Month: May 2026

  • Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

    Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

  • Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

    Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

    Türkiyəli məşhur müğənni Bülent Ərsoy nəhəng bir onlayn alış-veriş platforması ilə apardığı əməkdaşlıqla diqqət çəkib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun bir reklam kampaniyası üçün 135 milyon TL (təxminən 5 milyon manat) qazandığı bildirilib.

    Bu ödəniş sosial mediada geniş müzakirə yaradıb və Türkiyənin reklam tarixində nadir hallarda rast gəlinən bir rekord kimi qiymətləndirilir.

    Sözügedən müqavilə B.Ərsoyu tək bir reklam üçün ən yüksək qonorar alan müğənni edib və reklam sənayesində indiyəqədərki ən böyükbüdcəli əməkdaşlıqlardan biri kimi tarixə düşüb.

  • İki qardaş toyda bıçaqlandı

    İki qardaş toyda bıçaqlandı

    Göygöldə toyda iki qardaş bıçaqlanıb.

    Median.Az APA-ya istimadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

    Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.

    Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

  • Airblue запускает рейсы по маршруту Баку-Лахор

    Международный Аэропорт Гейдар Алиев расширяет сеть международных партнерств с запуском рейсов авиакомпании Airblue по маршруту Баку-Лахор. Выход Airblue – одной из ведущих лоукост-авиакомпаний Пакистана – на бакинский рынок рассматривается как важный этап в развитии воздушного сообщения между Азербайджаном и регионом Южной Азии.

    Об этом сообщила пресс-служба воздушной гавани.

    Полеты по новому маршруту будут выполняться два раза в неделю – по вторникам и воскресеньям. Это обеспечит пассажирам большую гибкость при планировании поездок, а также сделает перелёты между Баку и Лахором более доступными и удобными.

    Направление Баку-Лахор уже обслуживается авиакомпаниями Azerbaijan Airlines (AZAL) и Pakistan International Airlines. Присоединение Airblue к данному маршруту усилит конкуренцию на рынке, увеличит общий пассажирский поток и будет способствовать удовлетворению растущего спроса.

    Отметим, что Международный Аэропорт Гейдар Алиев продолжает укреплять позиции Азербайджана как регионального авиационного хаба за счёт последовательного расширения международной маршрутной сети.

  • Pakistanın “Airblue” şirkəti Bakıya uçuşlara başlayır

    Pakistanın “Airblue” şirkəti Bakıya uçuşlara başlayır

    “Airblue” aviaşirkəti Bakı-Lahor marşrutu üzrə uçuşlara başlayır.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı-Lahor marşrutu üzrə “Airblue” aviareyslərinin fəaliyyətə başlaması ilə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı aşağıbüdcəli (low-cost) aviaşirkətlərindən biri olan “Airblue”nun Bakı bazarına daxil olması Azərbaycanla Cənubi Asiya arasında hava əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.

    Məlumata görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu, sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaratmaqla yanaşı, Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat edir.

    Qeyd edək ki, Bakı-Lahor istiqaməti artıq “Azərbaycan Hava Yolları” (AZAL) və “Pakistan International Airlines” (PIA) tərəfindən də icra olunur. “Airblue” aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın qarşılanmasına xidmət edir.

    Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi (hab) kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.

  • Məktəbdən sonra uşağın düzgün istirahəti – Gücünü necə bərpa etməlidir?

    Məktəbdən sonra uşağın düzgün istirahəti – Gücünü necə bərpa etməlidir?

    Uşaq məktəbdən gəlir, çantasını bir kənara atır və telefonla divana uzanır bu mənzərə bir çox valideynə tanışdır və çoxları bunu dərsdən sonra “layiqli istirahət” hesab edir. Amma əslində gadjetlərdə vaxt keçirmək real istirahət deyil, sadəcə onun illüziyasıdır və bu, yorğunluğu və əsəbiliyi daha da artırır.

    Lent.az xarici mediaya istinadən xəbər verir ki, keyfiyyətli fasilə olmadan uşaqlar tez yorulur və tükənir. İmtahanlar, ev tapşırıqları, stress və yuxusuzluq zamanla yığılaraq daha böyük problemə çevrilir. Nəticədə hətta yaxşı oxuyan uşaq da dərsə marağını itirə bilər və yaxşı əhval-ruhiyyə yoxa çıxar.

    İstirahət nə lüksdür, nə də yalnız yaxşı qiymətə görə verilən mükafatdır. Bu, hər bir insanın istər birinci sinif şagirdinin, istərsə də məzunun həyatının vacib hissəsidir. Məhz istirahət zamanı beyin məlumatları emal edir, yaddaşı möhkəmləndirir və yeni fəaliyyətə hazırlaşır.

    Effektiv istirahətin üç əsas qaydası

    Birinci qayda müntəzəmlikdir. Həftəsonu uzun-uzadı istirahət etməkdənsə, hər gün az-az dincəlmək daha faydalıdır. Yorğunluq həftələrlə yığılarsa, təkcə bazar günü uzun yuxu uşağı tam bərpa etməyəcək. Məktəbdən sonra və dərslər arasında verilən kiçik fasilələr daha effektivdir.

    İkinci vacib qayda aktivlikdir. Təmiz havada gəzinti, velosiped sürmək, rəqs etmək və ya sadəcə parkda qaçmaq telefonda vaxt keçirməkdən daha yaxşı enerji verir. Fiziki aktivlik orqanizmdə gərginliyi azaldan və əhvalı yaxşılaşdıran prosesləri işə salır. Eyni zamanda diqqəti dəyişməyi öyrədir ki, bu da gələcək həyat üçün çox vacib bacarıqdır.

    Üçüncü qayda müxtəliflikdir. Uşaq bu gün sakitcə kitab oxumaq, sabah isə dostları ilə buz meydançasına getmək istəyə bilər. Onu yalnız bir formada istirahət etməyə məcbur etmək düzgün deyil. Fərqli fəaliyyətlər istirahətin keyfiyyətini artırır.

    Güc bərpa etmək üçün ən yaxşı fəaliyyətlər

    Yaradıcılıq və idman uşaqlar üçün ən yaxşı istirahət yollarından biridir. Rəsm çəkmək, plastilinlə işləmək, musiqi alətində ifa etmək və ya əl işləri ilə məşğul olmaq uşağın diqqətini dəyişir və dərs stresini azaldır. İdman da çox faydalıdır. Üzgüçülük, boks, rəqs və ya sadəcə həyətdə məşq etmək uşağa həm fiziki, həm də emosional rahatlıq verir. Ailə ilə birlikdə keçirilən vaxt da çox önəmlidir. Birlikdə gəzinti, kinoya getmək və ya qısa səfərlər uşağın psixologiyasına müsbət təsir edir. Hətta axşam yarım saat stolüstü oyun oynamaq belə uşağın beynini rahatladır.

    Kitab oxumaq uşağa dərs qayğılarından uzaqlaşmağa kömək edir. Əsas odur ki, bu, məcburi yox, maraqlı seçim olsun. Filmlər və seriallar da istirahətin bir hissəsi ola bilər, amma ölçülü şəkildə. Qısa bir film və ya bir seriya kifayətdir, uzun müddət ekran qarşısında qalmaq isə yorğunluğu artırır. Təbiətdə vaxt keçirmək də çox faydalıdır. Təmiz hava beyni oksigenlə təmin edir və mühitin dəyişməsi stressi azaldır.

    Valideynlər necə kömək edə bilər

    Valideynlər uşağa vaxtını düzgün bölməyi öyrətməlidir ki, gündəlik planında istirahət üçün də yer olsun. Bu vaxt yalnız gecə yatmazdan əvvəl qalan son saat olmamalıdır, günün normal bir hissəsi olmalıdır.

    Unutmayın, uşaqlar valideynlərini təqlid edir. Əgər valideynlər də istirahət etməyi bacarırsa, uşaq bunu təbii şəkildə öyrənəcək. Dincəlmiş və xoşbəxt uşaq isə həm daha yaxşı oxuyur, həm də daha az əsəbiləşir və ətrafına daha çox sevinc gətirir.

  • İtirdiyi qızılları xatırlayıb arvadını döydü – Abşeronda

    İtirdiyi qızılları xatırlayıb arvadını döydü – Abşeronda

    Abşeronda kişi arvadını döyüb.

    Hadisə Saray qəsəbəsində qeydə alınıb.

    İttiham aktına görə, 32 yaşlı Mirzə Bağırov (ad və soyad şərtidir) yaşadıqları evdə 26 yaşlı arvadı Səkinənin (şərti adla) başına yumruqla zərbə vurub və əlləri ilə itələyib. Nəticədə zərərçəkən xəsarət alıb. Hadisəyə səbəb isə bir müddət əvvəl Səkinənin qızılları ehtiyatsızlıqdan itirməsi olub. Mirzə həmin hadisəni xatırladaraq arvadına irad bildirib və bu zəmində cütlük arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Mirzə arvadını döyərək xəsarət yetirib.

    Faktla bağlı Mirzə Bağırov saxlanılıb və barəsində cinayət işi açılıb.

    Təqsirləndirilən və zərərçəkən şəxslər bir-biri ilə barışdıqlarını bildiriblər. Zərərçəkən qadın ərinə qarşı şikayət və tələbinin olmadığını deyib. Bu səbəbdən onlar məhkəmədən cinayət işinə xitam verilməsini istəyiblər.

    Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Mirzə Bağırov məsuliyyətdən azad edilib.
    //lent.az

  • ChatGPT insanı saniyələr içində “oxuya” bilər – Şəxsiyyət təhlili üçün 10 sorğu

    ChatGPT insanı saniyələr içində “oxuya” bilər – Şəxsiyyət təhlili üçün 10 sorğu

    Süni intellekt artıq təkcə iş və təhsil sahəsində deyil, insanların davranışını analiz etmək üçün də geniş istifadə olunur. Mütəxəssislərin fikrincə, düzgün sorğu qurulduğu halda ChatGPT qısa müddətdə insanın xarakteri, motivasiyası və zəif tərəfləri haqqında ümumi təsəvvür yarada bilir.

    Lent.az xarici mediaya istinadla xəbər verir ki, aparılan eksperimentlər zamanı süni intellektə yalnız qısa davranış təsviri təqdim edildikdə belə, o, kifayət qədər dərin psixoloji portret formalaşdıra bilib. Bunun üçün istifadəçilər xüsusi hazırlanmış sorğulardan istifadə ediblər.

    Mütəxəssislər qeyd edirlər ki, süni intellektdən istifadə edərək insanın davranışını təhlil etmək üçün müxtəlif yanaşmalar mövcuddur. Məsələn, insanın gündəlik vərdişləri və hərəkətləri əsasında onun xarakter xüsusiyyətlərini və motivasiyalarını analiz etmək mümkündür. Eyni zamanda böyük beşlik modeli əsasında açıqfikirlilik, məsuliyyətlilik, ekstraversiya, mehribanlıq və emosional sabitlik kimi əsas xüsusiyyətlər qiymətləndirilə bilər.

    Bundan əlavə, süni intellekt insanın güclü və zəif tərəflərini müəyyənləşdirə, qərarvermə və düşünmə tərzini analiz edə, sosial mühitdə dostluq, konflikt və kollektiv münasibətlərdə davranışını proqnozlaşdıra bilir. Emosional xüsusiyyətlərin və gizli qalan xarakter cəhətlərinin üzə çıxarılması da bu analizin bir hissəsi hesab olunur.

    Eyni zamanda, süni intellekt vasitəsilə insanın hansı arxetipə, məsələn, lider, strateq və ya üsyankar tipə aid olduğu müəyyən edilə bilər. Münasibətlər və iş mühitində potensial risklər və müsbət keyfiyyətlər də qiymətləndirilir, müxtəlif situasiyalarda davranış modeli qurulur.

    Eksperimentin nəticələrinə əsasən, süni intellekt yalnız xarakter təsviri verməklə kifayətlənmir, həm də insanın daxili motivlərini, qorxularını və davranış modellərini izah edə bilir.

  • İçərişəhərdə sərxoş kişi barın mühafizəçisini bıçaqladı

    İçərişəhərdə sərxoş kişi barın mühafizəçisini bıçaqladı

    Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.

    Hadisə Səbail rayonu, İçərişəhərin Böyük Qala küçəsindəki barda qeydə alınıb.

    İttiham aktındakı yekun protokola əsasən, 1990-cı il təvəllüdlü Osman Quliyev (ad və soyad şərtidir) sərxoş halda həmin barın qarşısına gələrək içəri girmək istəyib. Lakin burada mühafizəçi işləyən zərərçəkən Osmana sərxoş olduğunu və obyektə yalnız ailəlilərin buraxıldığını deyib. Mühafizəçinin sözlərindən qəzəblənən Osman Quliyev İçərişəhərdə yaşadığı evə gedərək 2 ədəd mətbəx bıçağı götürüb. O, təkrar mühafizəçinin yanında gələrək söhbət edib və bu zaman onun kürəyinə bıçaqla vuraraq xəsarət yetirib.

    Faktla bağlı Osman Quliyev saxlanılıb və barəsində cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmasını və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən şəxs də həmçinin Osmana qarşı şikayət və tələbinin olmadığını deyib.

    Məhkəmənin qərarı ilə Osman Quliyev yekun olaraq 1 il 11 ay 28 gün müddətinə həbs edilib.
    //lent.az

  • DİN: Axtarışda olan 200 nəfər saxlanılı

    DİN: Axtarışda olan 200 nəfər saxlanılı

    Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Belə ki, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bundan əlavə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər ötən gün tapılaraq aidiyyəti üzrə təhvil verilib.