Azərbaycanda yarımçıq qarət: Bankomatı doğradı, pulları çıxara bilmədi

Dünən saat 02 radələrində Qazax rayonunda bankomata müdaxilə edən şəxs tutulub.

Ağköynək kənd sakini 1990-cı il təvəllüdlü Zeynalov Ziyaddin Surxay oğlu Qazax şəhərinin H.Əliyev prospektində yerləşən “Beynəlxalq Bank” ASC-yə məxsus bankomata kustar üsulla müdaxilə etməklə onu yararsız hala salaraq 2 ədəd yaddaş kartını oğurlaıb. O, həmçinin bankomatdan oğurluğa cəhd edib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Z.Zeynalov saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün Qazax RPŞ-yə təhvil verilib. Baş vermiş hadisə zamanı bankomatda saxlanılan pul əskinaslarına ziyan dəyməyib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *