“Sahil” stansiyasının təmirə bağlanmasının əsas səbəbi məlum oldu

“Sahil” stansiyasında təmir işlərinə bağlanmasının əsas səbəbi eskalatorların dəyişdirilməsi zərurəti idi.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin istifadəyə verilən ilk sahəsinin 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu:

“Bunun üçün bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi.

Təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin istehsalı olan “Viktoriya” tipli 4 eskalator quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunub.

Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *