Əcnəbi vətəndaş polis bölməsinə silah-sursat təhvil verib

Median.Az xəbər verir ki, ötən gün paytaxtda yaşayan əcnəbi vətəndaş Sabunçu RPİ 13-cü polis bölməsinə “AK” markalı avtomat silahı, 121 ədəd patronu və üç ədəd patron darağını təhvil verib.

İzahatda o göstərib ki, silah-sursatı Sabunçu rayonunda, yaşadığı evin qarşısında tapıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *