
İranda baş verən müharibə fonunda yanacaq qiymətlərinin artması aviasiya sahəsinə təsirsiz ötüşməyib. Təyyarə yanacaqlarının qiymətində iki dəfə artım müşahidə olunub.
Bu barədə məlumatı “Fiancial Times” nəşri yazıb.
Nəşrin məlumatına görə, yanacaqların qiymətinin artması öz növbəsində təyyarə biletlərinin artımına səbəb olub. Avropa və Asiya arasındakı uçuşların üçdə birini icra edən Körfəz ölkələrinin aeroportlarının bağlanması uçuşları idarəolunmaz hala salıb.
Qeyd olunur ki, dünya üzrə aviaşirkətlər may ayı cədvəllərindən uçuş üçün ümumilikdə 2 milyon oturacaq yerini çıxarıb. Eyni zamanda may ayı üzrə 12 min uçuş isə ləğv edilib.
Məlumata əsasən, oturacaq yerləri çıxarılan və uçuşları ləğv edən şirkətlər arasında ilk üçlüyü “Türk Hava Yolları”, “Çin Hava Yolları” və “Lufthansa” tutub.
Sıralamada digər şirkətlərdən “United Airlines”, “Biritish Airways”, “American Airlines”, “All Nippon Airways” və digər şirkətlər yer alıb.