Lənkəranda motosikletlə yük maşını toqquşdu

Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində baş verib. Motosikletlə “Ford” markalı yük maşınının toqquşması nəticəsində motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü Rizvan Hüseynov xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R. Hüseynova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *