Month: May 2026

  • Завершился визит председателя Совета министров Италии Джорджи Мелони в Азербайджан

    4 мая завершился рабочий визит председателя Совета министров Италии Джорджи Мелони в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги двух стран, в честь высокой гостьи был выстроен почетный караул.

    Председателя Совета министров Италии Джорджу Мелони в аэропорту провожали заместитель премьер-министра Азербайджана Самир Шарифов, заместитель министра иностранных дел Фариз Рзаев и другие официальные лица.

  • İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfəri başa çatıb

    İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfəri başa çatıb

    İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycan Respublikasına işgüzar səfəri mayın 4-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    İtaliyanın Nazirlər Şurasının sədri Corcia Melonini Azərbaycan baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

  • Azərbaycanda pul bazası 2 milyard manatdan çox artıb

    Azərbaycanda pul bazası 2 milyard manatdan çox artıb

    Azərbaycanda pul bazası artıb.

    Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir kii, 2026-cı il aprelin 1-nə ölkədə pul bazası 23 milyard 765 milyon manat təşkil edib.

    Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir.

    Belə ki, 2025-ci il aprelin 1-nə pul bazası 21 milyard 498,1 milyon manat olub.

    Müqayisə göstərir ki, pul bazası illik ifadədə 2 milyard 266,9 milyon manat və ya 10,5% artıb.

  • Marketoloqdan açıqlama: “100 qramlıq qiymət sistemi qanuna uyğundur, aldanmamaq lazımdır”

    Marketoloqdan açıqlama: “100 qramlıq qiymət sistemi qanuna uyğundur, aldanmamaq lazımdır”

    Son günlər Bakıdakı iri market şəbəkələrində 100 qramlıq qablaşdırmalarda satılan konfet və şokoladların qiymətləri alıcılar arasında narazılıq yaradıb. Məsələn, kiloqramı 10–15 manat olan məhsulların 100–150 qramlıq hissələrinin 1–3 manata satılması bəzi istehlakçılarda yanlış təəssürat formalaşdırıb.

    Məsələyə münasibət bildirən marketoloq Pərviz Əzimov “Qaynarinfo”ya açıqlamasında bildirib ki, bu cür qiymət siyasətində qanunsuz heç nə yoxdur:

    “Market rəhbərliyi açıq şəkildə yazır ki, bu, 100 qramın qiymətidir. Deməli, hər şey qaydasındadır”.

    O, alıcıları diqqətli olmağa çağıraraq qeyd edib ki, məhsulun qablaşdırma formatı qiymətin anlaşılmasında əsas rol oynayır:

    “Bəli, qanun bunu qadağan etmir. Məsələn, kəsilmiş pendir satılır, orada da qramın qiyməti ayrıca göstərilir. Ya da iri qablaşdırmada alınan məhsullarda vahid qiymət fərqli formada hesablanır. Hər şey qaydaya uyğundur”.

    Marketoloqun sözlərinə görə, istehlakçılar məhsulun təqdimat formasını düzgün oxumalı və qiyməti yanlış interpretasiya etməməlidirlər.

    Qeyd edək ki, hazırda marketlərdə bu cür kiçik qablaşdırılmış şokolad və konfetlərin satışı geniş yayılıb. Bu isə bəzi hallarda alıcılar arasında qiymətin kiloqramla deyil, daha böyük həcmdə daha ucuz olduğu barədə yanlış təsəvvür yaradır. Alıcılar real qiymətlərlə bağlı narazılıq ifadə edirlər.

  • Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi

    Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi

    Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində atəşkəs elan olunduğunu açıqlayıb.

    Bu qərarın Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə qəbul edildiyi bildirilib.

    Məlumata görə, atəşkəs Böyük Vətən müharibəsində Qələbə gününün qeyd olunması ilə əlaqədar elan olunub.

    Nazirlikdən qeyd olunub ki, Moskva bu qərarla bağlı Kiyevin də eyni addımı atacağını gözləyir.

  • Ильхам Алиев и Джорджа Мелони выступили с заявлениями для прессы (Обновлено)

    4 мая Президент Азербайджанской Республики Ильхам Алиев и председатель Совета министров Итальянской Республики Джорджа Мелони выступили с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.

    * * * * *

    Президент Азербайджанской Республики Ильхам Алиев и председатель Совета министров Итальянской Республики Джорджа Мелони выступают с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər (Yenilənib)

    Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər (Yenilənib)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

    Prezident İlham Əliyevin bəyanatı

    – Hörmətli xanım Baş nazir.

    Hörmətli qonaqlar, xanımlar və cənablar.

    İlk növbədə, xanım Baş nazir, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır.

    Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.

    Bildiyiniz kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

    Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb.

    İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.

    Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

    Hörmətli xanım Baş nazir və nümayəndə heyətinin üzvləri, sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

    Sonra İtaliya Nazirlər Şurasının sədri bəyanatla çıxış edib.

    Nazirlər Şurasının sədri Corcia Meloninin bəyanatı

    – Çox sağ olun, cənab Prezident.

    Hamınıza “Axşamınız xeyir olsun” deyirəm.

    Bu gün burada – Bakıda olmaqdan çox məmnunam. Təbii ki, bir daha cənab Prezident Əliyevə və bütün hökumətə bizə göstərilmiş çox səmimi qəbula, həmçinin bu gün ərzində apardığımız çox məhsuldar dialoqa görə təşəkkürümü bildirmək istəyirəm.

    Bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik. Bu, özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Beləliklə, təbii ki, apardığımız çox geniş söhbətə görə təşəkkür edirəm. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. Buradan gələcəyə aid prioritetləri birgə təyin edəcəyik. Düşünürəm ki, indi yaşadığımız mürəkkəb beynəlxalq müstəvidə bu, çox əhəmiyyətli seçimdir. Bununla belə, ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir.

    Birmənalı olaraq, əməkdaşlığımızı hər zaman səciyyələndirən sahələrdən biri enerji sahəsidir. İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində determinant rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq. Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısını rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək.

    Mən Prezidentlə razıyam ki, bütün bunlar istər son illərdə gözəçarpan Azərbaycan sərmayələrinin İtaliyaya yatırılmasında, istərsə də Azərbaycan tərəfi üçün İtaliyanın geni miqyaslı sərmayələrinin ayrılmasında görünür. Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var.

    Həlledici digər sahə müdafiə və təhlükəsizlik sahəsidir. Bu sahədə, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən kamil nəticələrini dəyərləndirərək, əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət, sənaye sistemələrimizi birləşdirən amillər olsun.

    Bununla belə, dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb. Burada, Bakıda respublika Prezidenti Mattarellanın iştirakı ilə Azərbaycan Diplomatik Akademiyanın nəzdində açılmış universitet İtaliyanın beş nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşmışdır. Yekun nəticədə, bütün bunlar mədəniyyət, gələcək nəsillər, xalqlarımız arasında əlaqələr, bu gün həm mədəniyyət, həm ərzaq təhülkəsizliyi sahələrində əldə etdiyimiz razılaşmalar ümumi məramımızın rəmzi anlarıdır. Bütün bunlar eyni istiqamətdə inkişaf edir.

    Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq. Aydın şəkildə, mənim üçün İranla ümumi sərhədi olan, İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu. Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım. Mən, həmçinin Azərbaycana, Prezidentə və Azərbaycanın bütün hakimiyyət orqanlarına İtaliyada təhlükə ilə üzləşən, ölkəni tərk etməyə məcbur olan çoxsaylı italyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirdiyinə təşəkkürümü bildirmək istəyirəm. Sizin tərəf bu işdə tam tədbirləri gördü və daha dəqiq desək, Sizə təşəkkür edirəm ki, Tehrandakı səfirliyimizin müvəqqəti olaraq Bakıya köçürülməsinə, təhlükəsizlik şəraitində səmərəli şəkildə işləməsinə dəstək verdiniz. Bu, dostluğumuzu nümayiş etdirən digər elementdir.

    Biz Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd etdik. Enerji və daşımalar birmənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər.

    Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik. Mən Birləşmiş Ştatların verdiyi təkan sayəsində tarixi mərhələni əks etdirən normallaşma yolunda İtaliyanın tam dəstəyini bir daha vurğuladım. Düşünürəm ki, 2026-cı il bu baxımdan mühüm ilə çevrilə bilər, çünki çox vacibdir ki, bu dinamik regionun bütün potensialı istifadə edilsin. Həmçinin Ukraynada ədalətli və dayanıqlı sülhə yönəlmiş diplomatik səylər də öz nəticəsini verməlidir. Çünki ölkələrimiz çox dəstək göstərib, Ukrayna xalqının yanında olub.

    Bir sözlə, iş əsnasında bizi birləşdirən çoxsaylı mövzular var. Söylədiyim kimi, bu işləri birgə icra edə bilərik. Yekun olaraq bir daha bildirirəm ki, biz aydın məsələlərin az sayda olduğu dövrdə yaşayırıq və tam təbiidir ki, bu kimi hallar az olanda, biz bir-birimizə daha çox bağlanmalıyıq. Məhz bu səbəbdən İtaliya Azərbaycanla həyata keçirdiyi mühüm tərəfdaşlığı uzunmüddətli tərəfdaşlıq kimi görür və bundan sonra da uzunmüddətli olmasını istəyir.

    Cənab Prezident, səmimi qəbula və bizimlə apardığımız çox maraqlı söhbətə görə bir daha təşəkkür edirəm.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.

    Median.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış edirlər.

    Median.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

  • Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu

    Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu

    Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olunub.

    Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlunun Oxu.Az-a verdiyi məlumata görə, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı 16 yaşına çatmayan Şəki rayon sakininin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib.

    Məsələ ilə bağlı məlumat dərhal Şəki Şəhər Rayon Polis Şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək, materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunub.

    İşə məhkəmədə baxılarkən müvafiq qurumların nümayəndələrinin və digər prosessual şəxslərin iştirakı ilə məsələyə hüquqi qiymət verilib. Nəticədə valideyn qeyd olunan maddə üzrə təqsirli bilinərək bir ay müddətinə inzibati həbs edilib.

  • “Bitcoin” yanvardan bəri maksimumu yenilədi: Daha da bahalaşacaqmı?

    “Bitcoin” yanvardan bəri maksimumu yenilədi: Daha da bahalaşacaqmı?

    “Bitcoin”in məzənnəsi üç aydan çox fasilədən sonra ilk dəfə 80 min dolları ötüb. Bu artım Asiya bazarlarında müsbət dinamika və riskli aktivlərə investor marağının artması fonunda baş verib.

    “Bloomberg”in məlumatına görə, bazar ertəsi kriptovalyuta 2,1% bahalaşaraq 80 594 dollara çatıb ki, bu da 31 yanvardan bəri ən yüksək göstəricidir. Eyni zamanda “Ethereum” kimi digər tokenlər də dəyər qazanıb.

    Kriptobazarda yüksəliş investor əhval-ruhiyyəsinin yaxşılaşması ilə əlaqələndirilir. Asiya səhmlərinin “MSCI” indeksi fevralda qeydə alınmış tarixi maksimuma yaxınlaşıb. Bu artıma texnologiya şirkətlərinin gözləniləndən yaxşı maliyyə nəticələri də dəstək verib.

    “FalconX” şirkətinin Asiya-Sakit okean regionu üzrə derivativ ticarəti rəhbəri Şon Maknalti bildirib ki, investor aktivliyi bitcoinin yaxın zamanda daha da bahalaşa biləcəyinə işarə edir:

    “Bu, ayın ortasına qədər bitcoinin 85 min dollara çatacağına yüksək inamın olduğunu göstərir”.

    Bununla belə, İran ətrafında vəziyyət bazarlara ziddiyyətli siqnallar göndərir. ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ münaqişədə iştirak etməyən gəmiləri Hörmüz boğazından müşayiət edəcək.

    Tehran isə xəbərdarlıq edib ki, ABŞ-ın hər hansı müdaxiləsi atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək.

    “Bitcoin” ötən ilin oktyabrında 126 min dollardan yuxarı səviyyəyə çataraq tarixi maksimumunu yeniləmişdi. Daha sonra qiymət bir neçə ay ərzində düşərək fevralda təxminən 60 min dollara qədər geriləmişdi.

    Son aylarda isə aktiv tədricən bərpa olunur. Bu prosesdə institusional investorların marağının artması mühüm rol oynayır. “Bloomberg”in məlumatına görə, mayın 1-də bitcoinə investisiya edən birja fondlarına 630 milyon dollar həcmində xalis vəsait daxil olub.
    //valyuta.az

  • Melikov Dağıstan rəhbəri vəzifəsindən azad edildi

    Melikov Dağıstan rəhbəri vəzifəsindən azad edildi

    Rusiya Prezidenti Vladimir Putin Sergey Melikovu Dağıstan rəhbəri vəzifəsindən vaxtından əvvəl azad edib.

    Rusiya dövlət başçısı bu barədə Fərman imzalayıb.

    Sənədə əsasən, Melikov öz istəyi ilə vəzifəsindən azad edilib.

    Eyni Fərmanla respublika rəhbəri vəzifəsi müvəqqəti olaraq Dağıstan Ali Məhkəməsinin keçmiş sədri Fyodor Şukinə həvalə olunub.

    Sənəd bu gün qüvvəyə minib.

    Xatırladaq ki, Sergey Melikov 2020-ci ildən Dağıstana rəhbərlik edib. Onun səlahiyyət müddəti sentyabrda başa çatırdı.