Month: May 2026

  • AZAL возобновляет полеты в Дубай

    Национальный авиаперевозчик Азербайджана AZAL возобновляет полеты из Баку в Дубай (Объединенные Арабские Эмираты).

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу AZAL.

    Рейсы по этому направлению начнутся с 15 мая и будут выполняться ежедневно.

  • AZAL Dubaya uçuşları bərpa edir

    AZAL Dubaya uçuşları bərpa edir

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşları bərpa edir.

    Bu barədə AZAL məlumat yayıb.

    Bildirilib ki, bu istiqamət üzrə reyslərə 15 maydan start veriləcək: “Uçuşlar hər gün həyata keçiriləcək”.

  • В Баку тело пропавшего без вести человека найдено в озере

    В посёлке Гала Хазарского района Баку из озера извлечён труп 58-летнего мужчины.

    Как сообщает Oxu.Az, тело принадлежит местному жителю Этибару Керимову (1968 г.р.). Признаков насилия на нем не обнаружено.

    По имеющимся данным, Этибар Керимов пропал без вести за день до происшествия.

    По данному факту проводится расследование.

  • Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI

    Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI

    Bakıda göldən 58 yaşlı kişi meyiti tapılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

    Belə ki, Bakı sakini olan 1968-ci il təvəllüdlü Etibar Məhiyəddin oğlu Kərimovun meyiti qəsəbə ərazisindəki göldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

    Məlumata görə, Etibar Kərimov hadisədən bir gün əvvəl itkin düşübmüş.

    Faktla bağlı araşdırma aparılır.

  • Алёна Алиева поделилась публикацией из Центра искусств “Бута” – ФОТО

    Невестка Президента Азербайджана Ильхама Алиева Алёна Алиева поделилась на своей странице в социальной сети Instagram публикацией из Центра искусств “Бута”.

    Median.Az представляет данную публикацию:

  • Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında Buta İncəsənət Mərkəzindən paylaşım edib.

    Median.Az həmin görüntüləri təqdim edir:

  • Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu

    Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu

    Ufada 1 maydan 30 sentyabra qədər 17 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün komendant saatı tətbiq olunacaq.

    “Unikal” xəbər verir ki, bu barədə şəhər meriyasının mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, saat 23:00-dan 06:00-dək valideynlərinin və ya qanuni nümayəndələrinin müşayiəti olmadan ictimai yerlərdə olmaq qadağan olunacaq. Qadağan olunmuş yerlərin siyahısına küçələr, uşaq və idman meydançaları, çimərliklər, parklar, həyətyanı sahələr, ictimai nəqliyyat, stansiyalar və digər oxşar obyektlər daxildir.

    Şəhər administrasiyası xəbərdarlıq edib ki, əgər polis yetkinlik yaşına çatmayan şəxsi gecə vaxtı böyüklər olmadan həbs edərsə, onun valideynləri inzibati məsuliyyətə cəlb olunacaq. Hesabat araşdırma üçün Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaya göndəriləcək.

  • Epşteyn ölümündən əvvəl məktub yazıbmış

    Epşteyn ölümündən əvvəl məktub yazıbmış

    Amerikalı maliyyəçi Ceffri Epşteynin kamera yoldaşı Nikolas Tartalyon 2019-cu ildə onun intihar məktubunu tapıb.

    Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

    Məhbus tərəfindən aşkar edilən Epşteynin intihar qeydi hələ də ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilməyib. “The New York Times” qəzetinin məlumatına görə, sənəd məxfidir.

  • Sabah Bakıda 20 dərəcə isti olacaq

    Sabah Bakıda 20 dərəcə isti olacaq

    Mayın 2-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

  • İrandan Azərbaycana 55 kq narkotik keçirmək istədilər

    İrandan Azərbaycana 55 kq narkotik keçirmək istədilər

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 55 kiloqram 574 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.