Bakıda eyvanlarda paltar asılan iplər kəsilir

Nərimanov rayonunda yerləşən bir neçə binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilib.

Bunu oxu.az-a açıqlamasında rayonun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib.

Onun sözlərinə görə, binaların fasadına xələl gətirən nə varsa, mütəmadi olaraq İcra Hakimiyyəti tərəfindən yığışdırılır:

“Yalnız prospektə baxan binalar deyil, digər küçələrdə də binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *