Bakı sakini divarın içində tapdığı silah-sursatı polisə təhvil verib

Median.Az xəbər verir ki, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətindəki yardımçı otaqda təmir işləri apararkən, divarın içərisində tapdığı, hərbi paltara bükülərək gizlədilmiş 2 ədəd “AKS” markalı silahı, 7 ədəd patron darağı və 219 ədəd patronu Binəqədi RPİ 4-cü polis bölməsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *