Month: May 2026

  • Трагически погиб обучавшийся в Турции студент-азербайджанец – ФОТО

    Азербайджанский студент Али Руфат оглу Рустамов, проходивший обучение в Турции, погиб в результате дорожно-транспортного происшествия.

    Как сообщает Median.Az со ссылкой на konkret.az, об этом сообщили близкие погибшего.

    Отмечается, что тело Али Рустамова было доставлено в Азербайджан и предано земле.

  • Türkiyədə təhsil alan azərbaycanlı gənc faciəli şəkildə HƏLAK OLDU – FOTO

    Türkiyədə təhsil alan azərbaycanlı gənc faciəli şəkildə HƏLAK OLDU – FOTO

    Türkiyədə təhsil alan azərbaycanlı tələbə Əli Rüfət oğlu Rüstəmov yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

    Median.Az Konkret.az-a istinadla xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.

    Bildirilib ki, Əli Rüstəmovun nəşi Azərbaycana gətirilib və dəfn edilib.

  • Стоимость биткоина превысила 80 000 долларов впервые с 31 января

    Стоимость биткоина в ходе торгов превышала 80 000 долларов впервые с 31 января 2026 года.

    Об этом свидетельствуют данные площадки Binance.

    По данным на 06:40 по бакинскому времени, биткоин рос на 2.61% и находился на уровне 80 160 долларов.

    К 07:00 по Баку биткоин торговался на уровне 80 230 долларов (+2.64%).

  • “Bitcoin”in qiyməti artdı – Son ayların yeni rekordu

    “Bitcoin”in qiyməti artdı – Son ayların yeni rekordu

    “Bitcoin”in qiyməti 31 yanvar 2026-cı ildən bəri ilk dəfə olaraq ticarət əməliyyatları zamanı 80 min dolları ötüb.

    Bunu “Binance” platformasının məlumatları göstərir.

    Bakı vaxtı ilə saat 6:40-a olan vəziyyətə görə, “Bitcoin” 2.61% bahalaşaraq 80 160 dollar səviyyəsində olub.

    Saat 7:00-da isə “Bitcoin”in dəyəri 80 230 dollar (2.64% yüksəliş) təşkil edib.

  • “Brent” markalı neft ucuzlaşır – SON QİYMƏT

    “Brent” markalı neft ucuzlaşır – SON QİYMƏT

    Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunur.

    Bu barədə “İnterfaks” məlumat verib.

    Bakı vaxtı ilə saat 9:11-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.12 dollar (0.11%) azalaraq bir barel üçün 108.05 dollara düşüb. Əvvəlki sessiyada “Brent”in qiyməti 2.23 dollar (2.02%) azalaraq 108.17 dollar olmuşdu.

    Nyu-York Ticarət Birjasında (NYMEX) ) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.49 dollar (0.48%) ucuzlaşaraq bir barel üçün 101.45 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı neft 3.13 dollar (2.98%) ucuzlaşaraq bir barel üçün 101.94 dollar olub.

  • Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi – AÇIQLAMA

    Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi – AÇIQLAMA

    Azərbaycan Muaytay Federasiyasının 1 may 2026-cı il tarixində keçirilmiş Konfransının qərarının ləğvi ilə bağlı məhkəmə prosesi başa çatıb.

    Araz Musayev tərəfindən əvvəlcə Yasamal Rayon Məhkəməsində, daha sonra isə Apellyasiya Məhkəməsində qaldırılan iddialar təmin edilməyərək rədd edilib.

    Məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim olunan kassasiya şikayətinə də baxılıb və rədd edilib. Bununla da, sözügedən Konfransın və həmin tarixdə keçirilmiş seçkilərin qanuni olduğu son məhkəmə instansiyası tərəfindən də təsdiqlənib.

    Qərardan sonra Azər Həsənsoy və onun komandası rəsmən tanınıb.

    Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Araz Musayev isə bildirib ki, Azər Həsənsoy ilə bağlı məsələlər qanunvericilik çərçivəsində müzakirə olunur:

    “Azər Həsənsoyun keçirdiyi iclas sayt üzərindən keçirilib və bununla bağlı videomaterialları da təqdim edə bilərəm.

    İclas zamanı yetərsayın olmadığı, tədbirin onlayn formatda və çayxanada keçirildiyi və iştirak edən şəxslərin böyük əksəriyyətinin Muaytay Federasiyasına aid olmadığı aydın görünür. Belə ki, iclasda iştirak edənlərdən cəmi 7 nəfər federasiya ilə əlaqəli olub. Onların da hansı əsaslarla iştirak etdiyi sual doğurur. Bu şəxslərin bəziləri yalnız müəyyən vəzifələrlə bağlı dəvət olunublar.

    Yetərsayın olmamasına baxmayaraq, iclasın keçirilməsi və qərarların qəbul edilməsi ciddi şübhələr yaradır. Bu prosesin kimlər tərəfindən yönləndirildiyi də araşdırılmalıdır.

    Bundan əlavə, məhkəmə prosesi zamanı mənim xəstəxanada olduğum bir dövrdə qərar qəbul edilib. Daha sonra isə Azər Həsənsoy Türkiyədə müalicə aldığı müddətdə iclasın nəticələri onun xeyrinə rəsmiləşdirilib və bu proses bu gün də davam edir”.

  • Əhməd təkrar cinayət törədib? – ŞOK SƏS YAZISI

    Əhməd təkrar cinayət törədib? – ŞOK SƏS YAZISI

    5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. Belə ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadın ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu səs yazısı ictimaiyyətdə narahatlıq yaradıb.
     
    Bəs yalan məlumat yayanları hansı cəza gözləyir?
     
    Median.Az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, əgər yayılan məlumat həqiqətə uyğun deyilsə, insanlarda narahatlıq yaradırsa, ictimai asayişə və təhlükəsizliyə mənfi təsir göstərə bilirsə, bu halda həmin məlumat yayılması qadağan edilən informasiyalar sırasına aid edilir:
     
    “Ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulub ki, yalan olduğunu bildiyi halda məlumatı yaymaq məsuliyyət yaradır. Belə məlumatların internet informasiya ehtiyatlarında, sosial şəbəkələrdə, internet televiziya kanallarında və digər media resurslarında yayılmasına görə məsuliyyət nəzərdə tutulur.
     
    Azərbaycan qanunvericiliyində bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 388.1 0.1-ci maddəsi tətbiq oluna bilər. Həmin maddəyə əsasən, internet telekommunikasiya şəbəkələrində yalan məlumatların yayılması, ictimai təşviş yaratması və ya cəmiyyətdə çaşqınlıq yaratması inzibati məsuliyyətə səbəb olur.
     
    Belə hallarda məlumatı yayan şəxslər cərimə edilə, bəzi hallarda isə digər tədbirlərlə, o cümlədən inzibati həbs ilə cəzalandırıla bilərlər”.
     
    Vəkilin sözlərinə görə, burada məsuliyyətin yaranmasının əsas səbəblərindən biri də məlumatın kütləvi xarakter almasıdır:
     
    “Qeyd edim ki, 388.1.0.1-ci maddəyə əsasən, qanunla qadağan edilmiş məlumatın yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə oluna, inzibati tənbeh tədbirinə məruz qala və ya digər zəruri hallar nəzərə alınmaqla 1 ay müddətədək inzibati həbs edilə bilərlər”.
     
    Xatırladaq ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda 5 ailə üzvini qətlə yetirib. məhkəmənin qərarı ilə Ə.Əhmədov xüsusi tipli müalicə müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirilib.

  • Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü

    Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü

    Ötən gün Naxçıvanın Uzunoba gölündə Zamin Qalayev boğularaq ölüb.
     
    Bu barədə politoloq Heydər Oğuz məlumat yayıb.
     
    O bildirib ki, Zamin Qalayev Prezident İlham Əliyevin 2025-ci il dekabrın 15-də imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunubmuş.
     
    Zamin Qalayev FHN əməkdaşı imiş.//axar

  • Polisdən əməliyyat, saxlanılanlar var

    Polisdən əməliyyat, saxlanılanlar var

    Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb.
     
    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
     
    Belə ki, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
     
    Bundan əlavə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər ötən gün tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Təbii qazın dəyəri azaldı

    Təbii qazın dəyəri azaldı

    Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.
     
    Əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.47% dəyər qazanaraq 2.7800 ABŞ dollarına bərabər olub.
     
    Niderlandın “Title Transfer Facility” (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 0.48% azalaraq 45.77 avroya bərabər olub.