Month: May 2026

  • Zelenski Ermənistana səfər edəcək

    Zelenski Ermənistana səfər edəcək

    Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvana səfərini açıqlayıb.

    Səfər 4 may bazar ertəsi günü baş tutacaq. Həmin gün İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

    Zelenskinin Ermənistana səfərinin digər təfərrüatları hələlik açıqlanmayıb.

  • Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi

    Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi

    Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.

    Zərərçəkən sərxoş vəziyyətdə olduğuna görə heç bir müdaxilə edə bilməyib.

    Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırma davam etdirilir.

  • Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

    Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

    İranda həbsdə saxlanılan Güney azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirilib.

    Bu barədə Nərgiz Məhəmmədi Fondunun yaydığı məlumatda deyilir.

    Bildirilir ki, vəziyyəti ağır olan N. Məhəmmədi hazırda Zəncandakı xəstəxananın reanimasiya şöbəsindədir.

    Xatırladaq ki, Nərgiz Məhəmmədinin ötən ay vəziyyətinin kritik olması ilə bağlı məlumatlar yayılmışdı.

    Qeyd edək ki, N. Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bu cəzanın 10 ilini həbsxanada çəkib.

    O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.

  • Пираты захватили танкер с нефтью у побережья Йемена

    Танкер M/T EUREKA подвергся нападению и был захвачен неизвестными вооруженными лицами у берегов Йемена.

    Как передает Median.Az, об этом сообщила береговая охрана республики.

    Согласно заявлению, инцидент произошел у берегов провинции Шабва. “По предварительной информации, танкер подвергся вооруженному нападению неизвестных лиц, которые поднялись на борт и захватили его, после чего направились в сторону Аденского залива, к сомалийскому побережью”, – подчеркивается в тексте. К настоящему моменту удалось определить местонахождение танкера, принимаются усилия по обеспечению безопасности экипажа.

  • Yəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçiriblər

    Yəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçiriblər

    “M/T EUREKA” tankeri Yəmən sahillərində naməlum silahlıların hücumuna məruz qalıb və ələ keçirilib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Yəmən Sahil Mühafizəsindən məlumat verilib.

    Hadisə Şabva əyaləti sahillərində baş verib. Toqo bayrağı altında üzən, 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə istiqamətlənib.

    Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

  • Premyer Liqa: “Kəpəz” “Sumqayıt”ı məğlub edib

    Premyer Liqa: “Kəpəz” “Sumqayıt”ı məğlub edib

    Misli Premyer Liqasında XXX tura start verilib.

    Median.Az report-a istinadən xəbər verir ki, günün ilk oyununda “Sumqayıt” səfərdə “Kəpəz”lə üz-üzə gəlib.

    Yevlax şəhər stadionundakı qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib – 2:1.

    “Sarı-göylər”in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.

    Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran “Kəpəz” 10-cu pillədə qərarlaşıb. “Sumqayıt” 38 xalla 7-ci sıradadır.

    Günün ikinci matçında “Araz-Naxçıvan” və “İmişli” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

    Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

  • Şəkərdən imtina etdikdə orqanizmdə hansı dəyişikliklər baş verir?

    Şəkərdən imtina etdikdə orqanizmdə hansı dəyişikliklər baş verir?

    Əgər çoxlu şəkər qəbul edirsinizsə, ondan qurtulmaq yaxşı fikir kimi görünə bilər. Əksər səhiyyə mütəxəssisləri şəkəri əslində heç bir sağlamlıq faydası verməyən bir dərmanla müqayisə edirlər. Diyetoloqun sözlərinə görə, insan orqanizmi artıq “çox effektiv detoks sistemi”nə – qaraciyər və böyrəklərə malikdir. Buna görə ayrıca “şəkər detoksu”na ehtiyac yoxdur.

    Bu barədə “Eat This, Not That” jurnalı yazır.

    “Əslində baş verən odur ki, orqanizm əlavə şəkərin azaldılmasına uyğunlaşır və bu, xüsusilə başlanğıcda kəskin hiss edilə bilər”, deyə diyetoloq Tara Kollinqvud bildirib.

    Mütəxəssis şəkərdən imtina etdikdə baş verən dəyişiklikləri mərhələlərlə izah edib:

    1. İlk bir saat ərzində

    Qan şəkəri daha az sıçrayış edir, xüsusilə şirin qidaya öyrəşmiş insanlarda bu dəyişiklik hiss olunur. İnsulin reaksiyası daha sabitləşir və nəticədə enerji “dalğalanmaları” azalır.

    2. İlk günün sonunda

    Qan şəkəri gün ərzində daha stabil olur. Lakin baş ağrısı, əsəbilik və şirniyyata güclü istək kimi əlamətlər yarana bilər.

    Diyetoloqun sözlərinə görə, bu, əsl “abstinent sindromu” deyil, beynin dopamin reaksiyasının azalmasına uyğunlaşmasıdır.

    3. Bir həftə sonra

    Şirniyyat istəyi azalır, dad reseptorları “yenidən kalibrlənir” və qidalar daha təbii şirin görünməyə başlayır. Enerji daha sabit olur, həzm sistemi yaxşılaşa bilər, bəzi insanlarda köp azalır.

    4. Bir ay sonra

    Qan şəkərinə nəzarət və insulin həssaslığı yaxşılaşa bilər. Əgər əvvəl çox şəkər istifadə olunurdusa, çəki azalması da mümkündür. Eyni zamanda əhval daha sabit olur və enerji enişləri azalır.

    Kollinqvudun sözlərinə görə, orqanizmin şəkərə uyğunlaşması adətən 3–7 gün çəkir. Metabolizm və dad hisslərində daha nəzərəçarpan dəyişikliklər isə 2–4 həftə ərzində baş verir.

    Şəkərdən imtina üçün tövsiyələr

    Mütəxəssis qəfil tam imtinanı yox, mərhələli yanaşmanı tövsiyə edir.

    O bildirir ki, meyvə və süd məhsullarından imtina etmək lazım deyil, əsasən əlavə şəkər olan məhsullar – qazlı içkilər, şirniyyat, xəmir məmulatları azaldılmalıdır.

    Diyetoloq həmçinin qeyd edir ki, müntəzəm qidalanma vacibdir, çünki yeməkləri ötürmək şirniyyat istəyini artırır. Kifayət qədər su içmək də vacibdir, çünki susuzluq da şirin qida istəyi yarada bilər.

    “Ya hər şey, ya heç nə” yanaşması adətən əks effekt verir. Əlavə şəkərin azaldılması enerji, əhval və metabolizm üçün faydalıdır, lakin orqanizm “zəhərlənmiş” deyil. Burada söhbət detoksdan yox, dad vərdişlərinin yenidən formalaşmasından gedir”, deyə Kollinqvud vurğulayıb.

  • Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər – İran rəsmisi AÇIQLADI

    Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər – İran rəsmisi AÇIQLADI

    “Sülh danışıqları nəticəsiz qaldığı üçün ABŞ və İran arasında hərbi əməliyyatlar yenidən başlaya bilər”.

    Bu barədə “Xatəm əl-Ənbiya” mərkəzi qərargah rəhbərinin müavini, general Məhəmməd Cəfər Əsədi bildirib.

    “İran ilə ABŞ arasında münaqişənin yenidən alovlanması mümkündür və mövcud məlumatlar sübut edir ki, ABŞ tərəfi heç bir razılaşma və ya vədinə əməl etmir”, – deyə general qeyd edib.

    Onun sözlərinə görə, ABŞ rəsmilərinin bəyanatları və addımları daha çox mediaya hesablanıb. Bunun əsas məqsədi neft qiymətlərinin ucuzlaşmasının qarşısını almaq və özlərini saldıqları çətin vəziyyətdən çıxış yolu tapmaqdır.

    Bununla yanaşı, Əsədi əlavə edib ki, İranın Silahlı Qüvvələri amerikalıların istənilən addımlarına qarşı tam hazırdır.

  • В Агджабеди мужчина убил жену топором

    В поселке Хиндарх Агджабединского района мужчина убил жену.

    Как сообщает Report, житель села Марзили Агдамского района Аяз Салимов в ходе семейного конфликта ранил топором свою супругу Назакет Салимову (1978 г.р.).

    От полученных травм женщина скончалась.

    Салимов задержан в качестве подозреваемого.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело.

  • Ağcabədidə 38 yaşlı qadın BALTALANDI: ƏRİ saxlanıldı

    Ağcabədidə 38 yaşlı qadın BALTALANDI: ƏRİ saxlanıldı

    Ağcabədi rayonunda qətl hadisəsi olub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

    Ağdam rayonu Mərzili kənd sakini, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovaya balta ilə xəsarət yetirilib. Qadın aldığı xəsarətlərdən ölüb.

    Onun əri, Ayaz Amanxan oğlu Səlimov şübhəli şəxs qismində saxlanılıb.

    Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.