Month: May 2026

  • Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

    Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

    Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb.

    Aprelin 30-da Bakı şəhər sakini 2021-ci il təvəllüdlü P.M qonaq getdiyi Nizami rayonu C.Naxçıvanski küçəsindəki evin eyvanından yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda yeni virus yayılıb? – Nazirlikdən AÇIQLAMA

    Azərbaycanda yeni virus yayılıb? – Nazirlikdən AÇIQLAMA

    Bakıda hava şəraitinin gözlənilmədən sərin keçməsi fonunda respirator xəstəliklərə yoluxma halları artıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda isə xəstəliyin adi qripdən fərqli olduğu və daha ağır simptomlarla müşayiət olunduğu iddia edilir. Xüsusilə güclü əzələ və sümük ağrılarından şikayət edənlərin sayı artmaqdadır. Bu vəziyyət əhali arasında yeni virusun yayılması ilə bağlı narahatlıqları gücləndirib.

    Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Yenisabah.az-a açıqlıamasında hazırda ölkədə infeksiyalarla bağlı vəziyyətin stabil olduğunu bildirib.

    “Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin son açıqlamalarına görə, ölkədə respirator infeksiyalarla bağlı vəziyyət stabil və nəzarət olunan hesab edilir. Statistik baxımdan müraciətlərdə artım müşahidə olunsa da, bu, mövsümi dalğalanma çərçivəsindədir və epidemioloji həddi aşmayıb. Aprel ayında havaların qəfil soyuması və rütubətin artması bu tip virusların aktivləşməsi üçün təbii mühit yaradır. Bu infeksiyalar sümük-əzələ ağrıları və uzunmüddətli öskürəklə müşayiət oluna bilir. Belə ki, virus bədənə daxil olduqda intoksikasiya (zəhərlənmə) yaradır ki, bu da pasiyentlər tərəfindən “sümük sızlaması” və ya “əzələ qırılması” kimi hiss edilir. Bu, yeni bir virus deyil, sadəcə bu mövsümdə daha aktiv ştamdır. Mövcud hallar daha çox Mövsümi A qripi (hazırda ən çox rast gəlinən patogendir), Rinovirus və Adenovirus (Burun axması və boğaz ağrısı ilə müşayiət olunan “adi soyuqdəymə” halları), RSV Respirator Sinsitial virus kombinasiyası ilə əlaqələndirilir”, – o deyib.

    Nazirlik bildirir ki, mövcud vəziyyət epidemioloji risk yaratmır və vətəndaşlara özbaşına müalicədən uzaq durmaq tövsiyə olunur:

    “Bu virusların klinik mənzərəsi bir-birinə çox bənzədiyi üçün laborator analiz olmadan onları fərqləndirmək çətindir, lakin müalicə protokolları əsasən oxşardır (simptomatik müalicə). Hazırkı vəziyyət epidemioloji baxımdan təhlükəli hesab edilmir. Səhiyyə Nazirliyi əhaliyə özünümüalicədən çəkinməyi, xüsusilə antibiotiklərin virus xəstəliklərində təsirsiz olduğunu və vəziyyəti ağırlaşdıra biləcəyini xatırladırlar. Eyni zamanda qapalı məkanların tez-tez havalandırılması, şəxsi gigiyena və immuniteti gücləndirən qidalanmanı tövsiyə edir. Simptomlar (xüsusilə yüksək qızdırma və nəfəs darlığı) 3-4 gündən artıq davam edərsə, mütləq ailə həkiminə və ya poliklinikaya müraciət edilməlidir”.

  • Məktəblərdə 6 şagirdə 1 kompüter düşür

    Məktəblərdə 6 şagirdə 1 kompüter düşür

    Rəqəmsal platformalar əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevrilib. Araşdırmalar göstərir ki, ən çox internetə çıxışı olan Çin Xalq Respublikasıdır və burada bir milyarddan çox əhalinin internetə çıxışı var. İnkişaf etmiş ölkələrin əhalisinin 90 faizindən çoxunun belə imkanları var. Lakin inkişafda olan ölkələrin cəmi üçdəbir hissəsinin internetə çıxışı var ki, bu da çox aşağı səviyyədir.

    Bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.

    O qeyd edib ki, Azərbaycan əhalisinin 94,6 faizinin şəhərlərdə, 82,1 faizinin kəndlərdə internetə çıxışı var. Bu, dünya üzrə orta göstəricidən xeyli yüksəkdir.

    “Hazırda Elm və Təhsil Nazirliyində “Microsoft” analitik platforması tətbiq olunur və növbəti mərhələdə süni intellekt əsasında analitikanın tətbiqi nəzərdə tutulur. İnformasiya sistemlərində isə təhsil məlumatlarının bütün inzibati səviyyələrdə rəqəmsallaşdırıldığını qeyd etmək istərdim. Növbəti mərhələdə əsas inzibati proseslərin yenidən qurulması və dövlət platformaları ilə tam inteqrasiya olunması nəzərdə tutulur. Təbii ki, bunun üçün müvafiq infrastruktur tələb olunur. Hazırda məktəblərin 63 və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulma imkanlarına malikdir. Növbəti mərhələdə bütün məktəblərdə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması, eyni zamanda, gücləndirilməsinə texniki dəstək təmin olunacaq”, – deyə F.Qurbanov vurğulayıb.

    Hazırda ölkədə hər 6 şagirdə bir kompüter düşdüyünü deyən nazir müavini əlavə edib: “Bizim əsas hədəfimiz hər bir şagirdə bir kompüter nisbətini təmin etməkdir. Yadıma gəlir, 2000-ci illərin əvvəllərində 1062 şagirdə bir kompüter düşürdü. Hazırkı statistik göstərici isə ölkəmizin bu sahədəki yüksək inkişaf tendensiyasını göstərir”.

  • Aktrisa ”Günəşli İnşaat” şirkətinin onu aldatdığını iddia edir – Video

    Aktrisa ”Günəşli İnşaat” şirkətinin onu aldatdığını iddia edir – Video

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva tikinti şirkəti tərəfindən aldadıldığını iddia edir. Onun sözlərinə görə, güzəştli şərtlərlə ev təklif edən şirkətə pul ödəsə də, illərdir nə ev var, nə də ödədiyi məbləğ geri qaytarılır. İddiaya görə, şirkət ofisini də bağlayıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Gülçöhrə Abdullayevanın sözlərinə əsasən, sosial şəbəkədə gördüyü elan onun diqqətini çəkib və bu səbəbdən ”Günəşli İnşaat” şirkətinin Hövsan qəsəbəsində yerləşən ofisinə üz tutub.

    Aktrisanın iddiasına görə, şirkətin rəhbəri Firutan Məmmədovla görüşüb və 27 min 600 manata başa gələcək ev üçün, 2020-ci ildə ilkin ödəniş edərək müqavilə bağlayıb. Qalan məbləği isə aylığa bölüblər ki, bu da 36 ayda ödəniləcəkdi.

    Aktrisa bildirir ki, şirkətə hər ay gücü çatan qədər ödəniş edib. Bir müddət sonra ona bildirilib ki, pandemiya olduğundan tikinti dayandırılıb. Amma buna baxmayaraq Gülçöhrə Abdullayeva aylıq ödənişi davam etdirdiyini deyir.

    Məsələyə münasibət öyrənmək üçün adı çəkilən şirkətin rəhbəri Firutan Məmmədov bildirdi ki, qadın aylıq ödənişi dayandırdığı üçün tikinti yarımçıq qalıb. ”Ödənişləri bərpa etsin, evi tamamlayaq və təhvil veriləcək”,- deyə-Firutan Məmmədov bildirdi.

  • Göygöldə qanunsuz tikili söküldü

    Göygöldə qanunsuz tikili söküldü

    Göygöl rayonunda qanunsuz tikili sökülüb.

    Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    Bu çərçivədə, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Üçtəpə kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

    Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

  • Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? – Hakimdən açıqlama

    Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? – Hakimdən açıqlama

    Azərbaycanda borc müqavilələrindən yaranan məhkəmə mübahisələrində sübutetmə məsələlərinə aydınlıq gətirilib. Borc müqavilələrindən irəli gələn məhkəmə mübahisələrində sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsi tez-tez müzakirə olunan hüquqi məsələlərdən biridir.

    Bu barədə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova məlumat verib.

    Hakimin sözlərinə görə, prosessual qanunvericiliyə əsasən, hər bir tərəf öz tələbinin və ya etirazının əsasını sübut etməlidir. Bu o deməkdir ki, iddiaçı cavabdehə müəyyən məbləğdə pul verdiyini sübut etməli, cavabdeh isə həmin borcun tam və ya qismən qaytarıldığını təsdiq etməlidir.

    Qeyd olunub ki, belə mübahisələrdə sübutetmə prosesini asanlaşdırmaq üçün tərəflərin borc münasibətlərinə daxil olarkən mütləq qaydada yazılı sənədləşmə aparmaları tövsiyə edilir. Əks halda, şifahi razılaşmalar əsasında baş verən halların məhkəmədə sübut olunması xeyli çətinləşir.

    Hakim həmçinin müqavilələrin hüquqi mahiyyətinə də toxunub. Bildirilib ki, konsensual müqavilələr tərəflərin razılığı ilə bağlanmış sayılır və əlavə olaraq faktiki icra tələb olunmur. Buna nümunə olaraq alğı-satqı müqavilələri göstərilir. Borc müqaviləsi isə real müqavilədir. Yəni, belə müqavilənin bağlanmış hesab olunması üçün yalnız razılıq kifayət etmir, borcun predmetinin — pul vəsaitinin və ya digər əvəz edilə bilən əşyanın faktiki verilməsi zəruridir.

    Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc predmetinə sərəncam hüququ əldə etdiyi gün borcun verildiyi gün hesab olunur.

  • Kəlbəcərdə qonur ayı görüntüləndi

    Kəlbəcərdə qonur ayı görüntüləndi

    Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib.

    Bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi məlumat yayıb.

    Bildirilib ki, qonur ayı Kəlbəcər dağlıq ərazilərində geniş yayılan və tez-tez rast gəlinən vəhşi heyvan növlərindən biridir.

    Qeyd olunur ki, bu növ əsasən sıx meşə massivlərində və yüksək dağlıq zonalarda yaşayır, eyni zamanda Tutqunçay və Tərtərçay hövzələrində də müşahidə edilir.

  • Həyət evlərinin qarşısında gül əkib, maşın saxlayanlar cərimələnə bilər (Video)

    Həyət evlərinin qarşısında gül əkib, maşın saxlayanlar cərimələnə bilər (Video)

    Həyət qapısının önünə gül əkib, avtomobil saxlayanlar cərimələnə bilərlər.

    Qanuna əsasən, evin hasarından kənarda olan hissə sənəd üzərində həmin ev sahibinə məxsus deyilsə, bu cür davranışlar yolverilməzdir.

    Qanunvericiliyə görə, küçə, səki və ümumi istifadə olunan torpaq sahələri dövlət və ya bələdiyyə mülkiyyətidir. İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə əsasən, bu qaydanı pozan fiziki şəxslər 300, vəzifəli şəxslər 600, hüquqi şəxslər 3000 min manat məbləğində cərimələnir.

    Ətraflı İTV-nin süjetində:

  • Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? – DİN-dən açıqlama

    Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? – DİN-dən açıqlama

    Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.

    Bu barədə cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.

  • “Qarabağ” azarkeşlərə görə 8000 manat cərimələndi

    “Qarabağ” azarkeşlərə görə 8000 manat cərimələndi

    “Qarabağ” klubu 8000 manat cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Buna Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” ilə matçda yaşananlar səbəb olub.

    Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb.

    “Neftçi” isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

    Xatırladaq ki, “Qarabağ” sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzub.