Month: May 2026

  • Konfrans Liqasında finala son addım

    Konfrans Liqasında finala son addım

    Bu axşam UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin son oyunları keçiriləcək.

    Günün qarşılaşmalarında “Strasburq” “Rayo Valyekano” ilə, “Kristal Pelas” klubu isə “Şaxtyor Donetsk”lə qarşılaşacaqlar.

    Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunlarda “Rayo Valyekano” “Strasburq”a 1:0, “Kristal Pelas” isə “Şaxtyor Donetsk”ə 3:1 hesabı ilə qalib gəlib.

    UEFA Konfrans Liqası

    Yarımfinal mərhələsi

    30 aprel

    23:00, “Strasburq” – “Rayo Valyekano”;

    23:00, “Kristal Pelas” – “Şaxtyor Donetsk”.

    Qeyd edək ki, 2025/26 mövsümünün UEFA Konfrans Liqasının finalı may ayının 27-də Almaniyanın Leypsiq şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

  • Günorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? – Mütəxəssisdən açıqlama

    Günorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? – Mütəxəssisdən açıqlama

    “Bəzi hallarda insanlar yuxudan oyandıqdan sonra gümrahlıq deyil, əksinə, yorğunluq və süstlük hiss edirlər”.

    Kardioloq və yuxu üzrə ekspert Natalya Zolotaryova “İzvestiya” nəşrinə müsahibəsində bu problemin səbəblərindən danışıb.

    Ekspertin fikrincə, bu vəziyyət insanın yuxu fazalarından və oyandığı andan birbaşa asılıdır. O bildirib ki, gündüz yuxusunun müddəti 20-30 dəqiqəni keçdikdə beyin dərin faza mərhələsinə daxil olur. Nəticədə oyanma prosesi “yuxu ətaləti” adlandırılan halsızlıq və enerji itkisi ilə müşayiət olunur. Bundan başqa, saat 15:00-dan gec yatmaq bioloji ritmlərin pozulmasına, gecə yuxusunun keyfiyyətinin aşağı düşməsinə və xroniki yorğunluğa səbəb ola bilər.

    Mütəxəssis, həmçinin vurğulayır ki, metabolik pozuntular və fərdi sağlamlıq xüsusiyyətləri günorta istirahətinin faydasını heçə endirə bilər. Səs-küy və güclü işıq kimi narahat şərait isə yuxunun yalnız səthi olmasına gətirib çıxarır.

    N.Zolotaryovanın sözlərinə görə, günorta saatlarında ən ideal yuxu müddəti 20-30 dəqiqədir. Kəskin yuxusuzluq hallarında 90 dəqiqə (bir tam yuxu dövrü) yatmaq olar, lakin bu, gecə yuxusuna mənfi təsir göstərə bilər. Həkim gündüz istirahəti üçün ən uyğun vaxtın saat 13:00-15:00 arası olduğunu qeyd edir.

    Ekspert maraqlı bir üsul olan “qəhvə yuxusu”ndan da bəhs edib. Yatmazdan dərhal əvvəl qəhvə içmək insanın daha gümrah oyanmasına kömək edir. Çünki kofein təxminən 20-30 dəqiqədən sonra qana qarışaraq təsirini göstərməyə başlayır ki, bu da məhz oyanma vaxtına təsadüf edir.
    //oxu.az

  • Как Папе Римскому отказали в банке США: Явитесь в отделение лично

    Сотрудница банка не поверила и бросила трубку в ответ на звонок Папы Римского.

    Об этом сообщает издание The New York Times.

    Об инциденте, который произошел в середине 2025 года, рассказал близкий друг понтифика, священник Том Маккарти. Спустя примерно два месяца после избрания Лев XIV решил обновить контактные данные в своем банке.

    Во время звонка понтифик представился своим светским именем Роберт Прево и ответил на все контрольные вопросы. Несмотря на это, сотрудница банка отказалась менять его номер телефона и адрес и предложила лично приехать в отделение.

    Папа ответил, что не может этого сделать. “Что-нибудь изменится, если сказать, что я Папа Римский Лев?” – спросил он напоследок. После этого его собеседница и повесила трубку.

  • Roma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı

    Roma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı

    Bank əməkdaşı Roma Papasının telefon zənginə şübhə ilə yanaşaraq dəstəyi onun üzünə asıb.

    Bu qeyri-adi hadisə barədə “The New York Times” qəzeti məlumat yayıb.

    2025-ci ilin ortalarında baş vermiş insidenti pontifikin yaxın dostu, keşiş Tom Makkarti mətbuata açıqlayıb. Hadisə Papa XIV Leonun seçilməsindən təxminən iki ay sonra baş verib. Belə ki, pontifik bank hesabındakı əlaqə detallarını yeniləmək qərarına gəlib.

    Telefon danışığı zamanı Papa özünü dünyəvi adı – Robert Prevo kimi təqdim edib və bütün yoxlama suallarına doğru cavab verib. Lakin bank əməkdaşı onun ünvanını və telefon nömrəsini məsafədən dəyişməkdən imtina edərək, müştəriyə şəxsən filiala yaxınlaşmağı tövsiyə edib. Papanın bunun qeyri-mümkün olduğunu bildirməsi də nəticəni dəyişməyib.

    Sonda pontifik “Mənim Roma Papası Leo olduğumu bildirsəm, nəsə dəyişəcək?” deyə soruşub. Bu sözlərdən dərhal sonra bank işçisi zəngin zarafat olduğunu düşünərək dəstəyi asıb.

  • Вышла новая бесплатная модель ChatGPT

    Американский стартап OpenAI представил новую базовую модель GPT‑5.5 Instant.

    Об этом говорится в пресс-релизе на сайте компании.

    Instant будет использоваться в качестве модели по умолчанию в чат-боте ChatGPT для пользователей с бесплатным доступом. Она заменит GPT-5.3 Instant, которая вышла в начале марта. Версия 5.3 будет работать для платных пользователей в качестве опции еще в течение трех месяцев.

    В OpenAI рассказали, что GPT‑5.5 Instant стала “умнее, понятнее и персонализированнее”. В ходе внутренних тестов она выдала на 52.5% меньше ложных утверждений, чем GPT-5.3, в областях медицины, юриспруденции и финансов. Также количество неточных утверждений сократилось на 37.3%.

    Кроме того, в математическом тесте AIME 2025 модель показала результат 81.2 балла. Для сравнения, прошлая модель имела показатель 65.4 балла. В тесте многомодального мышления MMMU-Pro GPT‑5.5 Instant опередила предшественника – 76 против 69.2 балла.

    В OpenAI подчеркнули, что в этом обновлении ChatGPT будет отображать источники памяти для всех моделей. Это поможет пользователю понять, откуда были сгенерированы ответы.

  • “OpenAI” “ChatGPT” üçün yeni pulsuz modeli təqdim edib

    “OpenAI” “ChatGPT” üçün yeni pulsuz modeli təqdim edib

    ABŞ-nin “OpenAI” şirkəti yeni əsas çatbot modeli olan “GPT-5.5 Instant”ı təqdim edib.

    Bu barədə məlumat “OpenAI”nin rəsmi saytında yayımlanan press-relizdə yer alıb.

    Məlumata görə, “GPT-5.5 Instant” artıq “ChatGPT”nin pulsuz istifadəçiləri üçün standart modelə çevriləcək və cari ilin mart ayında təqdim edilmiş “GPT-5.3 Instant” versiyasını əvəz edəcək. Əvvəlki versiya ödənişli abunəçilər üçün daha üç ay seçim variantı kimi aktiv qalacaq.

    Şirkət qeyd edir ki, yeni model daha ağıllı, anlaşılan və fərdiləşdirilmiş cavablar təqdim edir. Daxili sınaqların nəticələrinə əsasən, tibb, hüquq və maliyyə sahələri üzrə yanlış məlumatların sayı 52.5%, ümumi qeyri-dəqiqliklər isə 37.3% azalıb.

    Texniki göstəricilərdə də ciddi artım müşahidə olunur. Belə ki, model “AIME 2025” riyaziyyat testində 81.2 bal toplayıb (əvvəlki modeldə bu göstərici 65.4 idi). “MMMU-Pro” çoxmodallı düşünmə testində isə nəticə yüksələrək 69.2 baldan 76 bala çatıb.

    “OpenAI”, həmçinin bildirib ki, yenilənmədən sonra “ChatGPT” bütün modellər üzrə istinad mənbələrini göstərəcək. Bu da istifadəçilərə cavabların hansı məlumatlara əsaslandığını daha aydın şəkildə anlamağa imkan verəcək.

  • В Баку в больнице скончался младенец

    В Баку скончался младенец.

    Как сообщает lent.az, происшествие было зафиксировано в больнице, расположенной на территории Ясамальского района.

    Уроженец Сабирабадского района месячный Миран Тахмазов скончался в медучреждении от кислородной недостаточности.

    По данному факту проводится расследование.

  • Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ

    Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ

    Bakıda körpə ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən xəstəxanada qeydə alınıb.

    Sabirabad rayon sakini olan 1 aylıq Miran Təhməzov həmin xəstəxanada oksigen çatışmazlığından ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Metronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR

    Metronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR

    9 May – Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək.

    Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

    Bildirilib ki, 9 və 11 mayda “28 May-Əhmədli” mənzilində interval 2 dəqiqə 30 saniyə, mayın 10-da 3 dəqiqə olacaq. Bənövşəyi xətdə, “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud qrafik dəyişməz qalacaq. “Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 may şənbə, ayın 10-da bazar günü qrafiki üzrə tənzimlənəcək.

    Qeyd edilib ki, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün stansiyalarda nəzarət gücləndiriləcək, əlavə işçi qüvvəsi ayrılacaq, ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

  • Füzulidə 85 yaşlı kişi faciəli şəkildə öldü

    Füzulidə 85 yaşlı kişi faciəli şəkildə öldü

    Füzulidə yanğın zamanı tüstüdən zəhərlənən kişi vəfat edib.

    Yanğın hadisəsi mayın 5-də baş verib.

    Yanğın zamanı tüstüdən zəhərlənən 1941-ci il təvəllüdlü Vaqif Süleymanov mayın 6-da xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.