Bakıda 2 nəfər avtomobillərin vurulması nəticəsində ölüb

Median.Az xəbər verir ki, Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini İbadulla Yusifzadə idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Kəngərli rayon sakini Yaşar Ələkbərovu vurub, nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa, Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə, yolun kənarında təmizlik işləri aparan Mənzil Kommunal İstismar sahəsinin (MKİS) işçisi Telli Babayevanı vurub. Xəstəxanaya çatdırılmış qadın orada keçinib.

Faktlarla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *