Nəsimi və Qaradağ rayonlarında cibgirlər tutulub

Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il noyabrın 24-də Bakı şəhər sakini T.Mikayılovanın çantasından 355 manat pul və mobil telefon oğurlayan paytaxt sakini Elmira Yusifova saxlayıblar.

Bundan başqa, Qaradağ RPİ 38-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində avqustun 2-də, Qızıldaş qəsəbəsi ərazisində Sabirabad rayon sakini Əfqan Hüseynovun 350 manat pulunu oğurlayan həmyerlisi Namiq Rəsulov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəlləri ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *