Azərbaycan Ordusu şəhid verib

Azərbaycan Ordusunun əsgəri şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yverilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *