Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndərildi (Yenilənib)

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 4 vaqon gübrə və 4 vaqon taxıl “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Median.Az bu barədə “Report”a istinadən xəbər verir.

* * * * *

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Median.Az “Report”a istinadən xəbər verir ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.

Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.