Month: May 2026

  • Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb

    Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb

    Kürdəmirdə bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Sığırlı kənd sakini, 1983-cü il təvəllüdlü Ramal Məmmədov yaşadığı evin həyətində kəsici alətlə yanacaq balonunu kəsərkən partlayış olub.

    Ağır xəsarət alan R. Məmmədov ölüb.

    Fakt araşdırılır.

  • Sabah bu rayonda qazın verilişində məhdudiyyət olacaq

    Sabah bu rayonda qazın verilişində məhdudiyyət olacaq

    Şəmkir rayonunun bəzi kəndlərində qaz kəsiləcək.

    Bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

    Bildirilib ki, abonentlərin fasiləsiz və dayanıqlı qazla təmin olunması üçün görüləcək işlərin icrası ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək Könüllü, Abbaslı, Seyfəli və Mehrli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • “Qarabağ”ın ulduzuna Avropadan təklif

    “Qarabağ”ın ulduzuna Avropadan təklif

    “Qarabağ”ın qapıçısı Mateuş Koxalski mövsümün sonunda komandadan ayrılmağa yaxındır.

    Median.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirə bilər.

    Onunla Polşanın “Vitsev Lodz” klubu ciddi şəkildə maraqlanır.

    Sözügedən klub yanvarda qapıçını heyətinə qatmaq istəsə də, transfer baş tutmamışdı. Ancaq Polşa təmsilçisi təcrübəli qolkiperdən vaz keçmir.

    Bildirilir ki, “Vitsev Lodz” Koxalskiyə yeni müqavilə təklifi hazırlayıb. 25 yaşlı oyunçu qərar üçün mövsümün sonunu gözləyir. Onun ölkəsində çıxış etməyə müsbət yanaşdığı da bildirilir. Koxalski daha əvvəl “Vitsev Lodz”dan təklif aldığını açıqlamış, lakin qışda ayrılmasına razılıq verilməmişdi.

    Xatırladaq ki, polşalı qolkiper 2024-cü ilin avqustunda “Qarabağ”la 3+1 illik müqavilə imzalayıb.

  • Вице-президент Турции обсудил с премьером Армении отношения в экономике

    Вице-президент Турции Джевдет Йылмаз на встрече в Ереване с премьер-министром Армении Николом Пашиняном обсудил перспективы развития двусторонних отношений в области транспорта, энергетики и цифровой инфраструктуры. Переговоры прошли на полях 8-го саммита Европейского политического сообщества.

    Об этом он написал в соцсети Х.

    “У нас была возможность обсудить шаги по расширению сотрудничества в сферах транспорта, таможни, энергетики и цифровой инфраструктуры. Мы довольны тем, что взаимные конструктивные шаги, предпринятые в процессе нормализации, приводят к конкретному прогрессу”, – говорится в сообщении.

    Он также заявил о стремлении Турции вносить вклад в обеспечение стабильности на Южном Кавказе. “Мы будем решительно продолжать наш подход, направленный на продвижение нормализации на Южном Кавказе, увеличение экономического сотрудничества и укрепление контактов между нашими народами”, – сказал вице-президент Турции.

    Отметим, что Йылмаз стал первым высокопоставленным представителем Турции, посетившим Армению с 2013 года.

  • Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

    Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

    Görüşdə tərəflər nəqliyyat, energetika, gömrük və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

    C.Yılmaz bildirib ki, normallaşma prosesi çərçivəsində atılan qarşılıqlı konstruktiv addımlar konkret nəticələr verir.

    O, həmçinin Türkiyənin Cənubi Qafqazda sabitliyin təmin olunmasına töhfə vermək niyyətində olduğunu vurğulayıb və normallaşma, iqtisadi əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində siyasətin davam etdiriləcəyini qeyd edib.

    Qeyd edək ki, Cevdet Yılmaz 2013-cü ildən bəri Ermənistana səfər edən ilk yüksəkvəzifəli Türkiyə rəsmisidir.

  • Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir – FOTO

    Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir.

    Median.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.





  • Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb – Video

    Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb – Video

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışına aid videoçarx paylaşılıb.

    Median.Az paylaşımı təqdim edir:

  • İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib

    İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib

    İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, “İstilik enerjisindən istifadə Qaydaları”nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə baş tutacaq.

    “İstilik enerjisindən istifadə Qaydaları”nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

  • İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

    İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

    İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    İtaliyanın Baş naziri Corcia Melonini hava limanında Azərbaycan baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Tanışını qətlə yetirən şəxs hakim qarşısında

    Tanışını qətlə yetirən şəxs hakim qarşısında

    Tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev itiham aktını elan edib.

    Daha sonra ifadə vermək söz Rauf Sadıqova verilib və o, özünü elan edilmiş ittihamla qismən təqsirli bilib.

    Daha sonra məhkəmə təqsirləndirilən şəxs Rauf Sadıqovun ifadəsi ilə davam edib:

    “Elsevəri 15 ilə yaxındır tanıyıram, bir məhəllədə böyümüşük. Dekabr 26-da zəng edib, onunla bir yerə qədər getməyimi istədi. Mən narkotik almağa getdiyimizi bilmirdim. O, mənə bu barədə heç nə deməmişdi. Bunu ancaq tutulanda bildim. Taksi ilə getdik. Elsevər Ramin adlı tanışı ilə gəlmişdi. Qayıdanda bunlar düşdülər. Bir də baxdım, telefonum yoxdur. Telefonu Raminin oğurladığını anladım. Elsevəri çağırıb dedim ki, bu adamı mən tanımıram və onu sən gətirmisən. Bildirdim ki, ədəbi ilə telefonumu gətirib qaytarsın. Tanımadığım biri ilə üz-göz olmaq istəmirdim, odur ki, Elsevərlə Raminə danışmağa şərait yaransın deyə qırağa çəkildim. Elsevər geri qayıdıb onun telefonu vermək istəmədiyini dedi. Səbrim tükənməyə başlayırdı. Özümü güclə ələ alıb buna yaxınlaşdım, əlimi atdım bunun çiyninə ki, “Qardaşım, bəlkə sənə bir pisliyim dəyib? Mənim bir ayağım onsuz da “srok”dadır, məni işə salma, qaytar telefonu, xoşluqla çıx, get”. Ramin isə mənə dedi ki, “Mən “lomka”dayam, canım ağrıyır. Telefon mənə lazımdır”. Dedim “Mənə nə sən “lomka”dasan? Gəl, Sənə 20 manat verim, amma telefonumu qaytar. Onun içində önəmli şəkillər, videolar var, qaytar”. Bəlkə də yarım saat dilə tutdum, telefonu qaytarmaq istəmədi. Yapışdım yaxasından ki, “Sənə ziyan vurmaq istəmirəm, əcəl səni hərləməsin, telefonumu qaytar”, yenə qaytarmadı telefonumu. Mən özüm də 4 dəfə “srok” da olan adamam. İki bıçaq zərbəsi vurdum qarnından, sifətinə də bir yumruq ilişdirdim. Bunu qan apardığını görüb, Elsevərə dedim ki, tez “təcili yardım” çağırsın. Mən dörd aya yaxın müddətdir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə gedib-gəlirəm. həftənin 4-cü günü orada olurdum, qalan günlərdə iş tapanda şəhərdə işləyirdim. Hadisə günü mən məntəqə tipli cəzaçəkmə müəssisəsinə qayıtmalı idim, amma yol pulum olmadığına görə gedə bilmədim. Zəng edib rəisə durumu bildirdim, dedi “Eybi yox, amma tezdən burada olmalısan. Mən elə orada amnistiyaya düşdüyümü öyrəndim. Səhəri əməliyyatçılar məni müəssisədən apardılar”.

    Məhkəmənin növbəti iclası iyunun 1-nə təyin edilib.

    Qeyd edək ki, 2025-ci ilin dekabrında
    Xətai rayonu NZS qəsəbəsində baş verib.
    Belə ki, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.

    Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən edilib.

    Ona qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Rauf Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //unikal.az