Xətai rayonunda qadının çantasını ələ keçirən soyğunçu tutulub

Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avqustun 4-də Bakı şəhər sakini olan bir qadının, içərisində 250 manat pul və şəxsiyyət vəsiqəsi olan çantasını soyğunçuluq yolu ilə alan paytaxt sakini Nizaməddin Nəbiyev saxlanılıb.

Faktla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *