Rusiyanın hərbi gəmiləri Bakıya gəlib – FOTO

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də, “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gəmilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku – 2018” beynəlxalq müsabiqəsində iştirak edəcəklər.



Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *