Month: May 2026

  • Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb – Əməliyyatın təfərrüatı

    Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb – Əməliyyatın təfərrüatı

    Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətklər Məhkəməsində 44 yaşlı məşqçinin təqsirləndirildiyi proses başa çatıb.

    O, Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

    Məhkəmənin hökmü ilə A.Mirbabayevə 3 il həbs cəzası verilib. Lakin himayəsində 2 azyaşlı uşaq olduğundan idmançının cəzası onun övladlarının 14 yaşını tamam etməsinədək təxirə salınıb. A.Mirbabayev məhkəmə zalından sərbəst buraxılıb.

    Qeyd edək ki, A.Mirbabayev Bakıda fitnes zallarından birinə rəhbərlik edib. Onun müştəriləri arasında çoxsaylı tanınmış şəxslər, rütbəli zabitlər olub.

    O da məlum olub ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla fitnes zalından külli miqdarda patı (metamfetamin) aşkar edilərək götürülüb.

    Məhkəmə prosesində idmançının həyat yoldaşının 2 övladını tərk edərək getdiyi və onların rəsmi qaydada boşandığı da qeyd edilib.

  • Məscidin yanında 2 yaşlı uşaq tapıldı – Adını bilmir (FOTO)

    Məscidin yanında 2 yaşlı uşaq tapıldı – Adını bilmir (FOTO)

    Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılıb.

    Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

    “Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın!

    Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir… Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar…

    Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu…

    Onu güldürüb özümüz isə ağlamışıq… Adını Tale qoymuşuq…”, – deyə o əlavə edib.

  • 28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq

    28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq

    Bakıda mağazadən kərə yağı oğurlayıb satan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Binəqədi rayonu, 9 mkr., Mir Cəlal 72 ünvanında yerləşən mağazada baş verib.

    Belə ki, 1990-cı il təvəllüdlü F.V. mağazadan 28 ədəd kərə yağını oğurlayaraq satıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

    Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu deyib. Bildirib ki, oğurladığı 28 ədəd kərə yağını sataraq kirayə pulunu ödəyib. O, işsiz olduğu üçün oğurluq etməyə məcbur qaldığını vurğulayıb.

    Məhkəmənin hökmü ilə F.V. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün müddətə inzibati həbs edilib.

  • Bakıda pulu olmayan şəxs restoranda yeyib-içdi, səs-küy salıb qaçdı

    Bakıda pulu olmayan şəxs restoranda yeyib-içdi, səs-küy salıb qaçdı

    Bakıda məşhur restoranda hesabı ödəməyib qaçan müştəri həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, Atatürk prospekti 93 ünvanında yerləşən “JOSBeer Pub” adlı restoranda baş verib.

    Belə ki, 1994-cü ildə Bakı şəhərində anadan olmuş M.H. “JOSBeer Pub” restoranında 269 manatlıq sifariş verərək yeyib-içdikdən sonra ödəniş etməyib və orada səs-küy salıb. Daha sonra qaçaraq obyektdən uzaqlaşıb.

    Restoranın mühafizəçisi tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayət əsasında təqsirləndirilən şəxs dərhal “Gənclik” metrosunun yaxınlığında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məhkəmədə təqsirləndirilən şəxs izahatında deyib ki, günorta saatlarında üzərində pul olmadığını bilərək “JOSBeer Pub” adlı restorana gedib və kabinetlərin birində əyləşərək spirtli içki və müxtəlif yeməklər sifariş verib. Saat 22:30 radələrində ondan hesabı ödəməsini istədiklərində verməyəcəyini bildirib, səs-küy salaraq restorandan qaçıb.

    Məhkəmənin hökmü ilə M.H. İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün həbs edilib.

  • Süni intellekt xəstələrə həkimlərdən daha dəqiq diaqnoz qoydu (TƏDQİQAT)

    Süni intellekt xəstələrə həkimlərdən daha dəqiq diaqnoz qoydu (TƏDQİQAT)

    Alimlər süni intellektin pasiyentlərə nə qədər dəqiq diaqnoz qoya bildiyini yoxlayıblar. Nəticə gözlənilməz olub.

    Bu barədə “TechCrunch” yazır.

    Bildirilir ki, Harvard Tibb Məktəbi və Beth Israel Deaconess Tibb Mərkəzinin həkimləri və kompüter mütəxəssislərinin rəhbərliyi altında aparılan yeni araşdırmada “OpenAI”ın dil modelləri həkimlərin işi ilə müqayisə edilib.

    Təcrübələrdən birində alimlər Beth Israel xəstəxanasının təcili yardım şöbəsinə düşən 76 pasiyentə fokuslanıblar. Burada iki terapevt həkimin qoyduğu diaqnozlar “OpenAI” o1 və 4o modellərinin verdiyi diaqnozlarla müqayisə edilib. Daha sonra bu nəticələr, kim tərəfindən verildiyini bilməyən iki digər həkim tərəfindən qiymətləndirilib.

    Tədqiqatçılar bildiriblər ki, “o1” modeli hər mərhələdə ya bir qədər daha yaxşı nəticə göstərib, ya da həkimlərlə və “4o” modeli ilə eyni səviyyədə olub.

    Alimlərin sözlərinə görə, ən böyük fərq ilkin diaqnostika mərhələsində müşahidə olunub. Bu mərhələdə pasiyent haqqında məlumat məhdud olur və düzgün qərar vermək daha çətin sayılır.

    Araşdırmada qeyd olunur ki, süni intellekt modellərinə elektron tibbi kartlardakı eyni məlumatlar verilib və heç bir əlavə emal aparılmayıb.

    Tədqiqat nəticələrinə görə, “OpenAI” o1 modeli halların 67%-ində dəqiq və ya dəqiqə yaxın diaqnoz qoyub. Müqayisə üçün bir həkim 55%, digəri isə 50% hallarda eyni nəticəni əldə edib.

    “Biz süni intellekt modelini demək olar ki, bütün meyarlar üzrə sınaqdan keçirdik və o, həm əvvəlki modelləri, həm də həkimlərin baza göstəricilərini üstələdi”, deyə Harvard Tibb Məktəbinin süni intellekt laboratoriyasının rəhbəri və tədqiqatın aparıcı müəlliflərindən biri Arjun Manray bildirib.

    Beth Israel həkimi Adam Rodman isə “The Guardian”a açıqlamasında bildirib ki, hazırda xəstələr həyatla bağlı kritik qərarlarda hələ də həkimlərə daha çox güvənirlər, süni intellektə deyil.

    Tibb sahəsi ilə bağlı ekspertlər isə qeyd edirlər ki, süni intellekt nəticələri perspektivli olsa da, real klinik təcrübədə həkimlərin yerini tam əvəz edə bilməz və bu cür müqayisələr yalnız məhdud kontekstdə dəyərlidir.
    //qaynar.az

  • Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu

    Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu

    Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin keçmiş müdiri İradə Dəmirovaya hökm oxunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İradə Dəmirova Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub.

    O, 308.1-ci maddə ilə 2000 manat cərimələnib. Digər maddəyə gəlincə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.

    İş materiallarından məlum olur ki, İradə Dəmirova “Yaşat Fondu”nun subyektləri üçün nəzərdə tutulan ödənişsiz dərman vasistələrini satmaqda, həmçinin saxta tibbi sənədlər hazırlamaqda ittiham olunub.

    Məhkəmə zamanı İradə Dəmirova verilmiş ittihamlarla özünü təqsirli bilməyib.

  • Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

    Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

    Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdiriləcək.

    Trend-in məlumatına görə, bununla bağlı qanun layihəsi artıq Milli Məclisə daxil olub.

    Belə ki, “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsi Milli Məclisinin Regional məsələlər komitəsinin mayın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

  • Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

    Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

    Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında qeyd olunub.

    Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur.

    Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür.

    Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.

  • Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi

    Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi

    Ali Məhkəmədə idmançı Araz Musayevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

    Median.Az-ın məlumatına görə, şikayət araşdırılaraq qərar qəbul edilib. Qərara əsasən, birinci və ikinci instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb, idmançının şikayəti rədd edilib.

    Xatırladaq ki, idmançı Araz Musayev Azər Həsənsoyun Azərbaycan Muaytay Federasiyasının prezidenti seçilməsi ilə bağlı 2 noyabr 2024-cü ildə keçirilən konfransının qərarının ləğv edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı rədd edərək konfransın qərarını qüvvədə saxlamışdı.

    Birinci instansiya məhkəməsi ilə razılaşmayan idmançı qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb idmançının şikayətini rədd etmişdi. Nəticədə A.Musayev Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.

    Qeyd edək ki, idmançı Araz Musayev 2022-2024-cü illərdə Azərbaycan Muaytay Federasiyasının prezidenti olub.//oxu.az

  • İtaliya bizim bir nömrəli ticarət tərəfdaşımızdır – Əliyev

    İtaliya bizim bir nömrəli ticarət tərəfdaşımızdır – Əliyev

    Bizim ölkələrimiz strateji tərəfdaşlardır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır.
     
    Median.Az
    xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni ilə mətbuata bəyanatında söyləyib.
     
    “Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir”, – deyə dövlətimizin başçısı vurğulayıb.