Şəmkirdə yol qəzasında 2 nəfər ölüb

Median.Az xəbər verir ki, Şəmkir rayonunun Düyərli kəndi ərazisində Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi “BMW” və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə M.Mirzəyev və sərnişini Rəsul Əliyev hadisə yerində ölüblər, daha bir sərnişini, həmçinin digər sürücü Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *