ATV-nin canlı yayımında evlilik təklif etdi – VİDEO

Azərbaycan teleməkanında ikinci dəfə canlı yayımda evlilik təklifi edilib.

İslam Mehrəliyəv və Rəksanə İmirin təqdimatında yayımlanan “Salamlar” proqramının birbaşa çəkilişi zamanı küçədən keçən cütlük müxbir Rəşadə Həmidovaya yaxınlaşıb.

Oğlan gözlənilmədən ona canlı efirdə evlilik təklifini etmək istədiyini bildirib. Sevgilisinin qarşısında diz çökən oğlan ona evlənmə təklif edib.

Qeyd edək ki, bundan öncə də analoji hal “Xəzər” TV-nin efirində də yaşanmışdı./oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *