по статьям 167-3.1 (изготовление, хранение или распространение религиозно-экстремистских материалов) и 283.1-1 (разжигание религиозной ненависти и вражды, совершённое на почве религиозной вражды, религиозного радикализма или религиозного фанатизма) Уголовного кодекса Азербайджанской Республики.

  • Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU

    Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU

    Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Orxan Fazil oğlu Sayadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    İttihama görə, Orxan Sayadov barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) və 283.1-1-ci (dini nifrət və düşmənçiliyin salınması dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIB

    Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIB

    2026-cı ilin ilk rübü (yanvar-mart ayları) ərzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) məişət zorakılığı ilə bağlı ümumilikdə 134 müraciət daxil olub.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.

    Bildirilib ki, daxil olan müraciətlərdən 23-ü kişilər, 106-sı qadınlar, 5-i isə uşaqlar tərəfindən edilib. Kişilər tərəfindən daxil olan müraciətlərin əsas hissəsi psixi zorakılıq, bəzi hallarda isə iqtisadi zorakılıqla bağlı olub. Fiziki zorakılığa məruz qalan kişilərlə bağlı isə Komitəyə hər hansı müraciət daxil olmayıb. Eyni zamanda, kişilərin müraciətlərinin əksəriyyəti övladları ilə ünsiyyət, uşaqların keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması kimi məsələlərlə bağlı olub.

    “Müraciətlərin növləri üzrə bölgüsünə gəlincə, 31 fakt psixi zorakılıq, 9 fakt iqtisadi zorakılıq, 93 fakt fiziki zorakılıq, bir fakt isə cinsi zorakılıqla bağlı olub.

    Qeyd olunmalıdır ki, bu rəqəmlər Komitəyə daxil olan müraciətlərin sayını əks etdirir və hələlik təsdiq olunmuş faktlar hesab edilmir. Müraciətlər aidiyyəti dövlət qurumlarına yönləndirilir və yalnız həmin qurumlardan daxil olan cavab məktubları əsasında faktın təsdiqlənib-təsdiqlənmədiyi müəyyən edilir”, – deyə rəsmi məlumatda vurğulanıb.

    Komitədən verilən məlumata görə, coğrafi bölgüyə əsasən, müraciətlərin 64-ü regionlardan, 70-i isə Bakı şəhərinin rayonlarından daxil olub.