Daha bir yeniyetmə Xəzərin sularında qərq oldu – YENİLƏNİB

Bakı şəhərinin Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Babayev Emin Kənan oğlunun axtarışları başa çatıb.

FHN-dən verilən məlumata görə, E.Babayevin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

* * * * *

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.

Median.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *