QHT rəhbərinin həbs müddəti məhkəmənin qərarı ilə uzadılıb

Median.Az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində QHT rəhbəri Ramin Hacılının barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbs müddəti 2 ay 15 gün müddətinə uzadılıb. Qeyd edək ki, R.Hacılının barəsində
Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində CM-nin 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda isə istintaq orqanı ona qarşı əlavə CM-nin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrini irəli sürüb. Təqsirləndirilən şəxs ittihamları qəbul etmədiyini bildirib.

Xatırladaq ki, DSX-nın yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ba­la­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zastava­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində Azər­baycan Res­pub­likasının vətəndaşları – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin saxlanılıb.

İlkin araşdırma zamanı Ramin Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, Fəxrəddin Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona kömək et­məsini etiraf edib. R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *