Bakıda kişi qardaşı arvadını öldürdü – Qısqanclıq üstə

Bakıda qətl hadisəsi baş verib.

Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib.

Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 26-da yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *