Month: May 2026

  • Закрывается одна из центральных улиц Баку – ФОТО

    На участке улицы Рашида Бейбутова от улицы Сахиба Зейналова до улицы Аббасгулу ага Бакиханова города Баку будут проводиться ремонтные работы.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана.

    В связи с этим с 22:00 8 мая до 23:00 9 мая движение транспортных средств на указанной территории будет полностью ограничено.

    “Водителей просят с пониманием отнестись к проводимым работам, заранее планировать свои поездки и использовать альтернативные дороги”, – отмечается в информации.

  • Bakının mərkəzi küçələrindən biri BAĞLANIR – FOTO

    Bakının mərkəzi küçələrindən biri BAĞLANIR – FOTO

    Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

  • Тарана Ахмедова получила должность в TƏBİB

    Тарана Ахмедова, уволенная несколько дней назад с поста заместителя начальника отдела человеческих ресурсов, науки и образования Министерства здравоохранения Азербайджана, получила новую должность.

    Как сообщает Median.Az со ссылкой на bakupost.az, в день увольнения она была назначена на должность в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB). По информации, Т.Ахмедова заняла тот же пост, что и прежде в ведомстве, и уже приступила к исполнению своих обязанностей..

    Официального заявления по этому поводу пока не поступало.

  • Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ

    Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ

    Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.

    Median.Az Bakupost.az-a istinadla xəbər verir ki, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.

    Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

    Qeyd edək ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.

    Səidə Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.

  • Цены на нефть поднимаются после резкого снижения накануне

    Цены на нефть слабо поднимаются утром в четверг после резкого снижения днем ранее на сообщениях о прогрессе в мирных переговорах США с Ираном.

    Об этом сообщает Median.Az со ссылкой на “Интерфакс”

    К 09:12 по бакинскому времени июльские фьючерсы на Brent дорожали на лондонской бирже ICE Futures на 0.57 доллара (0.56%) до 101.84 доллара за баррель. В среду Brent подешевела на 8.6 доллара (7.83%), до 101.27 доллара за баррель.

    Июньские фьючерсы на WTI к этому времени дорожали на электронных торгах Нью-Йоркской товарной биржи NYMEX на 0.5 доллара (0.53%), до 95.58 доллара за баррель. За предыдущую сессию контракт подешевел на 7.19 доллара (7.03%), до 95.08 доллара за баррель.

  • Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI

    Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI

    ABŞ-İran sülh danışıqlarında irəliləyişlər barədə xəbərlər fonunda kəskin enişdən sonra neft qiymətləri cüzi yüksəlib.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    Bakı vaxtı ilə saat 9:12-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.57 dollar (0.56%) artaraq bir barel üçün 101.84 dollar olub. Son sessiyada “Brent”in qiyməti 8.60 dollar (7.83%) azalaraq 101.27 dollara düşüb.

    Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.50 dollar (0.53%) artaraq bir barel üçün 95.58 dollara satılıb. Əvvəlki sessiyada WTI markalı neft 7.19 dollar (7.03%) ucuzlaşaraq bir barel üçün 95.08 dollar olub.

  • Азербайджан и Турция будут сотрудничать в модернизации бронетехники

    Военно-промышленная компания MIRAS при Минобороны Азербайджана и турецкая оборонная компания Makine ve Kimya Endüstrisi (MKE) подписали меморандум о взаимопонимании в области модернизации бронетехники.

    Как сообщает Report, документ был подписан на полях международной оборонной выставки SAHA 2026 в Стамбуле.

    Отметим, сотрудничество между Азербайджаном и Турцией в сфере оборонной промышленности в последние годы развивается динамичными темпами, а подобные соглашения способствуют дальнейшему углублению стратегического партнерства между двумя странами.

  • Azərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcək

    Azərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcək

    Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan “MİRAS Hərbi-Sənaye Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti arasında zirehli texnikaların modernizasiyasına dair Anlaşma Memorandumu imzalanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, sənədin imzalanma mərasimi SAHA 2026 beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisində baş tutub.

    Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və bu kimi razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.

  • “Oskar” qaydaları dəyişir

    “Oskar” qaydaları dəyişir

    Amerika Kino Akademiyası “Oskar” mükafatları ilə bağlı qaydalarda bir sıra fundamental yeniliklər qəbul edib.

    Yeni normalar 2027-ci ildə keçiriləcək 99-cu mərasimdən etibarən qüvvəyə minəcək və həm səsvermə mexanizminə, həm də nominasiyaların müəyyənləşdirilməsi prosesinə ciddi təsir göstərəcək.

    Yenilənmiş qaydalara əsasən, eyni aktyor bir kateqoriya üzrə birdən çox nominasiyaya layiq görülə biləcək. Bunun üçün həmin ifaların səsvermənin yekun nəticələrinə əsasən ən yaxşı beşliyə düşməsi tələb olunur. Bu addım əvvəlki illərdə geniş yayılmış “kateqoriya manipulyasiyası” praktikasının qarşısını almağa yönəlib.

    Bundan əlavə, yalnız filmin rəsmi titrlərində qeyd olunan və aktyorun razılığı ilə ifa edilən rollar qiymətləndirməyə qəbul ediləcək.

    “Ən yaxşı ssenari” nominasiyasında yalnız insan müəllifliyinə malik mətnlər nəzərdən keçiriləcək. Akademiya süni intellektdən istifadə hallarını ayrıca izləmək və zərurət yarandıqda müəlliflik payı ilə bağlı əlavə məlumat tələb etmək hüququnu saxlayır. Bu yanaşma yaradıcı prosesdə insan faktorunun qorunmasına xidmət edir.

    Yeni qaydalara görə, artıq bir ölkəni birdən çox film təmsil edə biləcək. Eyni zamanda, nüfuzlu beynəlxalq festivallarda baş mükafatı qazanan filmlər avtomatik şəkildə nominasiya siyahısına daxil ediləcək. Bunlara Kann Film Festivalı (“Qızıl palma budağı”), Venesiya Film Festivalı (“Qızıl şir”), Berlin Film Festivalı (“Qızıl ayı”), Sundance Film Festivalı (Dünya kinosu üzrə Qran-pri), Toronto Beynəlxalq Film Festivalı (“Platforma” mükafatı) və Busan Beynəlxalq Film Festivalı (Ən yaxşı film mükafatı) daxildir.

    Bu kateqoriyada artıq ölkə deyil, birbaşa film namizəd kimi təqdim olunacaq və mükafatı yaradıcı heyət adından rejissor qəbul edəcək.

    Qeyd olunur ki, bu dəyişikliklər Akademiyanın qiymətləndirmə prosesini daha şəffaf, inklüziv və müasir texnoloji reallıqlara uyğun hala gətirmək məqsədi daşıyır.

  • Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

    Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) uşaqların internet mühitində üzləşə biləcəyi risklərlə bağlı maarifləndirici sosial videoçarx hazırlayıb.

    Median.Az ETX-ya istinadən xəbər verir ki, rəqəmsal mühitdə aktiv olan uşaqlar interneti əksər hallarda yalnız əyləncə vasitəsi kimi qəbul edirlər. Lakin virtual aləmdə qarşı tərəfin kimliyini müəyyən etmək hər zaman mümkün olmur. Tanınmayan profillər, təsadüfi linklər və ya adi görünən ünsiyyət halları belə onların fərdi məlumatlarının risk altına düşməsi ilə nəticələnə bilər. Hazırlanan videoçarxda bu kimi risklərdən bəhs olunur, həm uşaqlara, həm də valideynlərə diqqətli davranmağın vacibliyi xatırladılır.