Millət vəkili: “Ana günü” təsis olunsun

Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin mayın 15-də keçirilən iclasında deputat Ağacan Abiyev Azərbaycanda “Ana günü”nün təsis olunmasını təklif edib.

Millət vəkili bildirib ki, hər şey anaya olan hörmətdən başlayır, ona görə də belə bir gün təsis edilməlidir.

Adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı isə deyib ki, ziyalı ailələrdə belə günlər qeyd olunur:

“Uşaqlar harada olursa-olsun, xüsusi günlərdə valideynlərin başına toplaşırlar. Bu ənənə var.

“Ana günü”nün təsis edilməsi təklifi də maraqlıdır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *