Həmkəndlisini tüfəngdən yaralayan Daşkəsən sakini saxlanılıb

Median.Az xəbər verir ki, Daşkəsən RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Əmirvar kənd sakini Sofi Məmmədovu saxlayıblar, ondan müvafiq sənədləri olan “”TOZ-16” markalı tüfəng götürülüb.

Məlum olub ki, iyulun 10-da Sofi Məmmədov münaqişə zəmnində, sərxoş halda həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açıb. Nəticədə sonuncu yüngül xəsarət alıb və Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

RPŞ-nə faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *